20-ci səfər...
04.11.2025 [11:46]
Diplomatların azad olunmuş ərazilərə səfəri ənənə halını alıb
Azərbaycan öz ərazilərini erməni işğalından azad etdikdən sonra bu torpaqlarda böyük quruculuq işləri həyata keçirilir. Görülən işlərin miqyası çox böyükdür. Çünki işğalçılar həmin ərazilərdə hər şeyi tamamilə məhv ediblər. Ona görə də, dövlətimiz üçün bu gün başlıca prioritet Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa işlərini ən yüksək səviyyədə həyata keçirməkdir.
51 ölkə və 12 beynəlxalq təşkilatdan 100 nümayəndə
Qeyd edək ki, torpaqlarımız işğaldan azad edildikdən sonra xarici qonaqlar da bu ərazilərə mütəmadi səfərlər edirlər. Eləcə də, ölkəmizdəki diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərləri təşkil olunur. Yeri gəlmişkən, Azərbaycan Prezidentinin tapşırığına əsasən, oktyabrın 31-də ölkəmizdə akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin Cəbrayıl və Zəngilan rayonlarına səfəri baş tutub. Səfərdə 51 ölkə və 12 beynəlxalq təşkilatdan ümumilikdə 100-dən artıq nümayəndə iştirak edib. Bu, diplomatik korpusun azad olunmuş ərazilərimizə sayca 20-ci səfəridir.
Bütövlükdə, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərlərinin təşkil olunması bu ərazilərdə ermənilər tərəfindən törədilmiş vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması və erməni yalanlarının ifşası baxımından da mühüm əhəmiyyətə malikdir. Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəni diplomatik müstəvidə də davam etdirir. Bütün bunların fonunda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin təşkil edilməsi çox uğurlu addımdır.
Diplomatlar Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə şahidlik edir
44 günlük müharibədən əvvəlki dövrə qədər ermənilər ərazilərimizdə törətdikləri vəhşilikləri gizlədərək dünya ictimaiyyətini aldadırdılar. Lakin ordumuz torpaqlarımızı düşmən tapdağından azad etdikdən sonra ermənilərin ərazilərimizdə törətdikləri vəhşilikləri gizlətmək imkanını itirdilər və indi onların 30 il ərzində etdikləri qeyri-insanı əməllər bütün dünya ictimaiyyətinin diqqətinə çatdırılır.
Hazırda isə diplomatlar azad olunmuş ərazilərdə möhtəşəm quruculuq işlərinə də şahidlik edirlər. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə baş tutan 20-ci səfər zamanı da diplomatik korpus nümayəndələri Cəbrayıl və Zəngilan rayonlarında aparılan bərpa və yenidənqurma işləri ilə əyani tanış olublar. Onlar “Böyük Qayıdış” Proqramı çərçivəsində uğurla icra olunan layihələr, habelə regionun strateji əhəmiyyətini artıran Zəngəzur dəhlizi layihəsi və s. barədə məlumat əldə ediblər.
Belə ki, Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri oktyabrın 31-də Cəbrayıl rayonunun Horovlu kəndində olublar. Burada onlara işğaldan azad ediləndən sonra kənddə aparılmış bərpa-quruculuq işləri və yaradılmış şərait barədə məlumat verilib.
Diplomatlar daha sonra Həkəri çayının Zəngilan rayonu ərazisindən keçən hissəsində yerləşəcək Həkəri dəmir yolu stansiyası ilə tanış olublar. Diplomatik korpusun nümayəndələri burada görülən işlər, dəmir yolunun və stansiyanın tikintisi ilə bağlı həyata keçirilmiş və gələcəkdə görüləcək işlər barədə məlumatlandırılıb. Bildirilib ki, bu dəmir yolu Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin (TRIPP) tərkib hissəsi olacaq.
Səfər çərçivəsində iştirakçılar, həmçinin Zəngilan məscidi ilə tanış olublar. Bundan əlavə, Zəngilan şəhərindəki yaşayış kompleksi, məktəb və uşaq bağçası binalarına baxış da səfər proqramının tərkib hissəsi olub.
Zəngəzur dəhlizi mövzusunda brifinq
Sonra Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri üçün Zəngilan şəhərindəki Konqres Mərkəzində “Zəngəzur dəhlizi - regional nəqliyyat şəbəkəsi” mövzusunda brifinq keçirilib. Brifinqdə güclü beynəlxalq tərəfdaşlığın, eləcə də infrastruktur və dəmir yolu nəqliyyatının modernləşdirilməsinin ölkənin inkişafının əsas amilləri olduğu bildirilib. Qeyd edilib ki, bu nailiyyətlər Azərbaycanın əsas nəqliyyat mərkəzinə necə çevrildiyini göstərir.
Təqdimat zamanı nəqliyyat və dəniz infrastrukturuna xüsusi diqqət yetirilib. Vurğulanıb ki, bu gün ölkənin dəmir yolu ilə yükdaşımalarının həcmi artıb və Azərbaycan Xəzər dənizində ən böyük dəniz donanmasına malikdir.
Bütövlükdə, diplomatik korpus nümayəndələrinin səfəri həyata keçirilən işlərin miqyasını və regionun inkişaf potensialını yaxından görmək, həmçinin işğaldan azad edilmiş ərazilərin davamlı bərpası, sosial-iqtisadi dirçəlişi və reinteqrasiyasının təmin olunması istiqamətində Azərbaycanın səylərini dəyərləndirmək imkanı yaradır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46

