Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Yaxın Şərq müharibəsi bitirmi?

Yaxın Şərq müharibəsi bitirmi?

30.04.2026 [09:33]

ABŞ qalibiyyət mesajı verir - İranda vəziyyət gərgindir

Artıq 2 aydır ki, müəyyən fasilələrlə davam edən Yaxın Şərq münaqişəsində “taym-aut” davam edir. Bir çox qərbli politoloqlar münaqişənin artıq finişə doğru yol aldığını bildirir. Onların fikrincə, qarşılıqlı hava hücumlarının bərpası daha böyük qarşıdurmaya yol açacaq - bu isə digər qlobal oyunçuların da münaqişəyə cəlb olunması deməkdir. Başqa sözlə, hücumların bərpası hətta III Dünya Müharibəsinin başlanması deməkdir. Bu isə hazırkı mərhələdə heç bir ölkəyə sərf etmir. Belə ki, yeni iqtisadi nizamın oturuşması üçün yaranan münbit zəminə böyük zərbə vurula bilər.

Xarici mətbuat isə həm də, müharibənin yenidən bərpa olunmaması üçün Ağ Evə böyük təzyiqlərin olduğunu yazır. Hörmüz boğazının bağlanması, dünya enerji bazarında qiymətlərin artması, paralel olaraq neft ixrac edən Körfəz ölkələrinin kommunikasiya imkanlarının məhdudlaşdırılması vəziyyəti daha da gərginləşdirib. Xarici media yazır ki, artıq Aİ ölkələri, Körfəz dövlətləri, qlobal oyunçular (xüsusilə, boğaz vasitəsilə böyük həcmdə neft idxal edən dövlətlər) Vaşinqtona müharibəni yekunlaşdırmaq, bu və ya digər şəkildə razılığın əldə olunması üçün ortaq mövqe tapmaq üçün təzyiqlər göstərirlər.

Xarici təzyiqlə yanaşı, daxili auditoriyada da vəziyyət gərgindir. Müharibənin uzanması hazırki iqtidarın qarşıdan gələn seçkilərdə “əlini zəiflədir”. Siyasi şərhçilər bildirirlər ki, Trampın qalibiyyət elanı müəyyən mənada siyasi reputasiyanı qaldırmağa da yardım edəcək. İranın mümkün güzəştlərə gedəcəyi halda Respublikaçılar partiyası aralıq seçkilərdə mühüm səs balansı qazanmış olacaq. Deyəsən, ABŞ administrasiyası da bu fikirdədir - Tramp müharibədə qalib dövlət olduğunu elan etməyə hazırlaşır.

Ağ Evdən xahiş...

“Reuters” agentliyinin yaydığı məlumata görə, Ağ Evin xahişi ilə Amerika kəşfiyyatı ABŞ-ın İranla müharibəyə son qoymaq barədə mümkün birtərəfli bəyanatının nəticələrini qiymətləndirir. İki ABŞ rəsmisinə və məsələ ilə tanış olan başqa bir şəxsə istinadən bildirilir ki, kəşfiyyat agentlikləri Prezident Donald Trampın birtərəfli şəkildə qələbə elan etməsi halında İranın necə reaksiya verəcəyini təhlil edir. Mənbələrin bildirdiyinə görə, məqsəd Trampın bəzi rəsmilərin və məsləhətçilərin bu ilin sonlarında keçiriləcək ara seçkilərdə respublikaçıların əhəmiyyətli dərəcədə məğlubiyyətinə səbəb ola biləcəyindən qorxduğu münaqişədən potensial geri çəkilmənin nəticələrini anlamaqdır.

ABŞ-da ara seçkilər noyabr ayına planlaşdırılıb və bir çox müşahidəçi hazırda hakim Respublikaçılar Partiyasının məğlubiyyətini proqnozlaşdırır. Bu, əsasən İrana qarşı çox populyar olmayan əməliyyat və nəticədə ölkədə yanacaq qiymətlərinin artması ilə bağlıdır. Agentliyin məlumatına görə, Vaşinqton hələlik heç bir qərar qəbul etməyib və ABŞ administrasiyasının rəhbəri İrana qarşı hərbi kampaniyanı daha da gücləndirə bilər.

“Lakin, gərginliyin sürətlə azalması prezidentə siyasi təzyiqi azalda bilər, hətta bu, İranın qətiyyətini gücləndirsə və Tehranın lazım gələrsə, “Yaxın Şərqdəki ABŞ müttəfiqlərini təhdid etmək” üçün nüvə və raket proqramlarını bərpa etməsinə imkan versə belə”, - deyə məlumatda qeyd olunub.

Vensin “B” planı...

Qeyd edək ki, hələ birinci danışıqlar raundundan öncə, aprelin 7-də ABŞ vitse-prezidenti C.D. Vens ABŞ-ın İrana qarşı hərbi məqsədlərinə əsasən nail olduğunu qeyd etmişdi: “Bu o deməkdir ki, Prezident Trampın dediyi kimi, bu müharibə tezliklə bitəcək.”

Nəticənin iranlılardan asılı olduğu fikrini bildirən C.D. Vens bütünlükdə prosesi ümumiləşdirərək qeyd etmişdi ki, ortada iki yol var. Birinci yol iranlıların normal bir ölkə olmaq, terrorizmin maliyyələşdirilməsini dayandırmaq və qlobal ticarət və mübadilə sisteminin bir hissəsi olmaq qərarına gəlməsidir - “B” variantı iranlıların danışıqlardan imtina etməsi və terrorizmi dəstəkləməyə davam etməsi, qonşularına qarşı təcavüz etməsidir. Vens demişdi ki, bu hal İrana ağır nəticələr vəd edir.

Nəticə etibarı ilə hələlik Vensin irəli sürdüyü “B” planı inkişaf etməkdədir. Bununla belə, atəşkəs dövrünün başa çatmasına baxmayaraq ABŞ hələ də müharibəni bərpa etmir - bunun qarşılığında isə...

Vaşinqton İranın “nəbzini” yoxlayır...

Bir sıra politoloqlar ABŞ-ın müharibəni dayandırma ilə bağlı tezislərin tirajlanmasını da adminstrasiyanın “B” planı kimi izah edir. Onların fikrincə, ABŞ-ın indiki mərhələdə geri çəkilməsi və ya hansısa güzəştə getməsi siyasi intihardır - bəs niyə belə xəbərlər yayılır? Vurğulanır ki, bu kimi xəbərlər İranın siyasi nəbzinin ölçülməsinə və daxili intriqaların genişlənməsinə hesablanıb.

ABŞ bu yolla sülh tərəfdarı olduğunu nümayiş etdirir - İranın güzəştə getməməsi isə müharibəyə davam deməkdir. Bu halda, İran həm də qlobal mühitdə günahkar qismində bir daha təsdiqlənəcək. Digər tərəfdən, bu yol İranın atəşkəsə və ya danışıqlara nə qədər meyilli olduğunu göstərəcək.

İkinci bir tərəfdən, vurğulandığı kimi, ABŞ-ın müharibəni dayandırmaq mesajı İranda onsuz da gərgin olan siyasi mənzərəni daha da qatılaşdırır. Müharibə tərəfdarları sülhə “xəyanət” kimi baxırlar. Danışıqların tərəfdarı olanlar isə öz arqumentlərini irəli sürürlər - nəticədə, qarşıdurma güclənir. Bu isə İranı daha çətin vəziyyətə salmağa yardım edir.

İqtisadi blokada gücləndirilir...

“The Wall Street Journal” qəzetinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp neft ixracını və gəmiçiliklərini məhdudlaşdırmaqla İrana uzunmüddətli təzyiq göstərməyə hazırlıq görməyi əmr edib. Ağ Ev bombardmanların bərpası da daxil olmaqla, digər ssenariləri nəzərdən keçirib, lakin onları daha riskli hesab edib. Qəzetin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp administrasiyasına İranın uzunmüddətli dəniz blokadasına hazırlaşmağı əmr edib.

Bu strategiya neft ixracını və gəmiçiliklərini məhdudlaşdırmaqla İran iqtisadiyyatına təzyiq göstərməyi nəzərdə tutur. Qərar Ağ Evdə davam edən münaqişə və hərbi eskalasiyanın daha da artmasına alternativ tapmaq səyləri fonunda bir sıra müzakirələrdən sonra qəbul edilib. “WSJ”-nin məlumatına görə, uzunmüddətli blokadaya keçmək qərarı Ağ Evin son görüşləri, o cümlədən əsas administrasiya rəsmiləri ilə “Vəziyyət Otağı”nda keçirilən brifinqlər zamanı verilib.

“Reuters”in məlumatına görə, strategiya İran limanlarına gəmiçiliklərin məhdudlaşdırılmasını və neft ixracının azaldılmasını nəzərdə tutur ki, bu da İran iqtisadiyyatına təzyiqi artırmalı və onun maliyyə resurslarını məhdudlaşdırmalıdır.

“Wall Street Journal” qəzetinin məlumatına görə, Ağ Ev hesab edir ki, əlavə zərbələr münaqişənin genişlənməsinə və əlavə regional oyunçuların cəlb olunmasına səbəb ola bilər.

İrana təzyiq - ABŞ-da benzinin qiyməti qalxır...

Nəzərdə tutulan gücləndirilmiş blokada rejimi İran limanlarına gedən və gələn gəmilərin monitorinqini və Tehranın əsas gəlir mənbəyi olan neft ixracının məhdudlaşdırılmasını əhatə edir. Amerikanın hesablamalarına görə, bu cür tədbirlər İrana gündəlik yüz milyonlarla dollara başa gələ bilər.

WSJ-nin məlumatına görə, 15 gündür davam edən blokada artıq İran iqtisadiyyatına nəzərəçarpacaq dərəcədə təsir göstərir. Tehran nefti saxlamaq və istehsalın tamamilə dayandırılmasının qarşısını almaq üçün alternativ təchizat yolları axtarır. Davam edən blokadanın qlobal enerji bazarlarına təsirləri də hesablanıb. Reuters-in məlumatına görə, neft qiymətləri ardıcıl səkkizinci sessiyadır ki, artıb. Brent markalı xam neftin qiyməti bir barel üçün 111,78 dollara, Amerika WTI markalı xam neftin qiyməti isə 100,50 dollara çatıb.

ABŞ-ın daxili bazarında enerji qiymətlərinin artması artıq yanacaq qiymətlərinə təsir edib. WSJ-nin məlumatına görə, benzinin orta qiyməti qallon üçün 4,18 dollara çatıb ki, bu da münaqişənin başlanğıcından bəri ən yüksək səviyyə və fevral ayının sonundan təxminən 1,20 dollar yüksəkdir. “Reuters” də oxşar qiymətləndirmələr aparır. Qarşıdurmanın hərbi mərhələsinin başlanğıcından bəri benzinin qiyməti 40 faizdən çox artıb.

50 milyard itki...

Vurğulandığı kimi, Körfəz ölkələrinin itkisi daha böyükdür - Körfəz neft ticarətindən itirilən mənfəət təxminən 50 milyard dollardan yuxarıdır. Qlobal bazar təxminən 500 milyon bareldən artıq neft itirib. “Reuters” bu barədə Wood Mackenzie analitiklərinin hesablamalarına və “Kpler”in məlumatlarına istinadən məlumat yayıb.

Qeyd edək ki, ən böyük itki Səudiyyə Ərəbistanında yaşanır - rəqəm 5 milyard dolları ötüb. İraqda mart ayında gəlir 76 faiz azalaraq 1,73 milyard dollara düşüb. Küveytdə isə bu rəqəm müvafiq olaraq 73 faiz nisbətindədir - gəlir isə 864 milyon dollara düşüb.

SADİQ

Paylaş:
Baxılıb: 126 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31