Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirib

Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirib

01.09.2026 [18:34]

Prezident İlham Əliyevin tapşırığına və bölgələr üzrə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov avqustun 31-də və sentyabrın 1-də Sumqayıt şəhərində növbəti vətəndaş qəbulu keçirib.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazir əvvəlcə Sumqayıt şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.

Daha sonra Şəhər Polis İdarəsinin inzibati binasında qəbula gələn 585 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qeyd edilib ki, vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib. Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.

"Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib. Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 458 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb",- məlumatda qeyd edilib.

Paylaş:
Baxılıb: 35 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Sosial

Siyasət

Ədəbiyyat

Elm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30