33 il öncə, bu gün...
30.04.2026 [12:19]
BMT TŞ-nin qəbul etdiyi 822 saylı qətnaməni 27 il sonra Azərbaycan öz gücünə yerinə yetir?i
Bu gün BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin qəbul olunmasından 33 il ötür. Təşkilatın 30 aprel 1993-cü ildə keçirilən iclasında qəbul olunmuş bu sənəd Azərbaycanın erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonunun dərhal azad edilməsini ehtiva edir.
Kəlbəcərin işğalı...
Xatırladaq ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal edilib. O dövrdə mərkəzi hakimiyyətdən kömək almayan kəlbəcərlilər 1993-cü il mart ayının 23-dən aprel ayının 2-dək özlərindən qat-qat yaxşı təchiz olunmuş erməni hərbi birləşmələrinə qarşı mərdliklə vuruşublar. 1993-cü ilin qiymətlərinə görə, işğal nəticəsində Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub. İşğal nəticəsində Kəlbəcərdən 53340 nəfər adam qovulub, 511 dinc əhali öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb.
Kəlbəcərin uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazidə bioloji müxtəlifliyə, o cümlədən flora və faunaya, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub, ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, qiymətli ağac növləri ilə zəngin meşələrin, eləcə də təbiət abidələrinin, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulub. Kəlbəcər rayonunda 968 hektar ərazini əhatə edən “Qırmızı kitab”a daxil edilmiş ayıfındığı ağacları da kütləvi şəkildə qırılıb. Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik 7 relikt göl, o cümlədən Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl ciddi antropogen təsirə məruz qalıb.
822 saylı qətnamədə nələr yazılmışdı?
BMT Təhlükəsizlik Şurası da həmin il aprelin 30-da keçirdiyi iclasda Ermənistan ilə Azərbaycan arasında münasibətlərin pisləşməsi ilə əlaqədar ciddi narahatlığını ifadə edib, silahlı hərbi əməliyyatların genişlənməsini və xüsusilə, erməni qüvvələrinin Azərbaycan Respublikasının Kəlbəcər rayonuna sonuncu hücumunu “həyəcanla” qeyd edərək, belə vəziyyətin regionda sülh və təhlükəsizliyə təhlükə yaratması ilə əlaqədar xəbərdarlıq edib. İclasda, həmçinin böyük sayda mülki şəxslərin öz yurdlarından qovulması və regionda, xüsusilə Kəlbəcər rayonunda fövqəladə humanitar vəziyyətlə bağlı “həyəcan təbili” çalınıb.
BMT Təhlükəsizlik Şurasının üzvləri regionda bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini təsdiqləyərək, beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha bəyan ediblər. Eyni zamanda, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (indiki ATƏT-red.) çərçivəsində həyata keçirilən sülh prosesini dəstəkləndiyi vurğulanıb və silahlı hərbi əməliyyatların genişlənməsinin bu proses üçün dağıdıcı nəticə verə biləcəyindən dərin narahatlıq ifadə olunub.
Müzakirələrdən sonra BMT Təhlükəsizlik Şurası 5 bənddən ibarət 822 saylı qətnamə qəbul edib. Sənəddə təşkilat aşağıdakıları bəyan edib:
“1. Möhkəm atəşkəsin əldə edilməsi məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik aktlarının dərhal dayandırılmasını, həmçinin bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər bu yaxınlarda işğal olunmuş rayonlarından dərhal çıxarılmasını tələb edir;
2. Münaqişənin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Minsk qrupunun sülh prosesi çərçivəsində həll edilməsi məqsədilə maraqlı tərəfləri danışıqları dərhal bərpa etməyə və problemin sülh yolu ilə həllini çətinləşdirən hər hansı hərəkətlərdən çəkinməyə çağırır;
3. Mülki əhalinin əzablarını yüngülləşdirmək üçün regionda, xüsusilə münaqişəyə məruz qalmış rayonlarda, humanitar yardımın göstərilməsi üzrə beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsinə çağırır, bütün tərəflərin beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət etməyə borclu olduqlarını bir daha təsdiq edir;
4. Baş Katibdən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Fəaliyyətdə olan Sədri, həmçinin Müşavirənin Minsk qrupunun Sədri ilə məsləhətləşmədə regionda, xüsusilə Azərbaycanın Kəlbəcər rayonunda, vəziyyətin qiymətləndirilməsini aparmağı və Şuraya növbəti məruzəni təqdim etməyi xahiş edir;
5. Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır”.
Sənəd iclasda yekdilliklə qəbul olunub. Həmin dövrdə təşkilatın beş daimi üzvü ilə yanaşı, qeyri-daimi üzvü olan Braziliya, Kabo-Verde, Cibuti, İspaniya, Macarıstan, Yaponiya, Mərakeş, Yeni Zelandiya, Pakistan və Venesuela qətnaməyə səs veriblər.
Kəlbəcərdə üçrəngli bayrağımız qürurla dalğalanır
Məlumdur ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası məcburi xarakter daşıyır. Lakin təşkilat Azərbaycana münasibətdə ikili standartlar nümayiş etdirib və bu səbəbdən 822 saylı sənədin icrası məsələsi 27 il kağız üzərində qalıb. Ona görə də, Azərbaycan dövləti sözügedən qətnaməni özü yerinə yetirdi. Belə ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünə özünün müzəffər ordusunun şanlı qələbəsi sayəsində nail oldu. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Silahlı Qüvvələrimiz XXI əsrin müharibəsini apardı və düşməni ağır məğlubiyyətə uğratdı. Düşmən ordusu cəmi 44 gün ərzində bütün döyüş qabiliyyətini itirdi. Ağır məğlubiyyət acısı yaşayan Ermənistan noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Həmin sənədə əsasən, məğlub Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarından döyüşsüz çıxmaq öhdəliyi götürdü. Razılaşmaya əsasən, Kəlbəcər noyabrın 25-də tamamilə boşaldılaraq Azərbaycana təhvil verildi. Həmin tarixdə Azərbaycanın Silahlı Qüvvələri rayon ərazisinə daxil olaraq burada nəzarəti ələ aldı. Prezident İlham Əliyevin sərəncamı ilə 25 noyabr Kəlbəcər Şəhər Günü elan edilib.
Artıq ötən ildən Kəlbəcər şəhərinə Böyük Qayıdış başlayıb. Hazırda keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etmək üçün davamlı tədbirlər həyata keçirilir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

