Dilinin altında gizlənmiş yazıçı
08.08.2023 [12:00]
Andrey Platonovun “Can” povesti haqqında
Əvvəli ötən sayımızda…
Fəqət insan müdaxiləsi heç də həmişə xeyirə deyil, təbiət yalnız ona İlahi eşqlə yanaşanlara sirrini açır, açarını təslim eləyir. Bütün idealist yazıçılar, peyğəmbər arxetipinin timsalı olan mütəfəkkirlər kimi Andrey Platonov da ideal qəhrəmanını antipodsuz, onun mülahizələrini antitezasız qoymayıb. Bu antitezanın adı Nurmuhamməddir. O, qoltuğunda hökumət portfeli gəzdirsə də, fikri-zikri bu insan sürüsünü otara-otara aparıb Əfqanıstanda qul adına satmaqdır. Onun xoş gələcəklə, azadlıqla, dirçəlişlə bağlı heç bir illüziyası yoxdur. Bir arzusu da Aydım adlı ərgənlik yaşına çatmamış qızı varlı kişilərə kirayəyə verib yaxşı pul qazanmaqdır. Nazara deyir: “Sən hansı adamlardan danışırsan?.. Onların can quşu çoxdan uçub gedib, onlardan ötrü yaşayıb-yaşamamağın bir fərqi yoxdur”. Nurmuhammədin xoşbəxtliklə bağlı tək bir şirin xəyalı var: bu yetim-yesiri satıb maya tutmaq, bolşevik gülləsinin çatmadığı yerlərdə özünə rahat gün-güzəran yaratmaq. Kommunistlərdən vəzifə alsa da, iki yana işləyir, sovet hökumətindən qaçıb gizlənmiş Cüneyd xanı dönə-dönə ziyarət eləyib.
Onun alçaq niyyətlərinin müqabilində gənc Nazar Cağatayev özünü ölülüyə vurub canını yırtıcı quşlara diddirir, onu leş bilib yaxına gələn, bədənini dimdikləyən quşları tapançayla vurub ətini çiy-çiy iki dünya arasında huşsuz-huşsuz var-gəl eləyən soydaşlarına yedirir. Demək olar, canlıları öz ətiylə, qanıyla qidalandırır. Hərçənd yaxşı anlayır ki, bu kimi üsullarla yarımcan insanları işıqlı dünyaya qaytarmaq olmayacaq.
Məsəl var deyərlər, bir tikə bir dağ aşırar. Nazarın vəhşi təbiətdən qopardığı qənimətlər hesabına qəbiləsi çətinliklə də olsa, Üst Yurd vadisinə yetişir. Cağatayevin hesabıyla el-obasının dirçəlişi buradan başlanmalıydı, can xalqının gələcək xoşbəxt həyatının bünövrəsi bu vadidə qoyulmalıydı. Ancaq qəhrəmanın utopiya tarlası yaşayış üçün nisbətən əlverişli olan bu yurdda da bəhrə vermir. Can əhli yaxşıca dincələndən, doyunca yeyib-içəndən sonra cənnətin astanasında yenə pərən-pərən düşür - hər kəs öz taleyinin, öz xoşbəxtliyinin ardınca. Qəhrəman bundan pə?jmürdə olsa da, özünə təsəlli verir: hər bir insan hansı yolla getməli, neyləməli olduğunu özü daha yaxşı bilir.
Əlbəttə, insanları yeməkdən, rahatlıqdan, xoş güzərandan daha möhkəm, daha sıx birləşdirən amillər var. İncildə deyildiyi kimi: “İnsan oğlu tək çörəklə qidalanmır”. Cağatayev bunu dərindən anlayanda dinclik tapır, yenidən öz qövmünü bir yerə toplaya bilir. Məsələ can qəbiləsinin xoşbəxtliyə çatıb-çatmamasında deyil, məsələ qəhrəmanın bu ideala can atmasında, atomlara, molekullara bölünmüş bir cəmiyyəti vahid, bərk maddə halına gətirə bilməsindədir. Peyğəmbər arxetipindən su içən mistik obrazın yolu bütün mədəniyyətlərdə vəhdəti-vücuddan, kollektiv ruhdan keçir. Povestin sonuncu abzası bu baxımdan olduqca xarakterikdir: “Nazar Kseniyanın əlini əlinə alanda aralıdan-aralıya onun ürəyinin guppultusunu eşitdi, elə bil qızın qəlbi sinəsini yarıb onun köməyinə yetişmək istəyirdi. Cağatayev indi əmin oldu ki, kömək ona yalnız başqasından gələcək”.
Yəni, sən hətta özündən qat-qat zəif, aciz adamlarla birlikdə olanda güclüsən, ayrılıqda, yalqızlıqda Herakl da olsan, heçnəsən.
***
Dilimizə yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlının çevirdiyi “Can” povesti Andrey Platonovun ən güclü əsərlərindən biri, bəlkə də birincisidir. Bu əsərdə müəllif xristian (zərdüşti də deyə bilərik) ideallarını sosializm ideyalarına calaq eləməyə, özünəməxsus bir din yaratmağa çalışmışdı. Təəccüblü deyil, çünki erkən sosializm özü də din kimi meydana çıxmışdı - ?llahsız din kimi. Üstəlik, hər bir dinin, təriqətin sosial ədalət yaratmaq yolunda özünəxas konsepsiyası var.
Bununla belə, fikrimcə, Platonov dini-mistik yazıçıdır - hərçənd burada birbaşa dindən söhbət getmir. “Can” povesti fantastik fəlsəfi pritçadır - hərçənd bu əsərdə real olmayan bir səhnə yoxdur. Nazar Cağatayev həm Prometeyin, həm Musa peyğəmbərin, həm də İsa Məsihin (ola bilsin, bir xeyli başqalarının da) surətini özündə cəmləyən dini-mifik obrazdır - hərçənd povestdə oxucu Lenin-Stalin sosializmini özünə mayak, ehkam seçmiş gənc kommunistin macəralarını izləyir.
Andrey Platonov niyyətini dərində gizləyən yazıçıdır. Bir çox məqamda onun istehzamı elədiyini, ya ciddimi danışdığını anışdıra bilmirsən. Onun kommunizm rəhbərlərini, sosializm quruculuğunu tərifi bəzən tərifdən də çox lağlağıya bənzəyir. Platonovun rus bədii nəsrində (bəlkə bütün dünya ədəbiyyatında) analoqu olmayan dili-üslubu da sanki müəllifin yaradıcı konsepsiyasını ifadə eləməyə, gizli məramını aşkara çıxarmağa yox, onları gizləməyə, örtüb-basdırmağa yönəlib. Onun nəsrinin dili, bənzərsiz cümlələri ilk baxışda naşı qələm sahibinin söz israfıyla yüklənmiş xam mətnini xatırladır. Hərçənd ədəbiyyat xiridarları bu fikirdədirlər ki, Andrey Platonov rus nəsrində ayrıca bir dil yaradıb. Bu, rus dilindən də çox Platonov dilidir. Bu dildə ikinci bir şəxsin yazmağı mümkün deyil. Gerçəkdən də Platonov dilinin altında gizlənib.
Söz sənəti belədir. Bu sənətin sirlərinə yaxşı bələd olan yaradıcı adam özünü asanlıqla ələ vermir. Onu gərək yuvasını eşələyib tapasan.
F.Uğurlu
Xəbər lenti
Hamısına baxDünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54
Siyasət
19 Yanvar 13:47
YAP xəbərləri
19 Yanvar 13:27
Sosial
19 Yanvar 12:34
Dünya
19 Yanvar 12:33
Dünya
19 Yanvar 12:26
Sosial
19 Yanvar 12:21
YAP xəbərləri
19 Yanvar 12:01
İqtisadiyyat
19 Yanvar 12:00
İqtisadiyyat
19 Yanvar 11:59
Hadisə
19 Yanvar 11:59
Dünya
19 Yanvar 11:45
Dünya
19 Yanvar 11:19
Sosial
19 Yanvar 11:14
Dünya
19 Yanvar 10:54
Dünya
19 Yanvar 10:20
Dünya
19 Yanvar 10:09
Dünya
19 Yanvar 09:41
Sosial
19 Yanvar 09:18
Sosial
19 Yanvar 08:56
Dünya
19 Yanvar 08:22
Dünya
19 Yanvar 08:10
Sosial
19 Yanvar 08:03
Dünya
19 Yanvar 07:45
Elm
18 Yanvar 23:32
Hadisə
18 Yanvar 22:15

