Məktəbə hazırlıq...
22.08.2026 [09:30]
Valideynlər bu il nə qədər xərcləyəcək?
Yeni tədris ilinin başlanmasına az vaxt qalıb, artıq valideynlər məktəb alış-verişinə başlayıblar. Məktəbli forması, çanta, ayaqqabı, dəftərxana məhsulları və digər zəruri vasitələrin alınması üçün müəyyən xərclər yaranır. Xüsusilə, geyim və çanta kimi əsas məhsulların qiyməti ümumi büdcəyə ciddi təsir göstərə bilir.
Paytaxtdakı satış məntəqələrində müşahidələr göstərir ki, məktəb hazırlığı üçün nəzərdə tutulan məhsulların çeşidi kifayət qədər genişdir. Bununla yanaşı, qiymətlər məhsulun keyfiyyətinə, markasına və xüsusiyyətlərinə görə əhəmiyyətli dərəcədə dəyişir. Məsələn, daha sadə çantalara təxminən 20-25 manatdan başlayan qiymətlərlə rast gəlmək mümkündür. Ortopedik quruluşlu və tanınmış markalara aid modellərdə isə qiymət 120-130 manatadək yüksəlir.
Dəftərxana məhsullarında da oxşar vəziyyət hökm sürür. Bazarda daha münasib qiymətə dəftər və qələm tapmaq mümkün olsa da, materialı və hazırlanma keyfiyyəti daha yüksək olan məhsullar üçün çox vəsait tələb olunur. Buna görə də bir sıra valideynlər alış-verişi son günlərə saxlamayaraq, məktəb üçün lazım olan əşyaları əvvəlcədən almağa üstünlük verirlər.
Bu il məktəbli yarmarkaları təşkil ediləcək?
Ötən illər şəhərin müxtəlif yerlərində məktəbli yarmarkaları təşkil olunurdu. Bu yarmarkalar valideynlər üçün həm daha çox məhsul seçimi, həm də qiymətləri müqayisə etmək imkanı yaradırdı. Ancaq təxmini 3 ildir ki, belə yarmarkaların təşkil edilməsi dayandırılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin məlumatına görə, bu il məktəbli yarmarkalarının təşkil edilməsi nəzərdə tutulmayıb.
Dəftərxana məhsullarının qiyməti
Dəftərlərin qiyməti 30 qəpikdən başlayaraq 1 manata qədər təklif olunur. Sadə qələmlərin qiyməti 15 qəpikdən başlayır. Karandaşların dəyəri 80 qəpiyə, rəngli karandaş və flomaster dəstləri isə 8-16 manata qədər dəyişir. Qələm qabları 4-25 manat, pozan, xətkeş və qələmyonan kimi ləvazimatların qiyməti isə əsasən bir manatdan başlayaraq 3-4 manata qədər artır.
Rəsm dərsləri üçün tələb olunan albom, plastilin, boya, yapışqan, qayçı və digər ləvazimatlar da satışdadır. Bu məhsulların qiyməti əsasən 1-15 manat aralığında dəyişir.
Əlavə xərclər də var...
Bunlardan başqa, məktəbli çantalarının qiyməti markadan asılı olaraq 40-80 manat arasında dəyişir.
Bəzi valideynlər övladlarına su qabı, yemək qabı, əlavə dərs vəsaitləri də alır. Bu da orta hesabla 30-50 manat əlavə xərc yaradır.
Nəticədə, bir ibtidai sinif şagirdinin məktəbə hazırlanması valideynlərə orta hesabla 250-355 manat arasında başa gəlir. Daha keyfiyyətli geyim və ləvazimat seçildikdə isə bu məbləğ 400 manatı keçə bilər.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

