/ / BDU-da Firudin bəy Köçərlinin 150 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib
BDU-da Firudin bəy Köçərlinin 150 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib
26.11.2013 [09:21]
Noyabrın 25-də Bakı Dövlət Universitetində (BDU) görkəmli maarifçi, pedaqoq, ədəbiyyatşünas və publisist Firudin bəy Köçərlinin anadan olmasının 150 illik yubileyinə həsr edilmiş respublika elmi konfransı keçirilib. Konfransı giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov Firudin bəy Köçərlinin 150 illik yubileyi haqqında Prezident İlham Əliyevin 14 fevral 2013-cü il tarixli Sərəncamından danışıb.
Rektor daha sonra görkəmli alim haqqında ətraflı məlumat verib. Bildirib ki, 1863-cü ildə Şuşada dünyaya gələn Firudin bəy Köçərli Şuşadakı rus məktəbini və Qori Zaqafqaziya Müəllimlər Seminariyasını bitirib. Bir müddət İrəvan Gimnaziyasında dərs dedikdən sonra Qori Seminariyasının Azərbaycan şöbəsində çalışıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Qori Seminariyasının Azərbaycan bölməsinin bütün sənədlərini ölkəmizə gətirib və elə həmin ilin payızında Qazax Müəllimlər Seminariyasını təşkil edib. Bu seminariya sonradan Azərbaycanda yeni ziyalılar nəslinin yetişməsində böyük rol oynayıb. Firudin bəy Köçərli 1920-ci ildə bolşeviklər tərəfindən siyasi ittihamlarla qətlə yetirilsə də, onun yaradıcılığı və əməlləri Azərbaycan elminin, maarifinin və təhsilinin yaddaşında əbədi iz salıb.
Akademik əlavə edib ki, Firudin bəy Köçərlinin yaradıcılığı üç əsas istiqaməti əhətə edib. Belə ki, o, Azərbaycan ədəbiyyatşünaslıq elminin formalaşmasında böyük əmək sərf edib, ədəbiyyatımızın tarixi və müasir məsələləri ilə bağlı tədqiqatlar aparıb, Azərbaycanda milli təhsilin formalaşmasında əvəzsiz xidmət göstərib, milli dövlətçiliyin yaranmasında, dövlətin mənəvi dayağını təşkil edən azərbaycançılıq ideologiyasının formalaşmasına mühüm töhfələr verib.
“Firudin bəy Köçərli” filmi nümayiş etdirildikdən sonra “Firudin bəy Köçərli: alim və maarifçi kimi” adlı məruzə ilə Filologiya fakültəsinin dekanı, dosent Məhərrəm Vəliyev çıxış edib. Tədbirdə həmçinin, Filologiya fakültəsinin professorları - Tofiq Hacıyev, Tofiq Hüseynov, Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev çıxış ediblər.
Daha sonra konfrans “Firudin bəy Köçərli”, “Ədəbiyyatşünaslıq”, “Dilçilik” və “Tarix” bölmələrində davam etdirilib.
Qeyd edək ki, görkəmli maarifçi, pedaqoq, ədəbiyyatşünas və publisist Firudin bəy Köçərlinin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş respublika elmi konfransının materiallarından ibarət xüsusi nəşr hazırlanıb.
NURLAN
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 17:59
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42

