Azərbaycan - Çin: Hərtərəfli tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər
29.04.2025 [11:07]
Azərbaycan Prezidenti İlham Əliyev bugünlərdə Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Müsahibə aprelin 25-də həmin televiziya kanalında yayımlanıb. Dövlətimizin başçısı müsahibəsində uğurla inkişaf edən Azərbaycan-Çin əlaqələrinin geniş gündəliyinin bir sıra mühüm məsələlərinə diqqət çəkib.
Əla səviyyədə olan ikitərəfli əlaqələr
Azərbaycanla Çin arasında ikitərəfli əlaqələrin əla səviyyədə olması məmnunluq doğurur. Liderlər arasında səmimi münasibətlər var. Azərbaycanın dövlət başçısının altı ildən sonra Çin Xalq Respublikasına ilk dəfə dövlət səfərinə gəlməsinə baxmayaraq, Prezident İlham Əliyevlə Sədr Si Cinpinin vaxtaşırı görüşləri baş tutub. Liderlər bundan əvvəl axırıncı dəfə beynəlxalq tədbirlərin birində görüşüblər və həmin görüşdə iki ölkə arasında Strateji Tərəfdaşlıq Haqqında Bəyannamə imzalanıb. Bəhs olunan görüş əməkdaşlığın olduqca mühüm tarixinə çevrilib. Dövlətimizin başçısının sonuncu səfəri çərçivəsində isə hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat və bir çox sahəni əhatə edən 20-dən artıq sənəd imzalanıb. “Bir sözlə, mən deyərdim ki, münasibətlər əladır. Səfər də, həmçinin. Nəticələrdən çox razıyam. İlk olaraq, Sədr Si tərəfindən Çinə dövlət səfərinə dəvət edilməkdən çox şərəfləndim”, - deyə Prezident İlham Əliyev məmnunluğunu bildirib.
Dövlətimizin başçısının vurğuladığı kimi, hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanatın mətninə nəzər yetirdikdə, burada ikitərəfli əlaqələrin geniş gündəliyini görmək mümkündür. Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir. Biz bir-birimizin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik.
Heydər Əliyevin böyük irsi hamımız üçün əzizdir
Müsahibədə ikitərəfli əlaqələrin hazırkı yüksək səviyyəyə çatmasında liderlərin roluna xüsusi diqqət çəkilib. Hazırda Azərbaycanın və Çinin liderləri arasında çox mehriban münasibətlər var. Prezident İlham Əliyev görüşlərin birində Sədr Si Cinpinin Onu Çinin yaxın dostu adlandırdığını bir növ mükafat kimi qəbul etdiyini bildirib. Prezident İlham Əliyev Çin lideri ilə görüşməyə, çox səmimi və açıq qaydada söhbət aparmağa hər zaman məmnun olduğunu xüsusi vurğulayıb. Si Cinpinlə bağlı fikirlərini bölüşən dövlətimizin başçısı bildirib ki, O, çox dərin biliklərə malik olan, Çinin milli maraqlarına və bütövlükdə qlobal məsələlərə gəldikdə, çox qətiyyətli mövqeyi ilə seçilən insandır.
Müsahibədə iki ölkə arasında uzaqgörən münasibətlərin qurulmasında böyük siyasətçi Heydər Əliyevin çox əhəmiyyətli rol oynadığı minnətdarlıq hissi ilə xatırlanıb. O, Prezident olanda ilk səfərlərindən birini məhz Çinə edib. “Onun irsi bizim hamımız üçün əzizdir. Biz onun yolunu davam etdiririk, o cümlədən xarici siyasət prioritetlərində. Bu prioritetlər sırasında Çin xüsusi yer tutur. Əlbəttə ki, ötən 20 ildə dünya dəyişib, Azərbaycan dəyişib. Lakin prioritetlər dəyişməyib. Odur düşünürəm ki, əgər atam səmadan baxaraq bizim harada olduğumuzu görə bilsəydi, o, Azərbaycana və Çin-Azərbaycan münasibətlərinə görə qürur duymuş olardı”, - deyə dövlətimizin başçısı bildirib.
Azərbaycanın əsas prioritetlərindən biri - yaşıl gündəlik
Azərbaycanda Heydər Əliyevin başladığı islahatlar kursu sonrakı mərhələdə daha geniş miqyasda davam etdirilib. Burada Prezident İlham Əliyevin bildirdiyi kimi, Çinin keçdiyi tərəqqi yolu bizim üçün ilham mənbəyi olmuşdur. Respublikamızda siyasi sabitlik və təhlükəsizlik zəminində güclü iqtisadiyyat quruculuğuna başlanılıb. İqtisadi sahədə uğurlarımızdan bəhs edən Prezident İlham Əliyev deyib: “Bu gün Azərbaycanın xarici borcu ÜDM-in 7 faizindən azdır. Bizim mübadilə olunan valyuta ehtiyatlarımız xarici borcumuzdan 14 dəfə çoxdur. İşsizlik, yoxsulluq səviyyəsini 5 faizə endirdik, iqtisadiyyatımızı şaxələndirdik. Siz qeyd etdiyiniz kimi, yaşıl gündəlik bizim üçün əsas prioritetlərdəndir. Beləliklə, Çin burada çox mühüm rol oynayır. Çünki Azərbaycanda quraşdırılmış Günəş panelləri Çində istehsal olunub”.
Bu vaxtadək Çin şirkətləri investorlarla, Azərbaycanın yaşıl enerjisinə sərmayə yatıran şirkətlərlə podratçı qismində çalışırdılar. Eyni zamanda, artıq küçələrdə hərəkət edən elektriklə işləyən 160 avtobus alınıb. Həmçinin əlavə 200 avtobusun alınması üçün podrat müqaviləsi bağlanıb. Prezident İlham Əliyev daha bir mühüm məlumata da diqqət çəkib: “Ən vacibi isə odur ki, ümidvaram, biz bu il Azərbaycanda ildə 500 avtobus istehsal etmək gücündə olan BYD-nin elektrik avtobuslarının birgə istehsalına başlayacağıq”.
Dörd ticarət tərəfdaşından biri
Ötən il Azərbaycan birtərəfli qaydada Çin vətəndaşlarını viza almaq tələbindən azad edib. Bu, xarici ölkələrə münasibətdə ilk dəfə idi ki, baş verirdi. Bundan sonra isə dost Çin də bu ölkəyə getmək istəyən Azərbaycan vətəndaşları üçün eyni rejimi tətbiq edəcək. Bu, qarşılıqlı turist axınının artmasına güclü təkan verəcək. Hər iki ölkə həmçinin mədəni-humanitar, o cümlədən də təhsil sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.
İki ölkə arasında ticarət dövriyyəsinin artması məmnunluq doğurur. Çin Azərbaycanın idxal baxımından bir nömrəli və ticarət dövriyyəsi baxımından 4-cü tərəfdaşıdır. Çində 6 Azərbaycan Ticarət Evi açılıb. Ölkəmizdən Çinə artıq şərab ixracına başlanıb. “Bir kəmər, bir yol” layihəsinə gəlincə, bizim üçün bu təşəbbüs yalnız bir tranzit marşrutu deyil. Biz bu marşrut üzərində şirkətlər qurmaq istəyirik, çünki bizim coğrafi mövqeyimiz əlverişlidir. Biz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşirik. Bağlantılara gəlincə, biz artıq bütün infrastrukturu - dəmir yollarını, dəniz limanlarını, magistral yolları, 8 beynəlxalq hava limanı inşa etmişik. Biz qlobal miqyasda ən böyük yükdaşıma, hava yolu ilə yükdaşıma şirkətlərindən birinə sahibik. Beləliklə, hədəfimiz bu marşrut üzərində biznes qurmaqdır. Əlbəttə ki, biz Çin şirkətlərinə arxalanırıq”, - deyə Prezident İlham Əliyev bildirib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17

