Əlavə və dəyişikliklər Azərbaycanın hüquq sisteminin möhkəmlənməsinə öz töhfəsini verəcək
16.03.2009 [09:03]
Referendumqabağı təşviqat kampaniyası çərçivəsində “Yeni Azərbaycan” təşviqat qrupunun nümayəndələri Sumqayıt seçiciləri ilə görüş keçirib. “Yeni Azərbaycan” təşviqat qrupunun Sumqayıt şəhər şöbəsinin sədri Asif İmaməliyev ötən il dekabrın 26-da Milli Məclis tərəfindən bu il martın 18-də ölkədə referendumun keçirilməsi haqqında qərar qəbul olunduğunu xatırladıb. Konstitusiyanın 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olduğunu deyən A.İmaməliyevin sözlərinə görə, bütövlükdə 29 maddəyə düzəlişlər təklif olunur. Bunlardan 18 maddəyə əlavə, 11 maddəyə isə əlavə və dəyişikliklər təklif olunur. O, qeyd edib ki, Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklər xalqın istəyindən irəli gəlir.
Natiq Konstitusiyaya təklif olunan hər bir maddə haqqında izahat verib. O, xüsusilə, bu gün ən çox müzakirə olunan, müxtəlif adamlar tərəfindən məqsədli şəkildə fərqli izah edilən 101-ci maddəyə təklif olunan dəyişiklik barədə danışıb. Onun sözlərinə görə, Konstitusiyanın 101-ci maddəsinə təklif olunan dəyişiklikdə qeyd olunur ki, müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezident seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır: “ötən ilin avqust ayında Gürcüstanda baş verənlər və bu gün dünyada müşahidə etdiklərimiz göstərir ki, heç bir dövlət müharibə təhlükəsindən sığortalanmayıb. Biz belə bir təhlükə ilə daim qarşı-qarşıyayıq. Həm düşmən Ermənistanla aramızdakı məlum problemlər, həm də böyük dövlətlərin regiondakı maraqları burada müharibə təhlükəsinin olduğunu göstərir. Əgər sabah Azərbaycan hansısa istəmədiyi müharibəyə cəlb olunarsa, ölkədə hansı seçkilərin keçirilməsi mümkündür? Biz bunu bir dəfə 90-ci illərin əvvəllərində görmüşük və ağır fəsadlarını hələ də yaşamaqdayıq. Konstitusiyaya belə bir bəndin salınması Azərbaycanı gözləyən təhlükədən sığortalayacaq”.
“Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Nizami İsgəndərov bildirib ki, Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi zərurətdən yaranan bir məsələdir. “Konstitusiyalar, qanunlar mütləq həqiqət kimi qəbul olunmur, inkişaf olduqca daha da təkmilləşir, yeniləşir. Yəni, bu və ya digər qanunların dəyişməsi zamanın tələbinə uyğun olaraq baş verir”.
Səlahiyyətli nümayəndə onu da bildirib ki, referenduma çıxarılan məsələlər cəmiyyətə bəllidir: “Bu məsələlər hələ prezident seçkiləri dövründə seçicilərlə görüşlərimiz zamanı insanlar tərəfindən səsləndirilən arzu və istəklərin ümumiləşdirilmiş formada təzahürüdür. Düşünürəm ki, insanlar bu dəyişikliklərin mahiyyətini başa düşür. çünki ümumxalq səsverməsinə çıxarılan dəyişikliklər insanların həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, demokratik inkişaf prosesinin sürətləndirilməsinə, insan hüquqlarının qorunmasına xidmət edir. 41 əlavə və dəyişikliyin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Belə dəyişikliklərdən biri də 101-ci maddədir ki, burada da vətəndaşların seçim hüququ bir daha müdafiə olunur”.
O, 41 əlavə və dəyişikliyin hər birinin müsbət məna kəsb etdiyini deyib və onların mahiyyəti barədə ətraflı məlumat verib: “12-ci maddəyə təklif edilən dəyişikliyin mahiyyətində çox geniş fikir əhatə olunur. Belə ki, mövcud variantda “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir” fikri qeyd olunurdusa, bu gün təklif olunan variant “Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir” kimi ifadə olunur. Eyni ilə 15-ci maddədə də insan və vətəndaş hüquqlarına söykənən fikir təklif olunub. Əgər mövcud maddədə “Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır” fikri yazılırdısa, bu gün “sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradır” sözləri təklif olunub”.
Tədbirdə fikirlərini bölüşən iştirakçılar Konstitusiyada təklif edilən əlavə və dəyişiklikləri mütərəqqi islahatlar kimi dəyərləndirib və 18 martda keçiriləcək referendumda fəal iştirak edəcəklərini diqqətə çatdırıblar. Görüş maraqlı dialoq şəraitində davam edib. Seçicilər Konstitusiya islahatları ilə bağlı onları maraqlandıran suallara ətraflı cavablar alıblar.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11

