/ / Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Mərkəzinin açılışında iştirak edib
08.12.2015 [09:41]
Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Prezident İlham Əliyevə Mərkəzdə yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin yeni inşa edilmiş binası dörd mərtəbəlidir. Binanın ətrafı abadlaşdırılıb, müasir dizaynda yaşıllıqlar salınıb, işıqlandırılma işləri görülüb, avtodayanacaq yaradılıb.
Binanın interyeri müasir səviyyədə qurulub, inşaat işləri yüksək keyfiyyətlə yerinə yetirilib. Binada Ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada 80 nəfərlik heyət üçün iş otaqları, müasir avadanlıqla təchiz edilmiş 140 nəfərlik konfrans və video nümayiş zalları, videokonfrans, treninq, xidmət otaqları və digər otaqlar yaradılıb.
Dövlətimizin başçısına Mərkəzdən idarə edilən informasiya sistemləri haqqında məlumat verilib. Burada dövlət əmlakının avtomatlaşdırılmış idarəedilməsi, daşınmaz əmlaklar və torpaqlar, milli qeydiyyat sistemi, daşınmaz əmlakın kadastrı və qeydiyyatı, ünvan reyestri kimi informasiya sistemləri fəaliyyət göstərir. Mərkəzdə daşınmaz əmlak, torpaq idarəçiliyi üzrə toplanan geoməkan məlumatları milli məkan məlumatları infrastrukturunun formalaşmasında baza rolunu oynayacaq. İnformasiya sistemlərində toplanmış məlumatların məxfiliyi mövcud qanunvericiliyə uyğun və İKT imkanlarından istifadə edilməklə qorunacaq.
Daşınmaz əmlakın qeydiyyatı, kadastrı və idarəedilməsi sistemi respublika ərazisində mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlaka dair hüquqların qeydiyyatı ilə bağlı daşınmaz əmlakın dövlət reyestrinin aparılması, daşınmaz əmlakın vahid dövlət kadastrı, habelə daşınmaz dövlət əmlakının idarə edilməsi, hərracların təşkili barədə məlumatların vahid məlumat bazasında toplanılmasını, onların mühafizəsini təmin edən informasiya ehtiyatlarının və proqram-texniki vasitələrin məcmusudur. Azərbaycanın kadastr tarixində ilk dəfə olaraq, Bakı və Sumqayıt şəhərlərinin mükəmməl elektron kadastr məlumat bazası yaradılıb, rəqəmsal kadastr xəritələri tərtib edilib, bütün növ daşınmaz əmlaklar barədə hərtərəfli məlumat yerləşdirilib.
Elektron kadastr məlumat bazasında parsel-torpaq sahəsi haqqında bütün məlumatlar əksini tapıb. Bu baza ilə hüquqların dövlət qeydiyyatı sistemi arasında bağlantı yaratmaqla, daşınmaz əmlakın kimə məxsus olması barədə məlumatı əldə etmək mümkündür. Torpaqların elektron kadastr uçotu işinin icrası üçün paralel olaraq, respublikanın 3,5 milyon hektar ərazisini əhatə edən ortofotomaterialların stereomodellər üzərindən rəqəmsallaşdırılması, inzibati ərazi vahidlərinin sərhədlərinin müəyyənləşdirilməsi, bələdiyyə xəritələrinin hazırlanması işləri aparılır. 2016-cı ilin aprelində Gəncə şəhərinin və Şəki rayonunun torpaqlarının və onların üzərindəki daşınmaz əmlak obyektləri barəsində mükəmməl elektron kadastr məlumat bazasının yaradılması işi yekunlaşacaq. Bazanın materiallarından şəhərsalma işində, hər bir inzibati ərazi vahidi üzrə sosial təyinatlı obyektlərin sayı və yerləşmə vəziyyətinin düzgün təhlilində, sosial obyektlərin yerləşməsinin planlaşdırılması zamanı əhalinin tələbatına uyğunluğunun müəyyənləşdirilməsində, əmlakın qiymətləndirilməsində və digər mühüm məsələlərdə istifadə ediləcək.
Ünvan reyestri informasiya sistemi respublikada daşınmaz əmlakların ünvan məlumatlarının toplanmasını və məlumat bazasının elektron idarə edilməsini, həmçinin bu məlumatlara digər dövlət orqanlarının informasiya sistemlərinin çıxışını təmin edən avtomatlaşdırılmış informasiya sistemidir. Bu sistem ünvan işinin elektron xidmətlər sırasına daxil edilməsinə və ölkədə ünvan axtarışlarında naviqasiya sisteminin tətbiqinə şərait yaradıb. Sistem ünvanlar haqqında mərkəzləşdirilmiş ümumdövlət rəsmi informasiya bazasıdır. Bu sistemin işə düşməsi ilə vətəndaşlara şəxsiyyət vəsiqələrinin və pasportların hazırlanması zamanı ünvan məlumatlarının əldə edilməsi avtomatlaşdırılıb. Bundan başqa, sistem təcili yardım, yanğınsöndürmə, axtarış əməliyyatları və digər hallarda obyektə daha az vaxt sərf etməklə çatmağa imkan verir.
Dövlətimizin başçısına torpaqların elektron uçotu sistemi barədə də məlumat verilib. Sistem təyinatından və mülkiyyət növündən asılı olmayaraq ölkənin bütün torpaqlarının kəmiyyət və keyfiyyət göstəricilərini xarakterizə edən məlumatların toplanmasını, emalını, idarə olunmasını və digər istifadəçilərə çatdırılmasını təmin edir. Sistemin işə düşməsi nəticəsində torpaqların islahat sənədlərindəki göstəriciləri ilə faktiki yerləşmə vəziyyətinə dair göstəriciləri arasındakı uyğunsuzluqlar aradan qaldırılacaq, kadastr xəritələri ilə bağlı problemlər həllini tapacaq, torpaq ehtiyatlarının idarə edilməsinin, əmlak münasibətlərinin tənzimlənməsinin dövlət mexanizmi təkmilləşəcək, əmlak üzərində dövlət nəzarəti mexanizmi daha çevik olacaq. Bundan başqa, sistem respublikada torpaqların təyinatı, istifadə növü üzrə dəqiq kadastr uçotunun aparılmasına, “Plan-ölçü” sənədinin verilməsi işinin elektron xidmətlər sırasına daxil edilməsinə şərait yaradacaq, qeyri-kənd təsərrüfatı torpaqlarının kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi üçün qərarların qəbulunda informasiya bazası rolunu oynayacaq, icarəyə götürülmüş, lakin istifadə olunmayan torpaq sahələrinin aşkarlanmasına şərait yaradacaq.
Bina ilə tanışlıq zamanı bildirilib ki, burada, həmçinin yeməkxana, arxiv, ümumi, texniki dəstək və servisin təşkili, informasiya sistemləri və proqram təminatının işlənməsi və digər şöbələr var. Bir sözlə, binada yaradılan şərait əməkdaşların yüksək səviyyədə fəaliyyət göstərməsinə geniş imkanlar açır.
Prezident İlham Əliyev Mərkəzin işinə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33

