Vətən müharibəsinə 2 gün qalırdı...
25.09.2026 [12:53]
2020-ci il sentyabr ayının hər ötən günü bizi son 200 illik tariximizin ən şərəfli səhifəsinin yazılacağı Vətən müharibəsinə yaxınlaşdırırdı.Tarixin bu günündə - həmin il sentyabrın 25-də Vətən müharibəsinə cəmi 2 gün qalırdı. Sentyabrın 27-də xain düşmən otuz illik işğalçılıq siyasətinin davamı olaraq növbəti dəfə keçmiş təmas xətti boyunca təxribatlar törətdi. Azərbaycan Ordusu isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişlərinə uyğun olaraq bu təxribatlara genişmiqyaslı əks-hücum əməliyyatı ilə cavab verdi. “Dəmir yumruq” adı ilə başlayan əməliyyat sonradan Vətən müharibəsinə çevrildi.
Vətən müharibəsi uzun çəkmədi. Ordumuz cəmi 44 gün ərzində qarşısına qoyulan vəzifəni yerinə yetirməyə müvəffəq oldu. Ermənistanın hərbi birləşmələri tar-mar oldu və işğalçı dövlət noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli bəyanatı imzalamaq məcburiyyətində qaldı. Müharibənin nəticələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü hərbi-siyasi yolla təmin edildi.
Azərbaycan Ermənistanın müharibə hazırlıqları barədə dünyanı xəbərdar etdi
2020-ci il sentyabrın 27-də başlayan müharibənin bütün məsuliyyəti işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bu fikri Prezident İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən bir daha diqqətə çatdırıb. Regionun təhlükəsiz bir məkana çevrilmədiyini təəssüf hissi ilə qeyd edən dövlətimizin başçısı bunun əsasən Ermənistanın Azərbaycana qarşı davamlı hərbi təxribatlarına görə baş verdiyini bildirib.
Təxminən otuz ili əhatə edən işğalçılıq siyasətinə görə heç bir beynəlxalq təzyiq və sanksiya ilə üzləşməyən Ermənistanın davranışları regionda yeni müharibə risklərini son həddədək artırmışdı. Bunu hadisələrin xronoloji ardıcıllığı da təsdiqləyirdi. Qəbulda bildirildiyi kimi, Ermənistan tərəfindən ən təcavüzkar addım iyulun 12-də atılmışdı. Bu təxribat zamanı ermənilər Azərbaycan Ordusunun hərbi mövqelərini və yaşayış məntəqələrini atəşə tutmaq üçün artilleriyadan istifadə etmişlər. Bunun nəticəsində hərbi qulluqçular arasında itkilər olmuşdur və bir mülki şəxs də həyatını itirmişdir.
Qəbulda dövlətimizin başçısı həmin ərəfədə Azərbaycanın öz Ordusunu sərhəddən geri çəkdiyini xatırladıb. Bu, respublikamızın sərhəddə hansısa bir hərbi niyyətinin olmadığını təsdiqləyirdi. Ermənilər bundan səhv nəticə çıxartdılar. Onlar respublikamıza hücum edə, dövlət sərhədini keçə və yeni əraziləri işğal edə biləcəklərini düşündülər.
İyul təxribatlarından sonra avqust ayında Ermənistan tərəfindən təmas xəttinə diversiya qrupu göndərildi. Azərbaycan hərbiçiləri bu diversiya qrupunun başçısını yaxalamağa müvəffəq oldular. O, etiraf etdi və ifadə verdi ki, dəstəsi mülki əhaliyə hücum etmək, hərbiçiləri qətlə yetirmək və terror aktları törətmək üçün göndərilib.
Silsilə xarakter alan və 2020-ci ilin sentyabrında daha da intensivləşən belə təxribatların əsas məqsədi yeni ərazilər tutmaq idi. “Bu, onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti davam edir. Onu da göstərir ki, Ermənistan müharibəyə hazırlaşır. Bunun başqa bir göstəricisi odur ki, onlar könüllülərdən ibarət qoşun yaradıldığını elan ediblər və bəyanatlara əsasən, bu dəstələr on minlərlə adamdan ibarət olacaq. Əgər Ermənistan bəzən bəyan etdikləri kimi sülh istəyirsə, əgər onlar danışıqlar istəyirlərsə, buna nə ehtiyac var? Onların bu yalan və gülünc bəyanatlar verməsinə və praktiki addımlar atmasına nə ehtiyac var? On minlərlə insandan ibarət könüllü qoşunun bir məqsədi var - Azərbaycana hücum etmək”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Atəşkəs rejimi 61 dəfə pozulub
Düşmən respublikamıza qarşı aqressiyanı hər ötən gün daha da kəskinləşdirirdi. Sentyabrın 25-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 61 dəfə pozub.
Bununla bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan Respublikasının Berd rayonunun Ayqepar, Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Ağbulaq və Muncuqlu kəndlərində, Çəmbərək rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Füzuli rayonunun Qaraxanbəyli, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.
Təxribatların qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu döyüş qabiliyyətinin artırılmasını hədəfləyən fəaliyyətini sentyabrın 25-də də davam etdirib. Belə ki, həmin gün tank bölmələri artilleriya ilə qarşılıqlı fəaliyyətdə təlim-döyüş tapşırıqlarını icra ediblər. Məşqlərin məqsədi tank və artilleriya bölmələrinin şəxsi heyətinin peşəkarlığının artırılması, döyüş əməliyyatlarının planlaşdırılması və icrası zamanı qarşılıqlı fəaliyyət vərdişlərinin təkmilləşdirilməsi olub.
Eyni zamanda, sentyabrın 25-də mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi və döyüş hazırlığı üzrə məşğələlər keçirilib. Plana əsasən, həyəcan siqnalı ilə qaldırılaraq döyüşə hazır vəziyyətə gətirilən bölmələr mürəkkəb əməliyyat şəraitində döyüş əməliyyatlarının mühəndis təminatı üzrə tapşırıqları yerinə yetiriblər.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35

