/ / Prezident İlham Əliyev Bakı Olimpiya Stadionu ətrafında inşası davam etdirilən yol-nəqliyyat infrastrukturunun tikintisi ilə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionu ətrafında inşası davam etdirilən yol-nəqliyyat infrastrukturunun tikintisi ilə tanış olub
25.07.2014 [10:12]
İyulun 24-də Azərbaycan Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionu ətrafında inşası davam etdirilən yol-nəqliyyat infrastrukturunun tikintisi ilə tanış olub.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verib ki, Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunun birinci hissəsində tikinti işləri qrafik üzrə davam etdirilir. Layihə çərçivəsində işlərin böyük hissəsi görülüb. Çəkilən yolun ümumi uzunluğu 17 kilometrdir və onun hərəkət hissəsi 4-6 zolaqlı olacaq. Növbəti mərhələdə 3 körpünün inşası nəzərdə tutulur.
Qeyd edilib ki, birinci körpünün uzunluğu 205 metr, ikinci körpünün uzunluğu 162 metr, piyadalar üçün nəzərdə tutulan üçüncü körpünün uzunluğu isə 115 metr olacaq. Bundan başqa, ərazidə uzunluğu 900 metrə yaxın olan piyada keçidi inşa ediləcək, yol üzərində iki tunel tikiləcək.
Dövlət başçısına Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunun ikinci hissəsində görüləcək işlərlə də bağlı məlumat verilib. Diqqətə çatdırılıb ki, layihə çərçivəsində ümumi uzunluğu 5 kilometrə yaxın olan yol çəkiləcək. Bu yol üzərində bir körpü və iki tunel tikiləcək. Tuneldən keçən yollar Bakı Olimpiya Stadionu ilə Olimpiya şəhərciyini birləşdirəcək.
Sonra Prezident İlham Əliyevə 18 kilometrlik Bilgəh-Novxanı-Şamaxı-M4 birləşməsi avtomobil yolunun yol qovşaqlarının və piyada keçidlərinin tikintisi barədə məlumat verilib.
Azərbaycan Prezidenti inşaat işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

