Yeni Avrasiya arxitekturasının ritmi Cənubi Qafqazda tənzimlənir
27.11.2025 [11:12]
Bakı qlobal səhnədə: təhlükəsizlik, enerji və dialoq üçbucağının mərkəzi
Müasir qlobal sistemin strukturunda baş verən dəyişikliklər özündə genişmiqyaslı geosiyasi yenilənməni ifadə edir. Dünya iqtisadiyyatının rəqəmsallaşması, enerji sektorunda yeni balansın formalaşması, istehsal və ticarət marşrutlarının Şərqə doğru sürətlə yönəlməsi Avrasiyanın strateji çəkisini artırıb. Bu yeni konfiqurasiyada Azərbaycanın mövqeyi regionun adi tranzit ölkəsindən qlobal proseslərin koordinasiya mərkəzinə çevrilməsi ilə xarakterizə olunur. Bakı artıq kompleks geoiqtisadi modellərin tətbiq olunduğu, təhlükəsizlik və logistik inteqrasiyanın paralel şəkildə reallaşdığı mühüm strateji platformadır.
Günümüzün dinamikası göstərir ki, Avrasiyanın gələcək iqtisadi arxitekturası müxtəlif qütblər arasında rəqabət deyil, əlaqələndirmə üzərində qurulacaq. Bu mənada Azərbaycan həm Şərq istehsal sistemləri, həm də Qərb texnoloji və maliyyə mərkəzləri arasında optimal sintez yaradan unikal mövqeyə malikdir. Orta Dəhlizin genişlənməsi, Rəqəmsal İpək Yolunun formalaşması, yeni liman-logistika zəncirinin sürətlə inkişafı Azərbaycana yalnız tranzit deyil, tənzimləyici rol qazandırır. Bu rol həm də Bakının təhlükəsizlik konsepsiyası ilə uzlaşır: regionda siyasi sabitliyin bərpası, sərhəd-kommunikasiya risklərinin aradan qaldırılması və inteqrasiya yönümlü diplomatiyanın gücləndirilməsi Avrasiyanın bütöv inkişaf modelinə xidmət edir.
Nəticə etibarilə Bakı bu gün Avrasiyanın geoiqtisadi məntiqini müəyyən edən əsas aktorlardan birinə çevrilir. Azərbaycanın çoxşaxəli tərəfdaşlıq siyasəti, yeni kommunikasiya arxitekturası və təhlükəsizlik modelinin effektivliyi onun qlobal sistemdə strateji mərkəz rolunu daha da gücləndirir.
Yeni qlobal situasiyada...
Vurğulandığı kimi, XXI əsrin ikinci onilliyindən başlayaraq dünya iqtisadiyyatında və siyasətində müşahidə olunan dəyişikliklər artıq qlobal məzmun daşıyır. Rəqəmsallaşma, süni intellektin iqtisadi proseslərə təsiri, enerji bazarlarının yenidən formalaşması, hibrid təhlükəsizlik təhdidlərinin artması və qlobal ticarət yollarının dəyişməsi Avrasiyanın geosiyasi mənzərəsini dərin surətdə transformasiya edir. Bu transformasiyanın ən mühüm mərkəzlərindən biri isə Bakı olaraq qalır.
Rəsmi Bakı müasir çağırışları sadəcə izləməklə kifayətlənmir, onları əvvəlcədən qiymətləndirərək çevik şəkildə siyasi, iqtisadi və diplomatik xəttinə tətbiq edir. Burada əsas faktor Azərbaycanın həm Şərq, həm Qərb, həm də Mərkəzi Asiya ilə paralel strateji tərəfdaşlıqlar qurmasıdır. Bu əlaqələr statik deyil, dinamik xarakter daşıyır və Bakı bu dinamikanı idarə etmək bacarığı ilə qlobal səviyyədə fərqlənir.
Bu gün dünyanın ən vacib suallarından biri budur: yeni iqtisadi sistem hansı mərkəz üzərindən formalaşacaq? Şərq mərkəzli yeni istehsal məntiqi və Qərb mərkəzli ənənəvi istehsal arasındakı körpü rolunu oynayan məkanlar böyük üstünlüklər əldə edir. Məhz burada Azərbaycan unikallığı ortaya çıxır: ölkəmiz bu iki qütb arasında real, işlək, təhlükəsiz və beynəlxalq səviyyədə qəbul edilən əlaqə modelini formalaşdıran azsaylı ölkələrdəndir.
Rəqəmsal İpək Yolunun Azərbaycandan keçməsi, Orta Dəhlizin əsas logistik mərkəz funksiyalarının Bakı və ətrafında cəmlənməsi, Azərbaycanın müasir liman-körpü infrastrukturunu Qərbin enerji təhlükəsizliyi sistemi ilə birləşdirməsi yeni əlaqə fəlsəfəsini yaradır. Bu fəlsəfənin mahiyyəti davamlılıq və ardıcıllıq üzərində qurulur. Yəni Azərbaycan qlobal iqtisadiyyatın yeni tənzimləyici prinsiplərini reallaşdırır. İqtisadi əlaqələrin güclənməsi paralel olaraq siyasi əlaqələrin dərinləşməsi ilə inkişaf edir:
- Mərkəzi Asiya ilə Qərb arasında dialoqun genişlənməsi;
- Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşməsi;
- Çinlə iqtisadi əlaqələrin sistemli şəkildə böyüməsi;
- Avropa ilə enerji və logistika istiqamətində yeni müqavilələrin imzalanması.
Bütün bunlar Bakının yaratdığı müasir kommunikasiya arxitekturasının göstəricisidir. Azərbaycanın əsas fərqi ondan ibarətdir ki, o, münasibətləri təkcə möhkəmləndirmir, paralel olaraq yeni danışıq masaları yaradır, müxtəlif güclər arasında balans tənzimləyir və qlobal oyunçuların maraqlarını kəsişdirən neytral platformaya çevrilir. Bu proses Bakının Avrasiyadakı sistemləşdirici funksiyasını daha da gücləndirir.
Sabitlik zərurəti: qitənin qovşağında yeni təhlükəsizlik arxitekturası...
Müasir dünyanın ən diqqətçəkən reallıqlarından biri odur ki, artıq ənənəvi siyasi müdaxilə metodları tədricən öz aktuallığını itirir. Qlobal münasibətlər sistemi elə sürətlə inteqrasiya olunur ki, dünyanın istənilən regionunda baş verən kiçik böhran belə geniş coğrafiyada domino effekti yarada bilir. Buna görə də münaqişələr, qeyri-sabitlik, təhlükəsizlik boşluqları artıq təkcə siyasi problem deyil - bu, iqtisadiyyatı, energetikanı, logistikanı çökdürə biləcək riskə çevrilib. Bu yeni dövrdə sabitlik artıq üstünlük deyil, məcburi şərtdir. Məhz buna görə də Azərbaycan bu gün Avrasiyanın təhlükəsizlik arxitekturasında əvəzolunmaz mövqe qazanır.
Rəsmi Bakı 2020-ci ildən sonra regionda yaratdığı yeni reallıqla Cənubi Qafqazda təhlükəsizlik konturlarını tamamilə yenidən formalaşdırdı. Bölgədə artıq müharibə riski demək olar ki, aradan qaldırılıb, separatizm məhv edilib. Ən əsası, Ermənistanın destruktiv siyasətdən uzaqlaşması üçün real mexanizm formalaşdırılıb. Azərbaycanın təhlükəsizlik fəlsəfəsi təkcə hərbi gücə əsaslanmır; bu fəlsəfə iqtisadi əlaqələr sisteminin qurulmasını, enerji davamlılığını və kommunikasiya marşrutlarının şaxələndirilməsini özündə ehtiva edir. İki qitənin qovşağında yerləşən Azərbaycan həm Avropanın enerji təchizatında, həm də Orta Dəhliz boyunca yüklərin təhlükəsiz taşınmasında əsas zəmanətçi ölkə kimi qəbul edilir. Sabitliyin zərurət olduğu coğrafiyada dünyanın güclü aktorları - Avropa İttifaqı, Çin, Türkiyə, Mərkəzi Asiya ölkələri Azərbaycanla əməkdaşlığı prioritet elan edirlər. Çünki bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də təhlükəsizlik baxımından əsaslı mexanizm formalaşdırır. Bu, Azərbaycanın Avrasiyanın “heartland”ı statusunun əsas şərtlərindən biridir: Bakı təkcə coğrafi mərkəz deyil, həm də təhlükəsizlik məntiqinin mərkəzidir.
Bakının yeni qlobal missiyası...
XXI əsrdə dialoq sadəcə diplomatik termin deyil, həm də sivilizasiyaların bir-birini anlamaq, mədəniyyətlərin qarşılıqlı inteqrasiya imkanı qazanmaq, xalqların birgəyaşayış fəlsəfəsini formalaşdırmaq üçün əsas platformadır. Qlobal böhranların, siyasi gərginliklərin, geosiyasi parçalanmaların sürətlə artdığı bir vaxtda dövlətlər arasında etimadın bərpası, fərqli ideoloji sistemlər arasında körpülərin qurulması həyati vacib zərurətə çevrilir. Bu mənada Bakı artıq uzun illərdir ki, sivilizasiyalararası dialoq və əməkdaşlıq məkanının ən nüfuzlu mərkəzlərindən biridir. Dünyanın aparıcı vətəndaş platformaları, dini liderləri, beynəlxalq təşkilatlar, müxtəlif regionların nümayəndələri Bakını dialoq ünvanı kimi qəbul edir. Bunun səbəbi Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olması, tolerantlıq mühitinin isə bu torpaqlarda ənənə şəklində formalaşmasıdır.
Bakının dialoq siyasətinin ən mühüm komponentlərindən biri Azərbaycanın tolerant yanaşmasıdır - biz bütün tərəfləri dinləməyi, ortaq məxrəc tapmağı və kompromis hazırlamağı bacarırıq. Bu gün Qərb və Şərq ideoloji blokları arasında kəskin gərginliyin mövcud olduğu şəraitdə Bakının müstəqil və neytral platforma kimi həm siyasi, həm iqtisadi, həm də mədəni dialoqu inkişaf etdirməsi, hətta vasitəçiyə çevrilməsi bir həqiqətdir.
Bunun ən bariz nümunəsi Azərbaycan tərəfindən keçirilən Qlobal Bakı Forumu, Humanitar Zirvə, BMT Sivilizasiyalar Alyansının yüksək səviyyəli tədbirləri, Türk Dövlətləri Təşkilatının toplantıları, hətta fərqli ideoloji baxışa malik ölkələrin rahat dialoq qurmaq imkanı qazanmasıdır. Azərbaycan dialoqu sadəcə ideoloji konsepsiya kimi deyil, praktiki əməkdaşlıq modeli kimi reallaşdırır. Bu model nəticə verir - bölgədə siyasi proseslər daha rasional xətt üzrə hərəkət edir, ölkələr arasında etimad artır, iqtisadi layihələr isə daha geniş miqyas qazanır.
Avrasiyanın ritmini müəyyən edən paytaxt...
Beləliklə, Bakı artıq bir çox aspektdən bu gün təkcə Cənubi Qafqazın deyil, bütün Avrasiyanın geostrateji mərkəzinə çevrilib. Azərbaycan siyasi sabitliyin təminatçısı, qlobal logistik şəbəkələrin ayrılmaz həlqəsi, enerji təhlükəsizliyinin əsas dayağı və müxtəlif sivilizasiyaları birləşdirən dialoq platforması rolunu uğurla icra edir.
Əgər “heartland” anlayışı tarixi nəzəriyyələrdə qitələrin mərkəzi hissəsinə nəzarəti ifadə edirdisə, bu gün həmin nəzarət təkcə coğrafi deyil, həm də siyasi, iqtisadi, mədəni və diplomatik məna kəsb edir. Azərbaycan məhz bu çoxşaxəli funksiyaları yerinə yetirdiyi üçün Avrasiyanın yeni mərkəzi kimi çıxış edir.
Bakı bu gün:
- Şərq ilə Qərbi iqtisadi və siyasi xətt üzrə birləşdirir;
- Mərkəzi Asiyanı Avropa ilə bağlayır;
- Regionda qlobal təhlükəsizlik konturlarını formalaşdırır;
- Yeni dialoq və tərəfdaşlıq arxitekturası yaradır;
- sabitlik və davamlı inkişafın əsas təminatçısına çevrilir.
Bu səbəbdən Bakı bu gün sadəcə Azərbaycanın paytaxtı kimi deyil, bütövlükdə Avrasiyanın ritmini müəyyən edən, qitələrin inkişaf tempini tənzimləyən, iqtisadi və siyasi güc mərkəzlərini birləşdirən qlobal aktorlardan biri kimi tanınır və qiymətləndirilir. Bir sözlə, Bakı həqiqətən də Avrasiyanın “heartland”ıdır və bu status yalnız bugünün deyil, gələcək onilliklərin də əsas gerçəkliyidir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
27 Noyabr 23:11
İqtisadiyyat
27 Noyabr 22:48
Dünya
27 Noyabr 22:30
Elm
27 Noyabr 22:19
Maraqlı
27 Noyabr 21:53
Dünya
27 Noyabr 21:25
Elm
27 Noyabr 21:04
Dünya
27 Noyabr 20:46
Hadisə
27 Noyabr 20:36
Sosial
27 Noyabr 20:22
Dünya
27 Noyabr 19:51
Dünya
27 Noyabr 19:32
Dünya
27 Noyabr 19:15
Sosial
27 Noyabr 18:31
İqtisadiyyat
27 Noyabr 17:25
YAP xəbərləri
27 Noyabr 17:12
İdman
27 Noyabr 17:02
Xəbər lenti
27 Noyabr 17:00
YAP xəbərləri
27 Noyabr 16:32
Sosial
27 Noyabr 16:32
İqtisadiyyat
27 Noyabr 16:17
YAP xəbərləri
27 Noyabr 15:28
Xəbər lenti
27 Noyabr 14:58
Dünya
27 Noyabr 14:49
Dünya
27 Noyabr 14:35
Siyasət
27 Noyabr 14:14
Sosial
27 Noyabr 12:46
Gündəm
27 Noyabr 12:44
Sosial
27 Noyabr 12:04
Sosial
27 Noyabr 12:04
İqtisadiyyat
27 Noyabr 12:03
İqtisadiyyat
27 Noyabr 12:01
27 Noyabr 11:48
Gündəm
27 Noyabr 11:45
Gündəm
27 Noyabr 11:37
Sosial
27 Noyabr 11:24
Dünya
27 Noyabr 11:23
Gündəm
27 Noyabr 11:12
Siyasət
27 Noyabr 11:01
Siyasət
27 Noyabr 10:54
Siyasət
27 Noyabr 10:35
Analitik
27 Noyabr 10:19
Ədəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36

