/ / Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Baş naziri müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Baş naziri müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
20.06.2014 [09:19]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev hərbi-texniki sahədə də konstruktiv əməkdaşlığımızın daha da genişləndiyini, bu əməkdaşlığın müsbət nəticələr verdiyini və yaxşı perspektivlərə malik olduğunu diqqətə çatdırıb. Dövlətimizin başçısı Dmitri Roqozinin eyni zamanda, Rusiya-Azərbaycan birgə komissiyasının həmsədri kimi ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi işinə verdiyi töhfəni qeyd edib. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin inkişafına Azərbaycanın da önəm verdiyini vurğulayaraq Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin artmasını strateji əməkdaşlığımızın inkişaf etdirilməsi istiqamətində ölkələrimizin birgə səylərinin yaxşı nəticəsi kimi dəyərləndirib.
Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozin Azərbaycan ilə Rusiya arasında iqtisadi, ticarət və digər sahələrdə münasibətlərimizin inkişafına dair Prezident İlham Əliyevin söylədiyi fikirləri yüksək qiymətləndirdiyini bildirib. Dmitri Roqozin Rusiya tərəfinin Azərbaycan xalqı və dövləti ilə münasibətlərə hörmətlə yanaşdığını bildirərək ölkəmizlə əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib və Rusiya-Azərbaycan birgə komissiyasının həmsədri kimi bu istiqamətdə səylərini əsirgəməyəcəyini deyib.
Dövlətimizin başçısı iki ölkənin birgə səyləri ilə əməkdaşlığımızın bundan sonra daha da genişlənəcəyinə və Rusiya-Azərbaycan birgə komissiyasının qarşıdakı dövrlərdə fəaliyyətinin əməli nəticələr verəcəyinə əminliyini ifadə edib.
Xəbər lenti
Hamısına baxSosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22

