BMU rektoru: Tələbələrimizin IWISE innovasiya yarışmasında qazandıqları uğurlar qürurvericidir
11.08.2026 [17:50]
Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev Böyük Britaniyanın London şəhərində keçirilən “International World Innovative Student Exhibition” (IWISE) beynəlxalq innovasiya yarışmasının dünya finalında qalib olan tələbələrlə görüşüb.
Görüşdə BMU-nun INHA Universiteti ilə birgə həyata keçirdiyi ikili diplom proqramının “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə IV kurs tələbələri Tahirə Bəylərova və Ülkər Rəhimli iştirak ediblər.
BMU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə rektor Yaqub Piriyev tələbələrin nüfuzlu beynəlxalq yarışmada qazandıqları uğuru yüksək qiymətləndirərək, əldə olunan nəticənin qürurverici olduğunu bildirib. Qeyd edib ki, tələbələrin beynəlxalq arenada göstərdiyi yüksək nəticələr onların BMU-da mühəndislik, robototexnika və innovasiya sahələrində qazandıqları nəzəri bilikləri praktik bacarıqlarla uğurla inteqrasiya etdiklərini göstərir. Yaqub Piriyev universitetdə tələbələrin innovativ ideyalarının dəstəklənməsinin, onların praktiki və tədqiqat yönümlü bacarıqlarının inkişaf etdirilməsinin, eləcə də nüfuzlu müsabiqə və layihələrdə iştirak imkanlarının genişləndirilməsinin bundan sonra da diqqətdə saxlanılacağını vurğulayıb. Eyni zamanda, tələbələrə gələcək karyera və təhsil istiqamətləri ilə bağlı tövsiyələrini verib, universitetin onların gələcək fəaliyyətinə daim dəstək göstərməyə hazır olduğunu bildirib.
Tahirə Bəylərova və Ülkər Rəhimli də görüş zamanı IWISE yarışmasında iştirakı və əldə etdikləri nəticələr barədə təəssüratlarını bölüşüblər. Tələbələr 25 ölkədən (ABŞ, Çin, Türkiyə və s.) iştirakçıların təmsil olunduğu yarışmada rəqabət aparmağın onlar üçün dəyərli təcrübə olduğunu bildiriblər. Onlar, həmçinin göstərilən diqqət və dəstəyə görə təşəkkürlərini ifadə ediblər.
Qeyd edək ki, Tahirə Bəylərova 18 komandanın iştirak etdiyi “Labirint” kateqoriyasında tapşırığı 4,11 saniyəyə tamamlayaraq I yerə, Ülkər Rəhimli isə 14 komandanın iştirak etdiyi “Robosoccer” kateqoriyasında I yerə layiq görülüb.
London şəhərində keçirilmiş IWISE yarışması gənclərin yaradıcılıq, elm, texnologiya, mühəndislik, robototexnika və innovasiya sahələrində bilik və bacarıqlarını nümayiş etdirmələri üçün beynəlxalq platforma rolunu oynayır. Yarışmada Azərbaycan nümayəndə heyətinin iştirakı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təmin olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50

