Ümumçin Xalq Nümayəndələri Yığıncağında – parlamentdə rəsmi qarşılanma mərasimi olub
11.12.2015 [10:31]
AZƏRTAC xəbər verir ki, Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 10-da Ümumçin Xalq Nümayəndələri Yığıncağında - parlamentdə rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin geniş tərkibdə görüşü olub.
Dövlət başçıları görüşdə çıxış ediblər.
Çin Xalq Respublikasının Sədri Si Cinpin deyib: “Cənab Prezident, Sizi Pekində görməyə şadam. Çinə dövlət səfərinə xoş gəlmisiniz. Uzun illərdir ki, Çin ilə Azərbaycan hüquq bərabərliyi, qarşılıqlı fayda və qarşılıqlı hörmət ruhunda ikitərəfli əlaqələri inkişaf etdirir, həyati əhəmiyyətli və ciddi narahatlıq doğuran məsələlərdə bir-birini qətiyyətlə dəstəkləyirlər. Siyasi sahədə qarşılıqlı etimad daim möhkəmlənir, çoxplanlı əməkdaşlıq fasiləsiz olaraq dərinləşir. Ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri üçün möhkəm təməl və geniş perspektivlər var.
Cənab Prezident Çin xalqının köhnə dostudur. Siz Çin-Azərbaycan münasibətlərinin inkişafı üçün daim səy göstərirsiniz. Keçən ilin mayında Siz Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Sammitində iştirak edirdiniz. Bu Sammit çərçivəsində biz ikitərəfli münasibətlərə və qarşılıqlı maraq doğuran problemlərə dair fikir mübadiləsi apardıq, geniş əhatəli məsələlərə dair qarşılıqlı anlaşmaya nail olduq.
Cənab Prezident, mən ikitərəfli münasibətlərin inkişafında yüksək dinamikanı daim saxlamaq üçün Sizinlə bərabər işgüzar əlaqələri fəallaşdırmağa hazıram. Bir neçə gün bundan əvvəl Azərbaycanda, Xəzərdəki neft mədənində yanğın baş verib, ciddi tələfat olub. Cənab Prezident, bununla əlaqədar, fürsətdən istifadə edib, Çin Hökuməti və Çin xalqı adından, şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı vermək, habelə Sizinlə həmrəy və kədərinizə ürəkdən şərik olduğumu bildirmək istərdim”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Sağ olun, cənab Sədr. İlk növbədə, Sizin ölkəyə dövlət səfərinə dəvət olunduğum üçün Sizə təşəkkür etmək istəyirəm. Bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək. Azərbaycanda baş vermiş faciəli hadisələrlə, çoxsaylı neftçinin həlak olması ilə əlaqədar verdiyiniz başsağlığına görə də Sizə təşəkkür etmək istərdim. Sizin başsağlığınız dost sözləridir. Buna görə Sizə təşəkkür edirəm.
Bizi möhkəm münasibətlər bağlayır. Biz bir sıra sahələrdə dostlar və tərəfdaşlar kimi əməkdaşlıq edirik. Mən bilirəm ki, Siz bizim ölkəmizə xoş münasibət bəsləyirsiniz. Azərbaycanda Sizi çox yaxşı tanıyırlar, dünyamiqyaslı məsələlərdə oynadığınız rola, həmçinin Azərbaycana xeyirxah münasibətinizə görə Sizi yüksək dəyərləndirirlər.
Qeyd etdiyiniz kimi, keçən il Sizinlə görüşdük və ölkələrimiz arasında münasibətlərin geniş spektrini müzakirə etdik. Bizim Şanxay görüşündən sonra keçən bir il ərzində əlaqələrimiz daha da möhkəmlənib. Bu gün biz münasibətlərimizin gələcək inkişafını müəyyən edəcək bir sıra mühüm sənədlər imzalayacağıq. Onların arasında, əlbəttə, Sizinlə bərabər imzalayacağımız Bəyannaməni xüsusi qeyd etmək istərdim. Həmin Bəyannamə bizim niyyətlərimizi əks etdirir. Biz əlaqələrimizi genişləndirmək, siyasi dialoqu inkişaf etdirmək, beynəlxalq təşkilatlarda fəal əməkdaşlığı bundan sonra da davam etdirmək və iqtisadi əlaqələri möhkəmlətmək istəyirik. İpək Yolu iqtisadi zolağının yaradılması barədə Sizin təşəbbüsünüzü biz Azərbaycanda çox yüksək qiymətləndiririk”.
Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sabitliyin möhkəmləndiyini, iqtisadi inkişafın artdığını, əhalinin rifah halının yaxşılaşdığını deyib. Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldiyini bildirən Çin Xalq Respublikasının Sədri ölkəmizin birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirdiyini qeyd edib. O, Yeni Azərbaycan Partiyasının parlament seçkilərində qələbə qazanması münasibətilə təbriklərini çatdırıb. Si Cinpin Çinin Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi istiqamətində səylərini bundan sonra da dəstəkləyəcəyini vurğulayıb.
Beynəlxalq təşkilatlarda yaxşı əməkdaşlığımızın olduğunu deyən Çin Xalq Respublikasının Sədri ölkələrimizin bir çox məsələlərdə mövqelərinin üst-üstə düşdüyünü vurğulayıb. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə əməkdaşlığın genişləndirilməsinin mümkünlüyünü qeyd edən Sədr Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına “Dialoq üzrə tərəfdaş” statusunda qoşulmasının önəmini diqqətə çatdırıb.
Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz arasında siyasi sahədə əlaqələrin uğurla inkişaf etdiyini bildirib, bu səfərin əməkdaşlığımızın genişlənməsinə töhfə verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bir çox məsələlərdə mövqelərimizin üst-üstə düşdüyünü diqqətə çatdırıb. Prezident İlham Əliyev Çində iqtisadi baxımdan gələcək inkişafla bağlı böyük uğurlar qazanıldığını, Azərbaycanın da mühüm iqtisadi nailiyyətlər əldə etdiyini, ölkələrimizin iqtisadi sahədə əməkdaşlığının genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edib. Dövlətimizin başçısı Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında yaxın əlaqələrin olduğunu, bunun da ikitərəfli münasibətlərimizin möhkəmlənməsinə kömək etdiyini vurğulayıb.
Azərbaycan Prezidenti ölkələrimizin beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq həyata keçirdiyini diqqətə çatdırıb. Azərbaycanda gedən iqtisadi inkişaf proseslərindən danışan dövlətimizin başçısı Sian şəhərinə səfərini xatırlayıb, buradakı qədim mədəniyyətin bütün dünyanın sərvəti olduğunu bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev dövlət başçıları tərəfindən imzalanacaq Birgə Bəyannamədə bu problemin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsasında həll edilməsinin əksini tapmasının önəmli olduğunu vurğulayıb. Dövlətimizin başçısı Çinin münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında həllini dəstəklədiyini yüksək qiymətləndirib, ölkəmizin də “Vahid Çin” prinsipinə dəstək verdiyini deyib. İki ölkənin rəhbərləri arasında şəxsi dostluğun münasibətlərimizin inkişafına töhfə verdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu və bunun ölkəmizin xarici siyasətinin prioritetlərindən birini təşkil etdiyini deyib. Terrorizm, təcavüzkar separatizm, ekstremizm kimi təhlükələrlə mübarizədə ölkələrimizin hüquq mühafizə orqanları arasında əməkdaşlığın önəmini qeyd edən dövlətimizin başçısı Çin şirkətlərinin Azərbaycanda energetika sektorunda fəaliyyət göstərdiyini, ölkəmizin informasiya-kommunikasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Azərbaycanın və Çinin Asiya İnfrastruktur İnvestisiyaları Bankının həmtəsisçiləri olduğunu qeyd edən Prezident İlham Əliyev hökumətlərarası komissiyasının bu yaxınlarda keçirilən görüşünün iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfəsini verəcəyini diqqətə çatdırıb.
Nəqliyyat sahəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın Çin ilə Avropa arasında mühüm tranzit dəhlizi rolunu oynaması üçün yaxşı potensial var və ölkəmizdən keçən yol Çin ilə Avropa arasında ən qısa yol ola bilər. Azərbaycanda infrastrukturun yaradılması, nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində çox böyük işlər görüldüyünü deyən dövlətimizin başçısı investisiya qoyuluşu sahəsində əməkdaşlığın genişləndirilməsinin, texnoparklarda Çin şirkətlərinin iştirakının mümkünlüyünü qeyd edib. Prezident İlham Əliyev ölkələrimizin BMT-də və digər beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub.
Çin Xalq Respublikasının Sədri Si Cinpinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul verilib.
Xəbər lenti
Hamısına baxSiyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39

