Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin görüşü olub
21.06.2016 [10:21]
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Sankt-Peterburq şəhərində Prezident Vladimir Putin ilə görüşüb.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan dövlətinin başçısını salamlayaraq deyib: “Hörmətli İlham Heydər oğlu.
Əziz dostlar.
İcazə verin, sizi Peterburqda salamlayım.
Bizim hansı problemlə bağlı toplaşmağımız yaxşı məlumdur. Bu, bizə çoxdan qalmış Qarabağ problemidir. Lakin mən bizim görüşümüzdən istifadə edib, ilk növbədə yenicə başa çatmış Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu fonunda ikitərəfli münasibətlərimiz barədə də danışmaq istərdim. Təəssüflə qeyd etmək istərdim ki, bizə məlum olan səbəblər üzündən həm keçən il, həm də bu il əmtəə dövriyyəsinin bir qədər azalmasını müşahidə edirik. Burada enerji daşıyıcılarının qiymətlərinin azalması da, valyutaların məzənnə fərqləri də təsir göstərir. Biz sizinlə səbəbləri bilirik.
Mən bizim bugünkü görüşümüzdən istifadə edərək həm bu barədə, həm də ikitərəfli görüşlərimizin məzmununu təşkil edən bütün məsələlər, o cümlədən humanitar aspektlər barədə danışmaq istərdim. Azərbaycanda rus dilinin öyrənilməsinə necə qayğı ilə yanaşıldığını, bizim ali məktəblərimizin filiallarının necə uğurla fəaliyyət göstərdiyini bilirik. Biz bütün bunları yüksək qiymətləndiririk. Ümidvaram ki, bu iş bütün istiqamətlər üzrə davam etdiriləcək.
Sizi görməyə çox şadam. Xoş gəlmisiniz”.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Sağ olun, hörmətli Vladimir Vladimiroviç.
Əvvələn, bizi növbəti dəfə Rusiyaya səfərə dəvət etdiyinizə görə Sizə təşəkkür etmək istəyirəm. Fürsətdən istifadə edib Sizi növbəti Peterburq Beynəlxalq İqtisadi Forumunun uğurla keçirilməsi münasibətilə də təbrik etmək istərdim. Builki Forum yubiley forumudur. Forum bu illər ərzində qlobal siyasət və iqtisadiyyat məsələlərinin müzakirəsi və həlli üçün ən mühüm məkanlardan birinə çevrilib. Azərbaycan Forumun işində fəal iştirak edib. Bizə xüsusilə xoşdur ki, Azərbaycanda Rusiya Bankı tərəfindən qismən maliyyələşdiriləcək iri energetika obyektinin yaradılması barədə sənəd Sizin iştirakınızla imzalanıb.
Əlbəttə, bugünkü əsas diskussiyanın mövzusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsidir. Mən bu görüşü keçirmək təşəbbüsünə və məsələnin həllində Rusiyanın oynadığı konstruktiv rola görə Sizə təşəkkür edirəm. Münaqişə uzanıb. Rusiyanın və ATƏT-in Minsk qrupunun digər həmsədrlərinin bəyan etdiyi kimi, status-kvo qəbuledilməzdir. Biz bu bəyanatı tamamilə dəstəkləyirik. Lakin status-kvonun dəyişməsi üçün 20 ildən artıq müddətdə Azərbaycanın işğal altında olan ərazisinin işğaldan azad edilməsi başlanmalıdır. Bu gün biz bu barədə ətraflı danışacağıq. Biz ümid edirik ki, son iki ildə praktiki olaraq aparılmayan danışıqlar prosesinə konstruktiv dinamika verməyə nail olacağıq.
Əlbəttə, bu görüş həm iqtisadi, həm də digər sahələrdə münasibətlərimizin geniş spektrini müzakirə etmək üçün yaxşı imkandır. Düşünürəm ki, əmtəə dövriyyəsinin azalması müvəqqəti haldır. Biz onun bərpa edilməsi və artırılması yollarını axtarırıq. Düşünürəm ki, belə də olacaq. Energetika sahəsində fəal qarşılıqlı əlaqələrimiz, nəqliyyat sahəsində əməkdaşlıqda yaxşı perspektivlər var. Humanitar mövzu həmişə xüsusi əhəmiyyət kəsb edib. Bu, xalqlarımızı bir-birinə yaxınlaşdıran mövzudur. Bunsuz münasibətlər qurmaq mümkün deyil. Bizim münasibətlərimizi həm Rusiya, həm də Azərbaycan strateji tərəfdaşlıq münasibətləri kimi səciyyələndirir.
Dəvətə görə bir daha təşəkkürümü bildirirəm və ümid edirəm ki, Sizi tezliklə Azərbaycanda görəcəyəm”.
Vladimir Putin: “Sağ olun”.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05

