Polşa prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
04.07.2009 [12:07]
Azərbaycanda rəsmi səfərdə olan Polşa Prezidenti Lex Kaçinski dünən Fəxri Xiyabana gəlib. Ali qonaq xalqımızın ümummilli lideri, müstəqil müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla anıb. Polşa dövlətinin başçısı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər gül dəstəsi qoyub. Prezident Lex Kaçinskiyə Fəxri Xiyabanın tarixi barədə məlumat verilib. Dünən, həmçinin, Polşa Respublikasının Prezidenti Lex Kaçinski Şəhidlər Xiyabanını ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Lex Kaçinski Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Polşanın və Azərbaycanın dövlət himnləri səslənib. Ali qonağa Şəhidlər Xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib. Prezident Lex Kaçinski Azərbaycan paytaxtının mənzərəsini seyr edib.
Görüşdə, həmçinin, Cənubi Qafqaz regionunda vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb. Polşa Prezidenti hər səfərində Azərbaycanda həyata keçirilən irimiqyaslı layihələrin, müxtəlif sahələrdə yüksək dinamikanın şahidi olduğunu bildirib. “Bu, Azərbaycanın dünya birliyinə inteqrasiyası, iqtisadi sahədə əldə etdiyi uğurlarından irəli gəlir”, - deyən Lex Kaçinski ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin inkişafı üçün hər cür imkanların olduğunu və səfərlərin ikitərəfli əməkdaşlığa təkan verəcəyini xüsusi vurğulayıb.
Milli Məclisin sədri Oqtay Əsədov prezident Lex Kaçinskini Azərbaycan-Polşa arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə ölkəmizin ən ali mükafatı - “Heydər Əliyev” ordeni ilə təltif olunması münasibətilə təbrik edib. O.Əsədov ölkələrimiz arasında əlaqələrin qədim tarixindən danışıb, müstəqilliyimizi bərpa etdikdən sonra münasibətlərimizin yeni müstəvidə inkişaf etdiyini bildirib və bunu müsbət dəyərləndirib. Milli Məclisin sədri bildirib ki, münasibətlərimizin belə yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının müstəsna xidmətləri var. Dövlət başçılarının qarşılıqlı səfərləri, keçirdikləri səmərəli görüşlər hər iki tərəfə fayda gətirib, əməkdaşlığın hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza da yaradıb.
Azərbaycanda olmaqdan məmnun qaldığını deyən prezident Lex Kaçinski bundan əvvəlki səfərlərini, görüşlərini xatırladıb. Polşa-Azərbaycan dostluğunun dərin kökləri olduğunu deyən ali qonaq, iki dost ölkə arasında əlaqələrin inkişafı üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəyini bildirib.
ölkəmizin Avropanın enerji təminatında mühüm rolunu vurğulayan Lex Kaçinski Azərbaycanın son illər əldə etdiyi uğurlardan da danışıb. O, deyib ki, Azərbaycanda əldə olunmuş bütün uğurlar ölkədə həyata keçirilən düzgün siyasətin nəticəsidir. Polşanın dövlət başçısı parlamentlərin rolundan danışaraq qanunverici orqanların əməkdaşlığını, xüsusilə də dostluq qruplarının fəaliyyətini yüksək dəyərləndirib, Azərbaycan parlamentinə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 17:59
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42

