Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident: Biz siyasi, iqtisadi, enerji və hətta müdafiə sahəsində ABŞ ilə yeni mərhələyə qədəm qoyuruq

Prezident: Biz siyasi, iqtisadi, enerji və hətta müdafiə sahəsində ABŞ ilə yeni mərhələyə qədəm qoyuruq

21.01.2026 [07:53]

Strateji tərəfdaşlıq nizamnaməsinin hazırlanması ilə bağlı işçi qrupun yaradılması haqqında mən və Prezident Tramp tərəfindən tarixi sənədin imzalanmasından sonra Amerika şirkətləri ilə bizim əməkdaşlığımız heç zaman olmadığı qədər intensivləşib. Biz demək olar ki, həmin sənədi, yəni strateji tərəfdaşlıq xartiyasını yekunlaşdırırıq və ümid edirəm ki, bu, növbəti ay baş tutacaqdır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib.

Məlumat mərkəzləri, süni intellekt, bağlantı, enerji və bir sıra digər sahələrin həmin xartiyaya daxil edildiyini diqqətə çatdıran Azərbaycan Prezidenti bildirib: “Biz avqustun 8-dən etibarən Vaşinqtona və digər şəhərlərə artıq 4 nümayəndə heyəti göndərmişik. Onların hamısı yaxşı nəticələrlə geri qayıdıb və hesab edirik ki, biz ABŞ ilə yeni mərhələyə qədəm qoyuruq - siyasi, iqtisadi, enerji və hətta müdafiə sahəsində. Bu, Azərbaycan üçün Amerika Birləşmiş Ştatlarından birbaşa sərmayə cəlb etməkdə böyük imkanlar yaradacaqdır və ümid edirəm ki, bizim avropalı tərəfdaşlarımız bu məsələdə geri qalmayacaqlar”.

Paylaş:
Baxılıb: 596 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31