Yeni yaradılacaq müəssisələr ölkəmizin sənaye potensialının güclənməsinə xidmət göstərəcək
09.01.2013 [02:47]
Prezident İlham Əliyev: Bu zavodun fəaliyyəti nəticəsində Bakının ekoloji vəziyyəti böyük dərəcədə yaxşılaşdırılacaqdır. İnsanların sağlamlığına çox böyük töhfə olacaqdır. Xarici əməkdaşlıq baxımından bu zavod da çox böyük əhəmiyyətə malikdir
Məlum olduğu kimi, hazırda Azərbaycan dünyada sürətli inkişaf tempinə malik ölkələrdən birinə çevrilib. Buna isə respublikada həyata keçirilən iqtisadi islahatlar nəticəsində iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq, qeyri-neft sektorunu inkişaf etdirmək, iqtisadiyyatı şaxələndirilməklə nail olunub. Ümumiyyətlə, ölkəmizdə, ümumi daxili məhsul (ÜDM) istehsalının strukturuna diqqət yetirdikdə, bütün iqtisadi sahələrdə artım meyillərinin nəzərə çarpdığını görmək mümkündür.
Sözsüz ki, son illərdə Azərbaycan iqtisadiyyatında inkişaf göstəricilərinə görə sənayenin çəkisi də artmaqdadır. Bütövlükdə, ölkəmizdə aparılan sənayeləşmə siyasəti regionların dinamik inkişafına ciddi təkan verib. Respublikanın müxtəlif bölgələrində, həmçinin, Bakı şəhərində sənayeləşmə proqramının uğurlu icrası nəticəsində yeni böyük və kiçik istehsal, həmçinin, emal sənayesi müəssisələri fəaliyyətə başlayır, yeni iş yerləri açılır. Məsələn, ötən il yanvarın 21-də ölkə iqtisadiyyatı üçün böyük layihə olan “DET AL” Alüminium MMC-nin Gəncə alüminium zavodu kompleksinin açılışı da ölkəmizdə sənayeləşmə istiqamətində atılan mühüm addımlardan biridir. Bundan əlavə, 2012-ci ilin aprelin 24-də Prezident İlham Əliyevin iştirakı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Sumqayıtda inşa edilən Azgüntex zavodunun, həmçinin, STP-də ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodlarının açılışı olub.
İyulun 10-da Qaradağ rayonunda 300 milyon avro dəyərində investisiya qoyulan “Holcim” sement zavodunun açılışı olub.
Belə müəssisələrdən biri isə ötən il dekabrın 19-da Balaxanıda istifadəyə verilən Bakı bərk məişət tullantılarının yandırılması zavodudur. Bərk məişət tullantılarının yandırılması zavodu istehsal gücünə görə Şərqi Avropada və MDB məkanında bu tipli ən iri müəssisədir. Qeyd edək ki, müəssisənin tikintisi ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planı çərçivəsində həyata keçirilib. Zavod 2008-ci ildə İqtisadi İnkişaf Nazirliyi ilə Fransanın bu sahədə dünyanın ən aparıcı şirkətlərindən biri olan və 50 illik təcrübəyə malik “Cnim” şirkəti arasında imzalanan müqaviləyə əsasən inşa edilib. “Cnim” bir çox ölkələrdə, xüsusilə də, Avropada 120-dən çox bu tipli zavodun tikintisini reallaşdıran bir şirkətdir. 20 hektar ərazidə inşa olunan və illik emal gücü 500 min ton məişət tullantısı və 10 min ton tibbi tullantı təşkil edən bu zavodun 20 illik istismarı da “Cnim” tərəfindən həyata keçiriləcək. İstismar zamanı tullantıların həcmi 10 dəfə, kütləsi isə 3 dəfədən çox azalacaq. Tullantıların yandırılması prosesi nəticəsində alternativ enerji kimi əldə ediləcək elektrik enerjisinin miqdarı ildə 231,5 milyon kilovat-saat olacaq. Zavodun fəaliyyəti nəticəsində illik 60 milyon kubmetrdən artıq təbii qaz həcmində enerjiyə qənaət etmək mümkün olacaq. Əldə edilən elektrik enerjisi 100 min evin enerji ilə təmin olunmasına imkan yaradacaq.
Dördüncü nəsil 4G texnologiyasının tətbiqi ilə qurulan zavod Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verir. Yanma zamanı əmələ gələn tüstü külü xüsusi süzgəclərlə tutulacaq. Daha ağır və zərərsiz olan dib külündən isə yol tikintisində istifadə edilə bilər. Tullantı hədlərinin monitorinqinin gündəlik aparılacağı zavod ətraf mühitin idarə edilməsi üzrə ISO 14001 standartlarına tam cavab verir. Zavodun fəaliyyəti nəticəsində illik 100 min tona yaxın karbon dioksin-CO2 qazı ekvivalentində istilik effekti yaradan qazların atmosferə atılmasının qarşısını almaq mümkündür.
Əlavə edək ki, zavodun tikintisinə qoyulan investisiyanın həcmi 365 milyon avrodur. Onun bir hissəsi İslam İnkişaf Bankı tərəfindən kredit şəklində verilib, qalan hissəsi isə Azərbaycanın dövlət büdcəsi hesabına formalaşdırılıb.
Sözügedən zovudun açılışında iştirak edən Prezident İlham Əliyev müəssisənin yaradılmasının əhəmiyyətini önə çəkib: “Qeyd etmək istəyirəm ki, son illər ərzində mən bir çox açılışlarda iştirak etmişəm. Yüzlərlə, bəlkə də daha da çox, indi onları saymaq üçün çox vaxt lazım olacaqdır. Ancaq onların içində bu zavodun fəaliyyətə başlaması xüsusi yer tutur. Çünki bu zavoda qoyulan vəsait qeyri-neft sektoruna dövlət tərəfindən qoyulan ən böyük investisiyalardan biridir. Bu zavodun fəaliyyəti nəticəsində Bakının ekoloji vəziyyəti böyük dərəcədə yaxşılaşdırılacaqdır. İnsanların sağlamlığına çox böyük töhfə olacaqdır. Xarici əməkdaşlıq baxımından bu zavod da çox böyük əhəmiyyətə malikdir”.
Onu da qeyd edək ki, zavodun tikintisi ilə bağlı Balaxanıda sosial layihə də həyata keçirilib. Balaxanı qəsəbəsinin içməli su ilə təchizatı üçün dəyəri təqribən 10 milyon manat ətrafında yeni layihə icra edilməyə başlanıb və yaxın zamanlarda başa çatacaq.
Eyni zamanda, hökumət Sumqayıt, Gəncə şəhərləri və Bakının Qaradağ rayonunda 3 sənaye şəhərciyi yaratmağı planlaşdırır. Bu istiqamətdə kompleks tədbirlər görülür. Texnologiya parklarının bundan sonrakı uğurlu fəaliyyəti üçün əlavə tədbirlər paketi hazırlanır. Beləliklə, bir neçə yerdə - Sumqayıtda, Balaxanıda, Qaradağ rayonunda və digər yerlərdə böyük sənaye komplekslərinin yaradılması nəzərdə tutulub. Bununla yanaşı, texnologiya parklarının ixtisaslaşması prosesi də artıq müəyyən edilib - yüksək Texnologiya Parkı, Kimya Texnologiya Parkı və Balaxanı Texnologiya Parkı. Təbii ki, sözügedən parklarda yeni yaradılacaq müəssisələr ölkəmizin sənaye potensialının güclənməsinə xidmət göstərəcək.
Sevinc NURİYEVA
Xəbər lenti
Hamısına baxSosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03

