Qeydiyyat başa çatdı
02.08.2024 [09:50]
1 sentyabr parlament seçkilərində 26 siyasi partiyadan 25-i iştirak edəcəK 481 namizəd qeydə alınıb
Bəlli olduğu kimi, sentyabrın 1-də ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək. Xatırladaq ki, bu il iyunun 20-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclasında Milli Məclisin buraxılması və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü irəli sürülmüşdü. Milli Məclisin 21 iyun tarixli qərarına əsasən növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı Azərbaycan Prezidentinə müraciət edilib. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu 27 iyunda Milli Məclisin bu qərarının ölkə Konstitusiyasına uyğunluğunu yoxlayıb və qərar verib. Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında müvafiq Sərəncama əsasən altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılmasına və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin 2024-cü il sentyabrın 1-nə təyin edilməsinə qərar verilib.
Siyasi partiyaların əksəriyyəti seçkidə iştirak edir...
Bu il keçiriləcək parlament seçkiləri xüsusi əhəmiyyəti ilə seçilir - bu seçki müstəqillik tariximizdə ilk dəfə olaraq ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycanda baş tutacaq. Hər bir siyasi təşkilatın yaranmasının əsas məramı kimi önə çıxan şərtlərdən biri sayılan seçkilərdə iştirak etmək, eyni zamanda qalibiyyət əldə etmək üçün konsepsiyaya malik olmaq arzusu bu siyasi marafonu daha da maraqlı edir. Bunun üçün bütün şərtlər mövcuddur - siyasi partiyalar üçün bərabərhüquqlu mübarizə şəraiti yaradılır, namizədlərin seçicilərlə təmasları, öz siyasi platformalarını təqdim etmələri üçün imkanlar formalaşdırılır. Ölkəmizdəki siyasi mühit isə əlverişlidir - azad rəqabətin inkişafı üçün mükəmməl qanunvericilik mövcuddur, müasir seçki təbliğat vasitələrindən (sosial şəbəkələr, mətbuat, internet resurslar və s.) və seçki prosesinin şəffaflığını sübut edən ən müasir texnologiyalar (veb-kameralı məntəqələr, barmaq boyası mexanizmi. Exit-poll və.s ) fəal şəkildə istifadə olunur. Ortada yalnız bir şərt qalır - siyasi iradə. Bəlkə də bu amil seçkidə iştirak üçün ən əsas şərtdir. Seçkidə iştirak edən partiyalar və onların namizədləri yaradılan bu şəraitdən maksimum yararlanırlar. Builki seçkilərin qabağa çəkilməsi isə siyasi partiyaların seçkilərə hazırlıq prosesinə də əsaslı təsir göstərmir. Çünki siyasi partiyalar təşkilat daxilində seçkiyə hazırlıq prosesinə artıq bir müddətdir ki, start veriblər. Bunun nəticəsidir ki, ilk dəfə olaraq seçkilərdə 26 siyasi partiyanın 25-i iştirak edəcək. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda keçirilən dəyirmi masada bildirib ki, parlament seçkilərində 1000 məntəqədə veb-kameralar quraşdırılacaq. MSK-nın sədri diqqətə çatdırıb ki, ilk dəfə 26 siyasi partiyanın 25-i parlament seçkilərində iştirak edəcək. Bu da seçicilər üçün geniş imkanlar yaradır.
Beləliklə, demək olar ki, bütün siyasi qüvvələr bu seçki marfonunda təmsil olunur - bu isə ölkəmizdə siyasi palitranın seçkiyə münasibətini də tam ortaya qoyur. Siyasi parityaların seçkiyə münasibətdə bu qədər aktiv mövqe nümayiş etdirməsi isə ümumilikdə prosesə həm maraq, həm də diqqət qazandırır. Siyasi partiyaların təmsilçiliyi həm də məntəqə və dairələrdə seçkinin daha aktiv müşahidəsini təmin edir - bu isə özlüyündə seçkinin demokratik və şəffaf keçirilməsi istiqamətindəki iradənin daha da möhkəmlənməsinə xidmət edir.
Eyni zamanda, son bir neçə ildə daha da möhkəmlənən yeni siyasi konfiqurasiya ölkəmizdə siyasi qüvvələr arasında yeni münasibətlərin formalaşmasına xüsusi təkan verib. Ölkəmizdə yeni yaranan siyasi konfiqurasiyanın əsasında siyasi dialoq mühitinin formalaşdırılması prosesi uğurla inkişaf etdirilir. Bu, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün vacib şərtə çevrilib. Görülən işlər istər iqtidar-müxalifət, istərsə də partiyalararası münasibətlərdə yeni mərhələnin yaranmasına rəvac verib.
Müddət bu gün başa çatır...
Siyasi partiyalarla yanaşı, öz təşəbbüsü ilə namizədliyini irəli sürən şəxslər üçün də seçkidə bütün şərait formalaşdırılıb. İstər imza vərəqələrinin əldə edilməsi, istərsə də doldurulması ilə bağlı hər hansı bir etiraz edilməyib - bu hüququndan istifadə edən bütün namizədlər ölkə qanunvericiliyi çərçivəsində lazımi prosedurları həyata keçirib.
Məzahir Pənahov onu da bildirib ki, deputatlığa namizədliyini irəli sürənlərdən 1200-dən çoxu imza vərəqəsi alıb, təqribən 660 nəfər isə imza vərəqələrini qaytarıb. İndiyədək qeydə alınan namizədlərin sayı 481 nəfərə çatıb.
Vurğulayaq ki, MSK-nın Təqvim Planına əsasən imza vərəqələri və seçki sənədlərinin təqdim edilməsi üçün müddət bu gün, yəni avqustun 2-si başa çatır. Xatırladaq ki, namizədliyin qeydə alınması üçün sənədlərin təqdim olunması 13 iyul tarixində başlamışdı. Namizədin qeydə alınmasından sonrakı mərhələ isə 9 avqust tarixində seçkiqabağı təşviqatın aparılması ilə başlanır və avqustun 31-i saat 08:00-da dayandırılır. Təqvim Planına əsasən səsvermə gününə azı 20 gün qalanadək, yəni avqustun 12-dək MSK qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısının dərc edilməsini təmin etməlidir.
SADİQ
Xəbər lenti
Hamısına baxDaxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37

