Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri ilə görüş
11.12.2015 [10:27]
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Pekində Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri (parlament sədri) Can Decian ilə görüşüb.
Prezident İlham Əliyevi ölkəsində salamlayan Can Decian dövlətimizin başçısını rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib. O, Azərbaycan Prezidentinin Çinə dövlət səfərinə böyük əhəmiyyət verildiyini deyib, bu səfərin gələcək əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyini bildirib. Can Decian Çinin ölkəmiz ilə dostluq münasibətlərinin dərinləşməsinə böyük önəm verdiyini, Azərbaycanın Cənubi Qafqazda Çinin mühüm tərəfdaşı olduğunu vurğulayıb. Ölkələrimiz arasında qarşılıqlı etimadın mövcudluğunu, mühüm məsələlərdə Azərbaycanın və Çinin hər zaman bir-birinin yanında olduqlarını deyən parlamentin sədri Çinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllinə dəstək verdiyini bildirib, Azərbaycanın da “Vahid Çin” məsələsində göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Ölkələrimizin BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiklərini deyən Can Decian Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf etdiyini, respublikamızda sabitliyin hökm sürdüyünü, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının uğurla icra edildiyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev Çinə səfərindən məmnunluğunu bildirib, bu səfərin Azərbaycan-Çin əməkdaşlığının gələcək inkişafında mühüm mərhələ olacağını deyib. Yeni Azərbaycan Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrikinə görə Can Deciana minnətdarlıq edən dövlətimizin başçısı Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında uzun illərdir fəal əməkdaşlığın aparıldığını bildirib. Prezident İlham Əliyev Çinə dövlət səfərinin ikitərəfli əməkdaşlığın gələcək inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. Ölkələrimizin siyasi və iqtisadi sahələrdə uğurla əməkdaşlıq etdiyini deyən dövlətimizin başçısı qədim İpək Yolu üzrə iqtisadi zolağın yaradılması təşəbbüsünün Azərbaycan tərəfindən dəstəkləndiyini, ölkəmizin bu layihədə mühüm tranzit iştirakçıya çevrilməsinin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimizin Asiya İnfrastruktur İnvestisiyaları Bankı və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlıq etdiyini deyib.
Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub, Çinin bu problemin ölkəmizin suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib, Ermənistanın münaqişənin həlli ilə bağlı BMT-nin qəbul etdiyi qərar və qətnamələri yerinə yetirmədiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev Azərbaycanın da “Vahid Çin” prinsipinə dəstək verdiyini, ölkələrimizin beynəlxalq terrorizm, təcavüzkar separatizm kimi təhlükələrə qarşı eyni mövqedən çıxış etdiyini bildirib.
Görüşdə parlamentlərarası əlaqələr, regional, humanitar, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37

