/ / Prezident İlham Əliyev “Çıraq” neft layihəsinin bir hissəsi olan “Qərbi Çıraq” platformasının tamamlanmış üst modullarında aparılan işlərlə tanış olub
Prezident İlham Əliyev “Çıraq” neft layihəsinin bir hissəsi olan “Qərbi Çıraq” platformasının tamamlanmış üst modullarında aparılan işlərlə tanış olub
24.07.2013 [09:48]
İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bibiheybət qəsəbəsindəki tikinti-quraşdırma sahəsində “Çıraq” neft layihəsinin bir hissəsi kimi inşa edilmiş “Qərbi Çıraq” platformasının tamamlanmış üst modullarında aparılan işlərlə tanış olub.
Prezident İlham Əliyevə məlumat verən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell bildiriblər ki, 2010-cu ilin martında “Çıraq” neft layihəsi üzrə 6 milyard dollar dəyərində işlənmə planına başlanılması ilə yeni, eyni zamanda, böyük investisiya layihəsinin ölkəmizin neft tarixinə daxil olmasına yol açılıb. “Qərbi Çıraq” adlanan bu layihə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda neft hasilatını sabitləşdirməyə və layların neft verimini maksimuma çatdırmağa yardım edəcək. Layihənin ümumi dəyərinin təxminən 4 milyard dolları qurğuların tikintisini və qabaqlayıcı qazma proqramını əhatə edir. Məbləğin qalan hissəsi isə hasilat müddəti ərzində platformadan hasilat quyularının qazılmasına sərf olunacaq. Azərbaycanın neft tarixində mühüm əhəmiyyətə malik olan bu qurğunun hazırlanması yerli mütəxəssislər tərəfindən həyata keçirilib və görülən işlər artıq ölkəmizdə neft sənayesinin inkişafının sürətlə davam etdiyini göstərir.
Qeyd edilib ki, “Qərbi Çıraq” bp şirkətinin “Azəri-Çıraq-Günəşli” operatoru qismində inşa və istismar etdiyi dünya səviyyəli səkkizinci dəniz platformasıdır. Platformanın layihə gücü gündəlik 25 min ton neft və 6,5 milyon kubmetr qaz təşkil edir. Lakin platforma gündəlik 8 milyon kubmetr qaz ixrac edə bilər. Onun gün ərzində təqribən 2,3 milyon kubmetr qazlift təmin etmək gücü var.
Dövlətimizin başçısı “Qərbi Çıraq” platformasının tikintisi və onun dayaq modullarının dənizdə quraşdırılmasından bəhs edən filmə baxıb.
Diqqətə çatdırılıb ki, “Qərbi Çıraq” platforması üçün dayaq bloku artıq bu ilin aprelində dənizdə quraşdırılıb. Xəzər regionunda indiyədək inşa edilmiş ən ağır “Qərbi Çıraq” dayaq blokunun ümumi çəkisi 18 min 200 ton, hündürlüyü 185 metrdir.
Sonra Prezident İlham Əliyev “Qərbi Çıraq” platformasının alt və üst göyərtələrini gəzərək qazma modullarına, elektrik generatorlarına və digər bölmələrə baxıb.
Bildirilib ki, platformanın üst modullarının tikintisinə 2010-cu ilin iyulunda başlanıb. Hazırda isə qurğu tam hazırdır və dənizə yola salınmazdan əvvəl son istismar sınaqları aparılır. Platforma 18 min 500 ton çəkiyə malik olmaqla indiyədək Xəzər dənizinə buraxılmış ən ağır konstruksiya olacaq.
Azərbaycan Prezidenti İlham Əliyev platformanın tikintisində çalışan mütəxəssislərlə görüşüb.
Mütəxəssisləri salamlayan Prezident İlham Əliyev deyib: “1990-cı illərin ortalarından başlayaraq bu günə qədər Azərbaycan mütəxəssislərinin sayı getdikcə artır. Bu, çox vacib məsələdir. Çünki bizim istəyimiz də bundan ibarət idi ki, bütün bu işlərdə maksimum Azərbaycan vətəndaşları iştirak etsinlər. Artıq belə nəhəng, dünya miqyaslı qurğuları biz yüz faiz Azərbaycanda tikirik. Bu, həm Azərbaycanın gücünü, eyni zamanda, mütəxəssislərin təcrübəsini göstərir. Onu göstərir ki, gələcəkdə bu cür işlər hələ çox olacaqdır. Çünki Azərbaycanın neft-qaz sektoru inkişafdadır. Mühüm işlər görülür, amma gələcəkdə hələ çox iş görülməlidir, bir neçə platforma tikilməlidir. “Şahdəniz-2” layihəsi icra ediləcəkdir.
Çox şadam ki, artıq bütün işlər Azərbaycanda aparılır. Bu işlərin əsas hissəsini görən Azərbaycan vətəndaşlarıdır. Hadisə münasibətilə təbrik edirəm. Yeni uğurlar arzulayıram. Sağ olun”.
Mütəxəssis: “Çox sağ olun, cənab Prezident! Dəstəyinizə görə Sizə təşəkkür edirik. Azərbaycanın gələcəyi üçün əlimizdən gələni əsirgəməyəcəyik”.
* * *
Sonra xatirə şəkli çəkdirilib.
Məlumat verilib ki, “Qərbi Çıraq” platforması “STB-1” daşıma barjından istifadə etməklə sürüşdürmə metodu ilə vahid bir qurğu kimi quraşdırılacaq. Barjın özü modernləşdirilərək bu nəhəng yükü daşıya biləcək vəziyyətə gətirilib. Bu yük “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda quraşdırma işləri çərçivəsində bundan əvvəl ən ağır göyərtəyə malik “Şərqi Azəri” üst modullarının çəkisindən təxminən 2 min 500 ton artıqdır. Üst modulların dənizə yola salınması əlverişli hava şəraitindən asılı olaraq 2013-cü ilin avqustunda planlaşdırılır. Platformada hasilat işlərinə bu ilin dekabrında başlanacağı gözlənilir. Bu platforma “Şərqi Azəri” platformasının layihəsi əsasında hazırlansa da, ona əlavə olaraq elektriklə işləyən qaz ixracı kompressoru qaz turbini ilə çalışan əsas elektrik generatorları daxil edilib. Tikinti işləri texniki təhlükəsizlik üzrə ən yüksək standartlara tam uyğun şəkildə aparılıb və ötən müddətdə hər hansı qəza ucbatından itirilmiş iş günü qeydə alınmayıb. Platformaya Xəzər dənizində ilk dəfə istifadə olunacaq müasir texnologiyalar və əlavə avadanlıq da daxil edilib. Atqı əleyhinə preventor, qumun xaric edilməsi və təmizlənməsi, səviyyəölçən cihaz və qoşa porşen effektli kürəli siyirtmələr kimi texnologiyalar qarşıya qoyulan hədəflərə daha səmərəli surətdə nail olmağa imkan yaradacaq.
Bildirilib ki, quraşdırma işlərinin aparıldığı üç il ərzində yerli ehtiyatlardan istifadənin maksimuma çatdırılması başlıca prioritet olub. Subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla tikinti-quraşdırma işlərinə təxminən 4 min nəfər cəlb olunub ki, bunun da 90 faizə qədərini yerli işçilər təşkil edib.
Prezident İlham Əliyev platformada 175 nəfər üçün layihələndirilmiş yaşayış blokuna və mərkəzi nəzarət otağına baxıb.
Qeyd edilib ki, platformada iş prosesinə vahid nəzarətin həyata keçirildiyi bu blokda işçilərin və mütəxəssislərin yaşayıb işləməsi üçün hər cür şərait yaradılıb.
Dövlətimizin başçısı görülən işlərdən razılığını bildirib.
Xəbər lenti
Hamısına baxSiyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25

