Qeyri-neft ixracının həcmi və coğrafiyası böyüyür
10.07.2026 [11:05]
Azərbaycan yanvar-may aylarında 1,5 milyard həcmində qeyri-neft məhsulları ixrac edib
2026-cı ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,6 faiz artaraq 1,5 milyard dollar təşkil edib. Cari ilin may ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı isə ötən ilin eyni dövrü ilə müqayisədə 27,2 faiz artaraq 396,7 milyon dollara bərabər olub. Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 23,8 faiz artaraq 144,6 milyon dollara, qeyri-yeyinti məhsullarının ixracı isə 30,7 faiz artaraq 288,5 milyon dollara yüksəlib. Cari ilin ilk beş ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 4,2 dəfə, pambıq iplik 2,4 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 57 faiz, alüminium və ondan hazırlanan məmulatlar 44,6 faiz, pambıq lifi 25 faiz, meyvə-tərəvəz 18,6 faiz, çay 16,8 faiz, spirtli və spirtsiz içkilər isə 6 faiz artıb.
Yanvar-may aylarında aqrar məhsullar üzrə ixrac 25,2 faiz artaraq 414,5 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac 39 faiz artaraq 160,5 milyon dollar təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 28,8 faiz artaraq 575,1 milyon dollara bərabər olub. Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl 167,6 milyon dollar dəyər ifadəsi ilə birinci olub. Bu siyahıda pomidor (119,8 milyon dollar) ikinci, mis filizləri (112,5 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
İxrac ölkələri arasında Rusiya və Türkiyə liderdir
İlk beş ayda qeyri-neft məhsullarının ixracında Rusiya Federasiyası 433,7 milyon dollarla birinci, Türkiyəyə 306,1 milyon dollarla ikinci, Gürcüstan isə 229,7 milyon dollarla üçüncü yeri tutub. Azərbaycanın İsveçrəyə ixracı isə 178,7 milyon dollara, Ukraynaya 67,9 milyon dollara, bərabər olub.
2026-cı ilin yanvar-may ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı Nümayəndəliyi, “Prime Cotton” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Baku Steel Company”, “AGRARCO” MMC yer alır. Dövlətə məxsus olan şirkətlərin siyahısına isə “SOCAR POLYMER” MMC başçılıq edir. Digər şirkətlərdən “AzerGold”, Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi”, Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərbaycan Hava Yolları” QSC, “Azərenerji”, “Socar Cape” və “Naxçıvan Enerji” MMC qeyri-neft ixracında əsas subyektlərdir.
“Azərkosmos” da ixrac ailəsində payını artırır
Yeni nəsil xidmət ixracı hesab edilən peyk telekommunikasiya xidmətləri xidmət ixracının şaxələnməsi istiqamətində mühüm rola malikdir. Cari ilin ilk beş ayında Azərbaycanın telekommunikasiya sektorunda da ixracın həcmi və şaxəsi artıb. Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) dünyanın 33 ölkəsindən olan 90-a yaxın şirkətə 6,9 milyon dollar dəyərində telekommunikasiya xidmətləri ixrac edib. Xidmət ixrac olunan ölkələr arasında Birləşmiş Krallıq, Lüksemburq, Türkiyə, Pakistan, İsveç və Misir böyük paya sahibdir. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 63 faizini təşkil edib. Peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 1,8 milyon dollarla Birləşmiş Krallıq, 1,3 milyon dollarla Lüksemburq, 490 min dollarla Türkiyə, 486 min dollarla Pakistan, 187,2 min dollarla İsveç qərarlaşıb.
“Azexport” - qeyri-neft ixracını stimullaşdırır...
Azərbaycanın ixrac siyasətinin müasir platformalarından biri kimi “Azexport” portalı mühüm yer tutur. 9 ilə yaxındır ki, ölkəmizdə istehsal olunan malların vahid elektron məlumat bazası rolunu oynayan portal Azərbaycanda istehsal olunan rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların xarici bazarlarda təşviqinə dəstək verir. “Azexport”, həmçinin ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması üçün ixracatçı sahibkarlara nəqliyyat, logistika, ödəniş və sertifikatlaşdırma, sahəsində dəstək göstərir. “Azexport” artıq ixrac sektorunda tərəf kimi xarici ölkələrin biznes nümayəndələri ilə elektron ticarətin intensiv aparılmasını təmin edən çevik bir struktura çevrilib.
“Azexport” portalının qlobal rəqəmsal ticarət platformalarına inteqrasiyası ənənəvi bazarlardan fərqli yeni bazarlara çıxış imkanlarına da əlverişli mühiti təmin edib. Nəticədə portal “Made in Azerbaijan” məhsullarının ixrac istiqamətlərinin genişləndirilməsində də böyük rol oynayan resursa çevrilib. “Made in Azerbaijan” brendi məhsullarının ixrac coğrafiyasını genişləndirmək və yerli istehsalçılara yeni potensial müştərilərin tapılmasında dəstək olmaq məqsədi ilə, daha bir neçə beynəlxalq elektron satış portalları ilə əməkdaşlığa başlanılıb. “Azexport” Azərbaycanda istehsal olunan məhsulların ixracını dəstəkləyən “Alibaba.com”, “eBay.com”, “Wholesale”, “Amazon”, “All.biz” kimi dünya elektron ticarət platformalarına inteqrasiya olunub və Azərbaycan məhsullarına beynəlxalq bazarlarda sərfəli potensial alıcı tapmaqda mühüm vasitəçiyə çevrilib.
İxracatçıların doğma ünvanı - Ticarət Evləri
Azərbaycanda qeyri-neft ixracının artmasında Ticarət Evlərinin də mühüm əhəmiyyəti var. Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması, satışının təşkili və əlaqələndirilməsində Ticarət Evlərinin imkanları kifayət qədər böyükdür. “Made in Azerbaijan” brendi altında qeyri-neft məhsullarının ixracının artırılması məqsədilə xaricdə Ticarət Evləri 2017-ci ildən yaradılmaqdadır. Azərbaycan ötən illərdə Rusiya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Ukrayna, Polşa, Latviya, Çin, Qazaxıstanda Azərbaycanın Ticarət Evləri fəaliyyət göstərir.
Ticarət Evləri Azərbaycan məhsullarının təkcə satışı və tanıdılması üçün əhəmiyyət daşımır, bu cür iqtisadi strukturlar həm də iki ölkə arasında faydalı iqtisadi müzakirələr üçün platforma rolunu oynayır, Azərbaycan ixracatçılarının potensial imkanlarını nümayiş etdirir. Son illərdə Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdirən Çində Azərbaycan Ticarət Evlərinin sayının artması da bunu təsdiqləyir. İndiyədək Çinin Çindao, Canciaciye, Sian, Çendu və Pekin şəhərlərində Azərbaycanın Ticarət Evləri açılıb, eləcə də Şanxay, Harbin, Cinan və Uhan şəhərlərində 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 Şərab Evinin fəaliyyəti təmin edilib.
Eləcə də Körfəz ölkəlıəri ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafında yeni mərhələnin başlanması bu region ölkələrində də ixrac xəritəsinin coğrafiyasını genişləndirib və yeni Ticarət Evlərinin yaradılması işlərini sürətləndirib.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41

