İncə qəlbli Natəvan
05.08.2023 [15:25]
191 yaşında
Günel ABBASOVA
Yaradıcılığında hüznlü eşq qəzəllərinin xüsusi yeri olan, Azərbaycan ədəbiyyatının “dürrü yektası” Xurşidbanu Natəvanın aqustun 6-sı doğum günüdür. O, 1832-ci ildə Şuşa şəhərində dünyaya göz açıb.
Həm ata, həm ana tərəfi xan nəslindən olan Xurşidbanu Natəvan ədəbiyyat tarixində məşhur simalardan biridir. Atası Mehdiqulu xan məşhur Qarabağ xanı İbrahimxəlil xanın kiçik oğlu, anası Bədircahan bəyim məşhur Gəncə xanı Cavad xanın oğlu Uğurlu xanın qızıdır. Xurşidbanu Natəvan İbrahimxəlil xanın nəvəsi, Cavad xanın isə nəticəsidir. Ona hər yerdə “Xan qızı” deyə müraciət edirdilər. Ailədə isə yeganə övlad olduğu üçün “tək inci” adlandırırdılar.
Xurşidbanu Natəvanın fəaliyyətinə nəzər salarkən onu məşhur şair, “Məclisi-üns” adlı məclisin rəhbəri, rəssam, Şərq təbabətinin gözəl bilicisi, bir çox xəstəlikləri türkəçarə ilə müalicə edən loğman, xeyriyyəçi insan, gözəl tikmələr yaradıcısı olan qabiliyyətli qadın, şahmat oynamaq bacarığı ilə ətrafdakıları valeh edən oyunçu, sərgi və cıdır yarışları üçün xüsusi Qarabağ atları yetişdirən iş adamı kimi görürük. Təxəllüsünün mənası “gücsüz, taqətsiz” olan bu zərif qadın çiyinlərində təxəllüsünə uyğun olmayan ağır bir yük daşıyıb.
Azərbaycan qadınının parlaq nümunəsi
Natəvan yaradıcılığına nəzər salanda hiss edilir ki, Azərbaycan qadını nə qədər güclü, iradəlidirsə, bir o qədər də zərif, həssas və sevgi doludur. Natəvan hüznlü sevgi qəzəllərində ayrılıq, həsrət yaşamış qadınların dilə gətirə bilmədiyi hissləri dilə gətirir.
Xurşidbanu Natəvan həm də dövrünün realist rəssamlarından olub. Onun bu günə qədər gəlib çıxan albomunda lalə, qərənfil güllərinin, qovaq ağacının, Şuşaya aid bir mənzərənin, Şeyx Şamil sarayının şəkilləri var. Albomda olan şəkillər onun istedadlı rəssam olduğundan xəbər verir.
Deyilənə görə, Xurşidbanu Natəvan gözəl şahmat oyunu ilə fransız yazıçısı Aleksandr Dümanı təəccübləndirib, o, şairəyə şahmat taxtası hədiyyə verib. O, Şərq qadınının bu cür yüksək intellektə malik olmasını yüksək qiymətləndirib.
Böyük xeyriyyəçi
Xurşidbanu Natəvandan bəhs edərkən onun xeyriyyəçilik işlərindən danışmamaq mümkün deyil. Onun ən böyük xeyriyyəçilik işi İsa bulağından Şuşa qalasına su çəkdirməsi, əhalini içməli su ilə təmin etməsi, hovuz, hamam tikdirməsi olub.
Deyirlər ki, Xurşidbanu Natəvan hansı kasıb evin qonağı olarmışsa, oturduğu döşəyin altına 100 manat pul qoyarmış, səbəbini soruşanda deyərmiş ki, hər kasıbı sevindirəndə aldığım həzzin dərəcəsi ölçüyə gəlmir.
Xurşidbanu Natəvan hər yerdə yoxsulların, kimsəsizlərin müdafiəçisi idi. Deyilənə görə, çar çinovnikinin günahsız bir adamı döydüyünü görəndə Natəvan ona iki şillə vurur və heç kimdən qorxmadan əl atıb onun paqonunu qoparır. Bu da onun xarakterindəki ikili xüsusiyyətin: kimsəsizlərə, yoxsullara olan humanizmin, tiranlara, despotlara olan nifrətin, üsyankarlığın təcəssümü idi.
Xurşidbanu Natəvanın nəslindən Əbülfət xan Tuti, İbrahimxəlil xanın qızı Ağabəyim ağa, Cəfərqulu xan Nəva, Fətəli bəy Hali, Abdulla bəy Asi kimi şairlər olub. 17 yaşlı oğlu Mirabbası itirən şairənin üzü 1885-ci ildən sonra gülmür. Ana istəkli oğluna mərsiyələr yazmaqla təsəlli tapır.
Fələyə şikayət
Göz yaşları, həsrət, kədər, ümidsizlik Natəvan şeirinin əsas ruhunu təşkil edir. Şeirlərinin əksəriyyətində şairə fələyin amansızlığından şikayət edir.
Natəvan şeirlərində şəxsi şikayətdən ictimai şikayətə keçərək Azərbaycan qadınlığının hüquqsuzluğunu göstərir, onların dərdini, kədərini öz şəxsi dərdi kimi qəbul edirdi.
Bu gün Natəvanın böyüyüb boya-başa çatdığı torpaqlar işğaldan azad olunub. Şairənin düşmən gülləsindən deşik-deşik olan abidəsi də açıq muzey eksponatına çevrilib. Yəqin ki, Natəvanın ruhu o yerlərdə dolaşır, həm düşmən gülləsinə tuş gələn büstünü seyr edir, həm də öz soydaşlarının illər sonra Şuşaya ayaq basmağından şad olur...
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

