/ / Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
17.12.2016 [12:43]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə dövlətimizin başçısına Həştərxan Dövlət Universitetinin Fəxri professoru diplomu təqdim olunub.
Qubernator Aleksandr Jilkin Həştərxan vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə qurulmasına verdiyi dəstəyə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirib. Qonaq Həştərxandakı Azərbaycan diasporunun səmərəli fəaliyyət göstərdiyini deyib və vurğulayıb ki, bir çox sahələrdə, o cümlədən iqtisadi və sosial sahələrdə Azərbaycan diasporu çox işgüzar və etibarlı fəaliyyət göstərir. O, gələn il Həştərxan quberniyasının 300 illik yubileyinin keçiriləcəyini bildirib. Prezident İlham Əliyevi yubiley tədbirlərinə dəvət edən Aleksandr Jilkin Azərbaycan Prezidentinin həmin mərasimlərdə iştirakından şərəf duyacaqlarını söyləyib.
Həştərxan sakinlərinin Azərbaycana xüsusi rəğbət bəslədiklərini deyən qonaq Azərbaycan tərəfinin dəstəyi ilə Həştərxanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsinin ucaldılmasını və ətrafında abad parkın salınmasını Həştərxan üçün gözəl hədiyyə kimi qiymətləndirib. Qeyd edib ki, hazırda yeni ailə quran gənclərin həmin parka gələrək Azərbaycanın xalqının Ümummilli liderinin abidəsi önünə gül dəstələri qoyması artıq ənənə halı alıb. Qubernator bildirib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanda inşa edilən məktəb, uşaq bağçası da dostluğun gözəl nümunələridir. Bu gün vilayətdə Azərbaycan biznesinin fəallaşdığını qeyd edən rusiyalı qonaq əməkdaşlığın təməlində yüksək etimad və hörmətin dayandığını deyib. Aleksandr Jilkin hazırda Azərbaycanın və Həştərxanın bir sıra şirkətləri arasında işgüzar əlaqələrin qurulduğunu vurğulayıb, Həştərxanda Azərbaycanın biznes mərkəzinin inşa edilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.
Həştərxan ilə Bakı arasında tarixən yaxın əlaqələrin olduğunu bildirən dövlətimizin başçısı Həştərxanda olarkən burada baş verən müsbət dəyişikliklərin, şəhərin abadlaşmasının, infrastruktur layihələrinin həyata keçirilməsinin, tarixi abidələrin qorunmasının xoş təəssürat bağışladığını söyləyib və bu münasibətlə qubernatora təbriklərini çatdırıb. Həştərxanda yaşayan azərbaycanlılara göstərilən xoş münasibətə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev soydaşlarımızın özlərini bu şəhərdə doğma evlərindəki kimi hiss etdiklərini vurğulayıb. Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığa toxunan Prezident İlham Əliyev yaxın zamanlarda Azərbaycanın xaricdə ilk ticarət nümayəndəliyinin Moskvada açılacağını, sonradan isə Rusiyanın digər regionlarında, o cümlədən Həştərxanda da ticarət-biznes nümayəndəliyinin fəaliyyətə başlamasının nəzərdə tutulduğunu bildirib. Dövlətimizin başçısı bütün bunların ölkələrimiz arasında idxal-ixrac proseslərini sürətləndirəcəyinə əminliyini ifadə edib.
Sonra Həştərxan Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Aleksandr Lunov təhsil sahəsində Rusiya-Azərbaycan münasibətlərinin inkişafına verdiyi böyük töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyevin universitetin Fəxri professoru adına layiq görülməsi barədə təmsil etdiyi ali təhsil ocağının Elmi Şurasının qərarını elan edib.
Fəxri professor diplomu və mantiyası dövlətimizin başçısına təqdim olunub.
Universitetin fəxri professoru adına layiq görülməsindən şərəf duyduğunu deyən Prezident İlham Əliyev bu qərara görə minnətdarlığını bildirib. Dövlətimizin başçısı təhsil sahəsində Rusiya ilə sıx əməkdaşlıqdan danışaraq qeyd edib ki, bu gün Onun təşəbbüsü ilə Bakıda Rusiyanın iki nüfuzlu ali təhsil ocağı - Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. Təhsil sahəsinə ölkəmizdə böyük əhəmiyyət verildiyini vurğulayan dövlətimizin başçısı bu sahədə əməkdaşlığın xalqlarımızı daha da yaxınlaşdırdığını vurğulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39

