Konstitusiya və suverenlik haqqında yeni nəşr
07.04.2025 [11:58]
“Rəşadətli Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlar xalqımızın əsas konstitusion hüquqlarından biri olan təhlükəsiz yaşamaq hüququnun da bərpa olunmasının əsasını qoydu. Bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında sıx birləşərək düşmən üzərində şanlı zəfərə doğru birgə addımlayaraq, işğaldan azad edilmiş torpaqlarımızda dövlət bayrağımızın ucaldılmasına və Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin bərpasına nail oldu”.
AZƏRTAC xəbər verir ki, bu fikirlər yazıçı-publisist Vüqar Sərdarovun yenicə çapdan çıxmış “Konstitusiya və suverenlik” kitabında yer alıb. Kitab müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının 30 illik yubileyinə həsr edilib.
Müəllif bu nəşri ərsəyə gətirməkdə məqsədini belə izah edir: “Mən bir vətəndaş və hüquqşünas olaraq növbəti kitabımı çapa hazırlayarkən qarşıma qoyduğum məqsədin vətəndaşlarımızın maariflənməsinə yardım etmək olduğunu dərk edirəm. Onu da yaxşı dərk edirəm ki, insanlarımızın hüquqi maarifçiliyə böyük ehtiyacları vardır. Hüquqi maarifçiliklə məşğul olan hər kəs fəaliyyəti zamanı konstitusiyanın rolunu önə çəkməli və hamının da bunu nəzərə almasını tövsiyə etməlidir”.
Kitab Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncamı ilə açılır. Həmçinin Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Konstitusiyası haqqında qiymətli kəlamları diqqətə çatdırılır.
Müəllif bu kitabda hüquqi dövlətin yaranma tarixindən, dövlət və vətəndaş münasibətlərindən, hüquqi dövlətin ali məqsədindən, Konstitusiya və onun əsas funksiyalarından, insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi sahəsində beynəlxalq təcrübə və Azərbaycan Respublikasında bu sahədə həyata keçirilən tədbirlərdən, qanunvericilik bazasından söhbət açır.
Kitabın elmi redaktoru akademik Rafael Hüseynovdur.
Nəşrə ön sözü Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc yazıb.
“Kitabın içindəki ayrı-ayrı məqalələrin başlığına nəzər yetirəndə görünür ki, dövrümüzün aktual məsələləri tədqiqatçı Vüqar Sərdarov tərəfindən çox yüksək səviyyədə araşdırılıb”, - deyə Zahid Oruc ön sözdə qeyd edib. Diqqətə çatdırılıb ki, “Konstitusiya və suverenlik tariximiz”, “İlk hüquqi dövlətin yaranma tarixi və dünya təcrübəsində konstitusiya”, “Azərbaycanda dövlət müstəqilliyinin bərpası”, “Azərbaycan Respublikasının Konstitusiyası”, “Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır”, “Konstitusiya hüququ elminin anlayışı”, “Konstitusiya hüquq elminin predmeti”, “Konstitusiya hüququ elminin metodları”, “Konstitusiyanın funksiyaları”, “İnsan və vətəndaş hüquq və azadlıqları hüquqi dövlətin ali məqsədidir”, “Azərbaycan dövlətinin başçısı və onun səlahiyyətləri”, “Azərbaycan dövlətinin xarici siyasətinin Konstitusiya prinsipləri” və digər məqalələr müəllifin təhlil qabiliyyətinin mükəmməlliyindən xəbər verir.
Vüqar Sərdarov Bakıda ziyalı ailəsində anadan olub. 1998-ci ildən 2022-ci ilin mart ayına qədər Azərbaycan Respublikası daxili işlər orqanlarında çalışıb. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin, həmçinin Gürcüstan və Qırğızıstan Yazıçılar birliklərinin üzvü, Özbəkistan Karşi Dövlət Universitetinin fəxri professorudur. O, “Hüquqi dövlətin qurucusu”, “Mülki hüquq münasibətləri”, “İnsan və vətəndaş hüquq azadlıqları”, “Hüquqi dövlət və Konstitusiyanın əsasları” elmi kitablarının, “İnam və etimad ünvanı”, “Əvəzsiz lider” publisistik kitablarının, “Sevib-seviləydi bütün insanlar”, “Anam yadıma düşdü”, “Ata ocağı”, “Nə yaxşı ki varsan”, “Taleyimdən qaçammadım” bədii kitablarının müəllifi, “Azərbaycançılıq ideologiyasının etnoqrafik əsasları” elmi-publisistik kitabının həmmüəllifidir. Eyni zamanda, onun 100-dən çox elmi məqaləsi müxtəlif qəzet və jurnallarda çap olunub.
Hazırda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzinin direktor müavinidir.
Xəbər lenti
Hamısına baxSosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05

