/ / Prezident İlham Əliyev Misirin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Misirin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
30.10.2015 [10:22]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Suzanne Mohamed Gamilin etimadnaməsini qəbul edib.
Səfir Suzanne Mohamed Gamil fəxri qarovul dəstəsinin qarşısından keçib.
Suzanne Mohamed Gamil etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Prezident İlham Əliyev ölkələrimiz arasında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin son vaxtlar daha fəal şəkildə həyata keçirilməsinin önəmini qeyd edərək bu təmasların əməkdaşlığımızın çox müsbət göstəricisi olduğunu deyib. Ölkələrimiz arasında ikitərəfli əlaqələrə toxunan Prezident İlham Əliyev bu əlaqələri irəli aparmaq üçün prioritetlərin dəqiq müəyyənləşdirilməsinin vacibliyini qeyd edib, iki ölkə arasında qarşılıqlı ticarətin səviyyəsinin artırılacağına ümidvar olduğunu bildirib. Azərbaycanın Misir ilə əlaqələri bütün sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu deyən dövlətimizin başçısı enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq üçün də yaxşı potensialın olduğunu qeyd edib. Ölkələrimizin yerləşdiyi regionlardakı vəziyyətə toxunan Prezident İlham Əliyev hazırda təhlükəsizliyin bütün dünyada gündəlikdə duran ən vacib məsələlərdən biri olduğunu vurğulayıb. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan danışan dövlətimizin başçısı Azərbaycan ilə Misirin daim bir-birini dəstəkləməkdə davam edəcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev səfirə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Səfir Suzanne Mohamed Gamil Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin salamlarını dövlətimizin başçısına çatdırıb. Ölkəmizə səfir təyin olunmasından məmnunluğunu ifadə edən Suzanne Mohamed Gamil Azərbaycan ilə Misir arasında dost və qardaş münasibətlərinin mövcud olduğunu deyib, ölkəsini beynəlxalq təşkilatlarda daim dəstəklədiyinə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevi böyük insan və əsl lider kimi ehtiramla xatırlayan səfir Suzanne Mohamed Gamil Ulu öndərin qısa zaman ərzində dövlət quruculuğu sahəsində əldə etdiyi nailiyyətlərin xalqımız tərəfindən yüksək qiymətləndirildiyinin daim şahidi olduğunu deyib. Səfir, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində ölkəsinin hər zaman Azərbaycana dəstək nümayiş etdirdiyini vurğulayıb.
Dövlətimizin başçısı İlham Əliyev Prezident Əbdülfəttah əs-Sisinin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Misir Ərəb Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxDünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21

