Haqlı olan güclüdürmü?
24.01.2014 [09:11]
Beynəlxalq aləmdə, o cümlədən xarici siyasətdə baş verən proseslərin və hadisələrin müxtəlif istiqamətləri ilə bağlı aktual mövzuların təhlili üzrə ixtisaslaşan “Newtimes.az” informasiya-təhlil portalı bu günlərdə “Haqlı olan güclüdürmü?” adlı məqalələr toplusunu nəşr edib. Toplu XX əsrin böyük siyasi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilib.
Nəşrin layihə rəhbəri və baş redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdur.
Kitaba ön sözdə qeyd edilir ki, son 2-3 onillikdə beynəlxalq münasibətlərin yeni sisteminin, yaxud bəzən deyilən kimi, “yeni dünya nizamı”nın formalaşması prosesləri gedir. Əvvəlki vaxtlardan fərqli olaraq, indi dünya siyasət müstəvisində hamılıqla qəbul edilmiş oyun qaydaları yoxdur, bir-birinə kəskin zidd olan, bir-birini qarşılıqlı istisna edən yanaşmalar isə dünya miqyasında onsuz da amanabənd sülh üçün çox təhlükəli, qeyri-müəyyən, ikili vəziyyət yaradır.
Oxucuların mühakiməsinə təqdim edilən materiallar məhz müasir mərhələdə geosiyasi proseslərin dinamika və transformasiya xüsusiyyətləri barədə daha dəqiq təsəvvürlər yaratmağa yönəlib. Bu məqalələrin müxtəlif və çox aktual mövzuları əhatə etdiyinə baxmayaraq, onların arasında sıx əlaqə var. Topluda portal ilə əməkdaşlıq edən alimlərin, ekspertlərin, analitik və mütəxəssislərin bəşəriyyəti narahat edən proseslər barədə mövqeləri öz əksini tapıb. Dövrümüzün ən aktual problemlərinin həllinə yanaşmada ikili standartlarla fərqlənən müasir beynəlxalq münasibətləri səciyyələndirən qlobal trendlərin təhlilinə xüsusi diqqət yetirilir. Nəşrdə güc metodlarının beynəlxalq aləmdə üstünlük təşkil etməsi, dünyada terrorizm qüvvələrinin, mütəşəkkil cinayətkarlığın, separatizmin fəallaşması, sivilizasiyaların toqquşması təhlükəsi və ya multikulturalizm ideyalarının taleyi kimi bəşəriyyət qarşısında duran çağırışlara xüsusi yer ayrılıb.
Topluda müxtəlif qeyri-hökumət təşkilatlarının və fondların fəaliyyəti, geosiyasətin yeni aktorları kimi kütləvi informasiya vasitələrinin rolu, dövlətlərin xarici və daxili siyasətində KİV-lərin artan təsiri mexanizminə də geniş yer ayrılıb, beynəlxalq hüququn və “ədalət” anlayışının böhranlı dövr yaşaması məsələsi qaldırılıb.
Bizim region üçün çox əhəmiyyətli bir məsələyə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə tənzimlənməsi məsələsinə də kitabda xüsusi yer ayrılıb, erməni terrorizminin iç üzü və beynəlxalq təşkilatların prinsipsizliyi ifşa edilib.
Onu da qeyd edək ki, “Haqlı olan güclüdürmü?” toplusu “ZAMAN STAT” MMC-də çapa hazırlanıb və “Zərdabi LTD” MMC-nin mətbəəsində nəfis poliqrafik tərtibatla çap edilib.
Xəbər lenti
Hamısına baxDünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27

