/ / Prezident İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksində aparılacaq əsaslı təmir və yenidənqurma işlərinin layihəsi ilə tanış olub
Prezident İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksində aparılacaq əsaslı təmir və yenidənqurma işlərinin layihəsi ilə tanış olub
05.03.2014 [09:48]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində aparılacaq əsaslı təmir və yenidənqurma işlərinin layihəsi ilə tanış olub.
Azərbaycanda gedən sürətli iqtisadi inkişaf prosesləri ölkə həyatının bütün sahələrinin dinamik şəkildə yenidən qurulması üçün əlverişli şərait yaradır. İqtisadi inkişaf tempinə görə sürətlə inkişaf edən ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə paytaxtda və regionlarda bütün sahələrdə ən müasir infrastrukturun yaradılmasına, yeni-yeni obyektlərin inşa olunmasına, mövcud komplekslərin isə əsaslı şəkildə yenidən qurulmasına böyük önəm verilir.
Azərbaycanda bütün sahələr kimi, idmanın inkişaf etdirilməsi də prioritet sahələrdən biri kimi dövlətin daim diqqət mərkəzindədir. Dünyada idman dövləti kimi tanınan ölkəmizdə ən müasir standartlara cavab verən yeni idman komplekslərinin və müasir infrastrukturun yaradılması istiqamətində ardıcıl işlər görülür. 2015-ci ildə ilk dəfə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına ciddi şəkildə hazırlaşan ölkəmizdə mükəmməl infrastruktur obyektlərinin inşası ilə yanaşı, mövcud idman komplekslərinin əsaslı şəkildə yenidən qurulması işləri də diqqət mərkəzindədir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Heydər Əliyev adına İdman-Konsert Kompleksinin ən müasir standartlara uyğun şəkildə yenidən qurulması layihəsinin icrasına başlanılıb.
Dövlətimizin başçısı bu idman-konsert qurğusunda görüləcək işlərlə tanış olmaq üçün Kompleksə gəlib.
Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevə görüləcək işlərlə bağlı məlumat verib.
Dövlətimizin başçısı Komplekslə yanaşı, ətraf ərazilərdə abadlıq işlərinin aparılması ilə bağlı tapşırıqlar verib.
Sonra Prezident İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arenasında, müxtəlif məşq zallarında və binanın fasadında aparılacaq təmir və yenidənqurma işlərinin layihəsi ilə tanış olub. Bildirilib ki, Kompleksin bütün sahələrində, o cümlədən əsas və məşq korpuslarında, müxtəlif idman zallarında əsaslı təmir və bərpa işlərinə başlanılması üçün hazırlıq işləri yeni layihəyə uyğun olaraq artıq başa çatdırılıb. Kompleksdə yeni işıqlandırma, yanğından mühafizə və təhlükəsizlik, eyni zamanda, videomüşahidə və xəbərdarlıq sistemlərinin və müasir liftlərin quraşdırılması üçün işlər davam etdirilir. Kompleks yeni və sürətli internet şəbəkəsinə qoşulacaq. Binada ən müasir tələblərə cavab verən havalandırma sistemi artıq quraşdırılıb.
Dövlətimizin başçısı təmir və yenidənqurma işlərinin aparılacağı ayrı-ayrı sahələri gəzib, işlərin yüksək keyfiyyətlə görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.
Sonra Prezident İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yanındakı parka gəlib.
Dövlətimizin başçısı parkın yenidən qurulması, burada abadlıq və quruculuq işlərinin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı da göstərişlər verib.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31

