Azərbaycan Prezidenti İlham Əliyev Çinin Dövlət Şurasının Baş naziri Li Keçyan ilə görüşüb
11.12.2015 [10:33]
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 10-da Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Keçyan ilə görüşü olub.
Azərbaycan Prezidenti və Çinin Dövlət Şurasının Baş naziri rəsmi foto çəkdiriblər.
Dövlət Şurasının Baş naziri Li Keçyan Azərbaycan Prezidenti İlham Əliyevi Çində görməkdən məmnun olduğunu deyib. O, ölkələrimiz arasında diplomatik münasibətlər yaranandan ikitərəfli əlaqələrimizin inkişaf etdiyini və bu səfərin də əməkdaşlığın genişlənməsinə yeni təkan verəcəyini vurğulayıb. Dövlət Şurasının Baş naziri Çin şirkətlərinin əlverişli coğrafi mövqeyi, zəngin təbii sərvətləri, böyük enerji potensialı olan Azərbaycanda infrastruktur, istehsal, energetika, dəmir yolu və texnoparkların yaradılması sahələrində yaxından iştirak etməkdə maraqlı olduqlarını bildirib. O, ölkəsinin Azərbaycanın təbii sərvətlərinin işlənilməsində, neft-qaz emalı sahəsində yaxından iştirak edə biləcəyini diqqətə çatdırıb. Li Keçyan humanitar, təhsil, informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin mümkünlüyünü qeyd edib.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, Çinə dövlət səfərinin nəticələri ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq. Azərbaycanın Çin ilə əməkdaşlığa böyük önəm verdiyini deyən dövlətimizin başçısı ölkələrimiz arasında fəal siyasi əlaqələrin olduğunu, beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edildiyini diqqətə çatdırıb. Azərbaycanın Çin ilə bütün istiqamətlərdə əlaqələri inkişaf etdirmək niyyətində olduğunu deyən Prezident İlham Əliyev iqtisadi sahədə də əməkdaşlıq üçün yaxşı potensialın olduğunu vurğulayıb, Çin şirkətlərini investor və podratçı qismində Azərbaycanda fəaliyyət göstərməyə dəvət edib. Dövlətimizin başçısı Azərbaycanın sənaye istehsalında, texnoparkların yaradılmasında, informasiya-kommunikasiya texnologiyaları sahəsində Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib. Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü qədim İpək Yolu üzrə iqtisadi zolağın yaradılması təşəbbüsünün Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı Azərbaycanın da qədim İpək Yolu üzərində yerləşdiyini deyib, Çin mallarının ölkəmizdən Türkiyəyə, oradan da Avropaya çıxarılmasında respublikamızın əlverişli coğrafi mövqeyə, infrastruktur imkanlarına malik olduğunu bildirib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycandan keçəcək yol Çin mallarının Avropaya çatdırıla biləcəyi ən qısa yol ola bilər. Bu sahədə Azərbaycan öz töhfəsini verməyə hazırdır. Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub tranzit dəhlizi layihələrində mühüm rol oynaya bilər və artıq bu sahədə konkret addımlar atır.
Prezident İlham Əliyev ölkəmizdə nəqliyyat infrastrukturuna fəal şəkildə investisiya yatırıldığını, bunun həm də qonşularımız və tərəfdaşlarımız üçün faydalı olacağını qeyd edib. Dövlətimizin başçısı informasiya-kommunikasiya texnologiyaları, investisiya qoyuluşu, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirib.
Siyasi sahədə də əlaqələrimizin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev mühüm məsələlərdə ölkələrimizin mövqelərinin üst-üstə düşdüyünü, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına “Dialoq üzrə tərəfdaş” statusunda qoşulduğunu vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələr Azərbaycanın xarici siyasətinin prioritet sahələrindən biridir. Bundan əlavə, ölkələrimiz BMT-də və digər beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edir.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46

