Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışına həsr olunmuş qəbul keçirilib
21.09.2012 [17:03]
Xəbər verdiyimiz kimi, sentyabrın 19-da Parisdə Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə yaradılan Mədəniyyət Mərkəzinin açılış mərasiminə həsr edilmiş qəbul olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qəbulda iştirak ediblər.
Tədbir iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyev qəbulda çıxış edərək deyib: “Hörmətli xanımlar və cənablar! Bu gün Fransa-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gündür. Parisin mərkəzində Azərbaycan Mədəniyyət Mərkəzi öz işinə başlayır. Təsadüfi deyildir ki, ölkəmizin xaricdə birinci Mədəniyyət Mərkəzi məhz Fransanın paytaxtında açılır. Fransa-Azərbaycan əlaqələri çox uğurla, sürətlə inkişaf edir. Bu gün səhər bu binanın həyətində Azərbaycan bayrağı qaldırılmışdır. Bu gün biz dostlarımızı qəbul edirik. Bu Mədəniyyət Mərkəzinin fəaliyyəti bizə imkan verəcəkdir ki, Azərbaycan öz zəngin mədəniyyətini, tarixini, incəsənətini fransalılara geniş şəkildə təqdim etsin. Əminəm ki, bu bina qısa bir müddətdə Fransa-Azərbaycan dostluq evinə çevriləcəkdir.
Fransa-Azərbaycan əlaqələrinin gözəl tarixi vardır və əminəm ki, bundan da gözəl gələcəyi olacaqdır. Dünən Fransa Prezidenti cənab Fransua Ollandla keçirdiyim görüş bir daha münasibətlərimizin strateji xarakterini təsdiq etdi. Bu gün səhər MEDEF-də Fransanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə iqtisadi sahədə qarşılıqlı marağın nə qədər böyük olmasının bir daha şahidi olduq.
Fransa Azərbaycanın ikinci ticarət tərəfdaşıdır və ticarətin həcmi ildən-ilə artmaqdadır. Bu gün biz Azərbaycanın bu mədəniyyət ocağında görüşürük və dostlarımızla təmasda oluruq. Bu fürsətdən istifadə edərək Fransa-Azərbaycan əlaqələrinin mədəniyyət sahəsindəki fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyevanın fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Mehribanın təşəbbüsü ilə Fransanın mədəni irsinin qorunması üçün Strasburqda, Versalda, Normandiya bölgəsində müxtəlif layihələr icra edilmişdir. Onun təşəbbüsü ilə Azərbaycan mədəniyyət xadimlərinin Fransada konsertləri, sərgiləri təşkil edilmişdir. Keçən il Bakıda Fransız Liseyinin təməl daşı qoyulmuşdur. Bakıda möhtəşəm “Plaisirs de France” sərgisi keçirilmişdir. Bu mədəniyyət ocağının fəaliyyətə başlaması məhz Mehribanın təşəbbüsü ilə mümkün olmuşdur. Fransa dövləti onun fəaliyyətini çox yüksək qiymətləndirib və Mehribanı “Fəxri Legion” ordeni ilə təltif etmişdir.
Bu axşam doğrudan da Fransa-Azərbaycan dostluq axşamıdır. Bizim Fransada dostlarımız çoxdur. Bu binanın qapıları həmişə dostlarımızın üzünə açıq olacaqdır.
Bu gün bizimlə bərabər bu sevincli günü qeyd etmək üçün bu ziyafətə gəlmiş bütün dostları bir daha salamlayıram. Bütün fransalı dostlarımıza yeni uğurlar və cansağlığı arzulayıram. Sağ olun”.
Azərbaycanın və Fransanın dövlət və hökumət rəsmilərinin, tanınmış ictimai-siyasi, mədəniyyət xadimlərinin və digər nüfuzlu qonaqların iştirak etdikləri qəbulda milli mətbəximizin ləziz təamları təqdim olunub.
Tədbir konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20

