Rumıniya mətbuatı: Avropanın qaz tədarükündə Azərbaycanın rolu danılmazdır
21.01.2026 [19:52]
Rumıniyanın aparıcı xəbər portallarından biri olan “HotNews.ro”da dərc edilmiş analitik məqalədə Avropa enerji gündəmində diqqət çəkən bir ziddiyyət ön plana çıxarılır. Məqalənin müəllifi, iqtisadi mövzular üzrə ixtisaslaşmış rumıniyalı jurnalist Florentina Çernat bu paradoksu regional enerji axınları və qonşu ölkələrlə əməkdaşlıq kontekstində təhlil edir.
AZƏRTAC xəbər verir ki, yazıda Rumıniyanın daxili qaz hasilatına görə Aİ-də lider mövqedə qərarlaşsa da, soyuq mövsümdə istehlakın kəskin artmasının ölkənin qaz balansında ciddi gərginlik yaratdığı qeyd olunur. Bu vəziyyət təkcə hasilat həcmləri ilə deyil, eyni zamanda, qaz anbarlarının texniki çıxarma gücü, infrastruktur məhdudiyyətləri və bazar mexanizmləri ilə izah edilir. Nəticədə Rumıniya qış aylarının pik dövrlərində xarici mənbələrdən qaz idxalına məcbur qalır.
Analitik təhlildə regional əməkdaşlıq amili xüsusi yer tutur. Qeyd olunur ki, qonşu ölkələrlə mövcud interkonnektorlar Rumıniyanın qısamüddətli qaz ehtiyaclarının ödənilməsində mühüm rol oynayır. Bu isə enerji təhlükəsizliyinin artıq yalnız milli çərçivədə deyil, regional və Avropa miqyasında koordinasiya tələb etdiyini göstərir.
Məqalədə Azərbaycanın enerji amili xüsusi vurğulanır. Bildirilir ki, Xəzər regionunun aparıcı qaz ixracatçısı olan Azərbaycan son illər Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan tərəfdaşlardan birinə çevrilib. Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına çıxarılan Azərbaycan qazı Rumıniya da daxil olmaqla bir sıra ölkələr üçün alternativ və etibarlı təchizat mənbəyi kimi dəyərləndirilir. Florentina Çernatın təhlilinə görə, Rumıniyanın mövsümi asılılıq probleminin azaldılması üçün məhz mənbələrin şaxələndirilməsi, o cümlədən Azərbaycan qazının Avropa bazarındakı payının artması əsas istiqamətlərdən biridir.
Vurğulanır ki, mövcud vəziyyət Rumıniya üçün strateji seçimləri aktuallaşdırır. Ölkə bir tərəfdən daxili hasilatı və Qara dəniz layihələrini sürətləndirməli, digər tərəfdən isə regional və beynəlxalq enerji tərəfdaşlıqlarını dərinləşdirməlidir. Bu kontekstdə Azərbaycanla enerji əməkdaşlığı təkcə iqtisadi deyil, uzunmüddətli enerji təhlükəsizliyi baxımından da əhəmiyyətli faktor kimi qiymətləndirilir.
Məqalədə bildirilir ki, Rumıniyada baş verən bu qaz paradoksu Avropanın ümumi enerji mənzərəsinin ayrılmaz hissəsidir. Bu mənzərədə Azərbaycan faktoru getdikcə daha qabarıq şəkildə önə çıxır və Avropanın qış aylarında enerji dayanıqlığının təmin olunmasında mühüm strateji rol oynayır.
Xəbər lenti
Hamısına baxDünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35

