/ / AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi
AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi
16.10.2026 [07:07]
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü Azərbaycanın təşkilat çərçivəsində sədrliyinin daha iki il müddətinə uzadılması, Laosun 29-cu üzv dövlət kimi qəbul edilməsi və Bakı Bəyannaməsinin təsdiqlənməsi ilə yadda qaldı. Zirvə Görüşündə Azərbaycanın son iki ildə təşkilatın institusional potensialının gücləndirilməsi istiqamətində gördüyü işlərə yüksək qiymət verildi, Asiyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat və rəqəmsal bağlantıların inkişafı, eləcə də çoxtərəfli əməkdaşlığın gələcək istiqamətləri müzakirə olundu.
Dövlət və hökumət başçılarının, nazirlərin və digər yüksəksəviyyəli nümayəndələrin iştirak etdikləri bu Zirvə Görüşü Azərbaycanın beynəlxalq platformalarda fəal rolunun, çoxtərəfli diplomatiyaya verdiyi töhfənin və Asiya dövlətləri arasında dialoqun inkişafına yönəlmiş təşəbbüslərinin təqdimatı baxımından əhəmiyyət daşıdı.
Azərbaycanın sədrliyinin uzadılması və təşkilatın gücləndirilməsi
Zirvə Görüşündə qəbul edilən qərara əsasən, Azərbaycan 2026–2028-ci illərdə də AQEM-ə sədrlik edəcək. Bu qərar ölkəmizin təşkilat çərçivəsində fəaliyyətinin davam etdirilməsi və üzv dövlətlərin Azərbaycanın sədrliyinə verdiyi dəstəyin ifadəsi kimi qiymətləndirilə bilər.
Prezident İlham Əliyev Zirvə Görüşündə çıxışı zamanı Azərbaycanın sədrliyi dövründə təşkilatın institusional güclənməsinə, nəqliyyat və bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın təşviqinə xüsusi diqqət yetirildiyini bildirdi.
Dövlətimizin başçısı Azərbaycanın sədrliyi dövründə görülən işləri belə qiymətləndirdi: “Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir”.
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın AQEM-ə 2028-ci ilədək sədrliyini dəstəklədiyini bildirdi. O, Azərbaycanın sədrliyi dövründə gördüyü işləri və təşkilatın fəaliyyətinə verdiyi töhfələri yüksək qiymətləndirdi.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov da Azərbaycanın AQEM-ə sədrliyinin xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Qeyd etdi ki, Azərbaycan sədrliyi dövründə Asiyada qarşılıqlı fəaliyyətin genişləndirilməsi və etimad quruculuğunun gücləndirilməsi istiqamətində mühüm rol oynayır.
Azərbaycanın AQEM çərçivəsindəki fəaliyyətini və təşkilatın gündəliyində əməkdaşlıq məsələlərinin müzakirəsinə yaradılan imkanları müsbət dəyərləndirən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev vurğuladı: “Azərbaycan həm iqtisadi inkişaf, həm də beynəlxalq və qarşılıqlı münasibətlərin genişləndirilməsi baxımından AQEM-in potensialının reallaşdırılmasına mühüm töhfə verir”.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev AQEM-in Asiyada qarşılıqlı etimadın möhkəmləndirilməsində rolunun artırılmasının vacibliyini vurğuladı. Ş.Mirziyoyev diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin uğurlu rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf edir və dünyadakı nüfuzu artmaqdadır.
Tacikistan Prezidenti Emoməli Rəhmon ortaq məqsədlərə yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma şəraitində nail olmağın mümkünlüyünü qeyd etdi, Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və səmimi qonaqpərvərliyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.
İsrail Prezidenti İsxak Hersoq Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın sabitlik nümunəsinə çevrilməklə inanılmaz iqtisadi artıma nail olduğunu qeyd etdi. Dedi ki, dünyada gərginliklərin artdığı və beynəlxalq əməkdaşlığa inamın azaldığı bir dövrdə Azərbaycan AQEM-in diqqətini ən vacib məsələlərə yönəldə bilib.
Digər dövlət və hökumət nümayəndələrinin çıxışlarında da Azərbaycanın AQEM-ə sədrliyi yüksək qiymətləndirildi. Bakının ev sahibliyi etdiyi tədbirin ən yüksək səviyyədə təşkil olunması xüsusi qeyd edildi. Ölkəmizin dialoqun inkişafına və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə verdiyi mühüm töhfələr vurğulandı.
Eləcə də Azərbaycanın sədrliyinə verilən dəstək, qarşılıqlı etimadın möhkəmləndirilməsi, regional sülh və təhlükəsizlik, iqtisadi əməkdaşlıq, nəqliyyat və rəqəmsal bağlantılar, eyni zamanda, AQEM-in institusional inkişafı əsas istiqamətlər kimi önə çıxarıldı.
Laos AQEM-in tamhüquqlu üzvü oldu
Bakı Zirvə Görüşündə diqqətçəkən məqamlardan biri Laosun AQEM-ə tamhüquqlu üzv qəbul edilməsidir. Bununla təşkilatın üzvlük dairəsi genişləndi və Asiya ölkələri arasında çoxtərəfli əməkdaşlıq üçün əlavə imkan yarandı. Bu, AQEM-in Asiya dövlətləri arasında dialoq və qarşılıqlı fəaliyyət platforması kimi əhatəsinin genişlənməsini göstərən qərarlardan biridir.
Laos Prezidenti Thonqlun Sisulit ölkəsinin AQEM-ə tamhüquqlu üzvlüyünü yüksək məsuliyyət və öhdəlik kimi dəyərləndirdi. O, mövcud regional və beynəlxalq reallıqlar fonunda Laosun təşkilatda iştirakının əhəmiyyətinin artdığını bildirdi.
Bakı Bəyannaməsi: təhlükəsizlik, etimad və bağlantılar
Zirvə Görüşünün yekunlarına dair qəbul edilən Bakı Bəyannaməsində Azərbaycanın AQEM-ə sədrliyinin üzv dövlətlər tərəfindən yüksək qiymətləndirildiyi, ölkəmizin ikiillik sədrliyi dövründə müxtəlif istiqamətlərdə irəli sürdüyü təşəbbüslərin və keçirdiyi tədbirlərin alqışlandığı bildirilir.
Sənəddə beynəlxalq nizamın təşviqi, hərbi-siyasi, iqtisadi və ekoloji sahələrdə mövcud risklərə qarşı mübarizə yolları ilə bağlı müddəalar yer alır. Bəyannamədə dözümlülüyün və sivilizasiyalararası dialoqun təşviqi, təhlükəsizlik və rifah naminə elm, təhsil və innovasiyalardan istifadənin genişləndirilməsi də diqqət mərkəzindədir.
Süni intellektin inkişafı nəticəsində yaranan imkanlar və risklər, üzv dövlətlər arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi, nəqliyyat, enerji və rəqəmsal bağlantıların gücləndirilməsi, həmçinin enerji təhlükəsizliyinin təmin olunması məsələləri də sənəddə əksini tapır.
Bəyannamə AQEM-in gündəliyində siyasi dialoqla yanaşı, iqtisadi əlaqələrin, nəqliyyat dəhlizlərinin, enerji əməkdaşlığının və rəqəmsal bağlantıların da mühüm yer tutduğunu göstərir.
AQEM-in gələcək inkişafı və beynəlxalq əməkdaşlıq
AQEM-in Baş katibi Kayrat Sarıbay təşkilatın digər dövlətlər üçün də cəlbedici platformaya çevrildiyini vurğuladı.
BMT Baş katibinin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi və BMT-nin Mərkəzi Asiya üzrə Preventiv Diplomatiya üzrə Regional Mərkəzinin rəhbəri Kaxa İmnadze isə təşkilatın münaqişələrin həllində mühüm rol oynaya biləcəyini dedi. O, BMT-nin AQEM ilə uzunmüddətli əməkdaşlığını və təşkilatın tam səlahiyyətli regional quruma çevrilməsi səylərini dəstəklədiyini qeyd etdi.
Beləliklə, Bakı Zirvə Görüşü dünyanın diqqətini bir daha Azərbaycana yönəltdi. Sammitdə müxtəlif dünya ölkələrinin yüksəksəviyyəli nümayəndələri tərəfindən səsləndirilən fikirlər ölkəmizin geniş coğrafiyada etibar edilən tərəfdaş rolunu, beynəlxalq qurumlara sədrlik təcrübəsini, dünyada sülhə, təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa töhfəsini bir daha təsdiqlədi.
Xəbər lenti
Hamısına baxDünya
16 Oktyabr 14:32
Dünya
16 Oktyabr 14:10
Dünya
16 Oktyabr 13:59
YAP xəbərləri
16 Oktyabr 13:26
Dünya
16 Oktyabr 13:20
YAP xəbərləri
16 Oktyabr 13:04
Gündəm
16 Oktyabr 12:56
İqtisadiyyat
16 Oktyabr 12:53
Gündəm
16 Oktyabr 12:45
Siyasət
16 Oktyabr 12:36
Sosial
16 Oktyabr 12:24
Xəbər lenti
16 Oktyabr 12:15
YAP xəbərləri
16 Oktyabr 12:12
Sosial
16 Oktyabr 11:58
Siyasət
16 Oktyabr 11:30
İqtisadiyyat
16 Oktyabr 11:19
Xəbər lenti
16 Oktyabr 11:04
İqtisadiyyat
16 Oktyabr 10:51
Siyasət
16 Oktyabr 10:45
Siyasət
16 Oktyabr 10:25
YAP xəbərləri
16 Oktyabr 10:09
Analitik
16 Oktyabr 09:42
Gündəm
16 Oktyabr 09:30
Analitik
16 Oktyabr 09:17
Sosial
16 Oktyabr 08:54
Sosial
16 Oktyabr 08:39
Gündəm
16 Oktyabr 08:12
Gündəm
16 Oktyabr 07:07
Siyasət
16 Oktyabr 07:07
Sosial
15 Oktyabr 20:16
Gündəm
15 Oktyabr 19:59
YAP xəbərləri
15 Oktyabr 19:38
YAP xəbərləri
15 Oktyabr 19:20
YAP xəbərləri
15 Oktyabr 18:35
YAP xəbərləri
15 Oktyabr 18:13
Gündəm
15 Oktyabr 17:53
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
Siyasət
15 Oktyabr 17:09
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06
YAP xəbərləri
15 Oktyabr 17:04
YAP xəbərləri
15 Oktyabr 17:02
YAP xəbərləri
15 Oktyabr 16:59
YAP xəbərləri
15 Oktyabr 16:52
Gündəm
15 Oktyabr 16:47
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Gündəm
15 Oktyabr 15:48
Siyasət
15 Oktyabr 14:50
Dünya
15 Oktyabr 14:14
Siyasət
15 Oktyabr 14:11
Dünya
15 Oktyabr 13:12
Siyasət
15 Oktyabr 13:11
Siyasət
15 Oktyabr 13:09
Dünya
15 Oktyabr 12:10
Siyasət
15 Oktyabr 11:21
Siyasət
15 Oktyabr 11:11
YAP xəbərləri
15 Oktyabr 11:08
Siyasət
15 Oktyabr 10:44
Sosial
15 Oktyabr 10:32
Sosial
15 Oktyabr 10:28

