/ / Azərbaycan Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
18.06.2016 [11:20]
İyunun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.
İftar mərasimi müqəddəs “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə dövlətimizin başçısının iftar mərasimində iştirakının artıq ənənə halı aldığını bildirib və bu ənənənin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edildiyini deyən Allahşükür Paşazadə bunun siyasi, iqtisadi və birgəyaşayış problemləri ilə üzləşən dünya üçün bir mesaj olduğunu diqqətə çatdırıb, son illərdə Bakıda keçirilən mədəniyyətlər və sivilizasiyalararası məsələlərə həsr edilən beynəlxalq tədbirlərin böyük əhəmiyyətə malik olduğunu bildirib. Dövlətin milli mənəvi dəyərlərin qorunmasına hər zaman yüksək diqqət göstərdiyini deyən bütün Qafqazın şeyxi bu il Prezident İlham Əliyevin qayğısı sayəsində Gəncədəki İmamzadə kompleksinin yenidən qurularaq istifadəyə verildiyini vurğulayıb, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunan növbəti amnistiya aktı nəticəsində minlərlə insanın öz ailəsinə qovuşduğunu diqqətə çatdırıb.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr Ata “Multikulturalizm ili”nə təsadüf edən mərasimin bu baxımdan xüsusi əhəmiyyətini vurğulayıb. “Multikulturalizm Azərbaycan xalqının xarakteridir və bu amil dövlətin yürütdüyü siyasətdə özünü tam aydın göstərir”, - deyən Aleksandr Ata bildirib ki, indi dünyada baş verən gərginliklər fonunda multikulturalizm bütün dünya xalqlarının həyat tərzinə çevrilməlidir.
“Bütün səmavi dinlər arasında müqəddəs kitablar məhz Ramazan ayında nazil olub”. Bu sözləri isə Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev deyib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müasir, güclü dayaqları olan dövlət formalaşıb və bu cür mərasimlər xalqlarımız arasında olan bağların daha da möhkəmlənməsinə xidmət edir.
Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete Ramazan ayının müsəlmanların həyatında mühüm yer tutduğunu, ona görə də bu bayramın böyük bir ailəni xarakterizə etdiyini bildirib. O, Papa Fransiskin hər il Ramazan ayı münasibətilə dünya, həmçinin Azərbaycan müsəlmanlarına ünvanladığı müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib.
Mərasimdə çıxış edən Prezident İlham Əliyev dövlət-din münasibətlərinin tənzimlənməsində xalqımızın Ümummilli lideri Heydər Əliyevin xidmətlərini xatırlayıb, Ulu öndərlə şeyxülislam Allahşükür Paşazadə arasındakı dostluğun dövlət-din münasibətlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. “Biz çalışırıq ki, Azərbaycan cəmiyyətində xalqımıza xas olan cəhətlər üstünlük təşkil etsin”, - deyən dövlətimizin başçısı ölkəmizin müsəlman aləminin ayrılmaz hissəsi olduğunu və bütün İslam dünyasında böyük nüfuz qazandığını diqqətə çatdırıb.
“Biz İslam həmrəyliyini gücləndirməliyik. Müsəlman aləmində sülh və sabitlik möhkəmlənməlidir”, - deyən Prezident İlham Əliyev Azərbaycanın bu prosesə öz töhfəsini verdiyini xatırladıb. Bildirib ki, bütün sahələrdə böyük inkişaf yolu keçən ölkəmiz dünyada baş verən gərginliklər fonunda öz yolu ilə uğurla gedir və öz timsalında göstərir ki, bütün dini konfessiyaların nümayəndələrinin bir yerdə yaşaması mümkündür.
Artıq bir neçə ildir Bakıda mötəbər beynəlxalq tədbirlərin keçirildiyini, bu dəfə isə paytaxtımızın tamaşaçı auditoriyası yarım milyard olan Formula-1 kimi nüfuzlu yarışa ev sahibliyi etdiyini deyən dövlətimizin başçısı bildirib ki, bütün bunlar ölkəmizin daha yaxşı tanıdılmasına yönəlib və Azərbaycana gələn turistlər reallıqları öz gözləri ilə görürlər. “Bizim uğurlarımızın təməlində vətəndaşlarımızın birliyi durur”, - deyən Prezident İlham Əliyev ölkəmizin çoxmillətli olduğunu, onların Azərbaycanın inkişafında yaxından iştirak etdiklərini vurğulayıb.
Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlətimizin başçısı bu ümummilli məsələnin həllində dini konfessiyaların nümayəndələri də daxil olmaqla bütün vətəndaşlarımızın bir nöqtəyə vurduqlarını bildirib. Prezident İlham Əliyev deyib ki, münaqişənin tez bir zamanda həll olunması ilə bağlı konkret addımların atılmasının vaxtı çatıb, vasitəçilər də anlamalıdırlar ki, bu münaqişə dondurulmuş deyil, aprel döyüşləri isə Ermənistan rəhbərliyinə yaxşı dərs oldu və Azərbaycan qazandığı üstünlüyü heç vaxt əldən verməyəcək.
Nitqinin sonunda Prezident İlham Əliyev xalqımıza sülh, firavanlıq və xoşbəxtlik arzulayıb.
Sonra iftar süfrəsi açılıb.
Xəbər lenti
Hamısına baxGündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54

