/ / Prezident İlham Əliyev Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
12.09.2017 [10:15]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 11-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Siyasi Büronun üzvü, Vyetnam KP MK-nın xalq kütlələri ilə iş şöbəsinin müdiri xanım Çionq Txi Mayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev ölkələrimiz, eləcə də Yeni Azərbaycan Partiyası ilə Vyetnamın Kommunist Partiyası arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev bir neçə il bundan əvvəl Vyetnama dövlət səfərini və səfər zamanı Azərbaycanın ali məktəblərinin vyetnamlı məzunları ilə görüşünü məmnunluqla xatırlayıb. Dövlətimizin başçısı qeyd edib ki, bu, çox səmimi bir görüş idi və sonra onlar Bakıya dəvət olundular, burada yaşadıqları və təhsil aldıqları yerləri ziyarət etdilər. Prezident İlham Əliyev, eyni zamanda, Vyetnamın bundan əvvəlki Prezidentinin Azərbaycana səfərinin əhəmiyyətinə də toxunub və bütün digər səviyyələrdə əlaqələrin möhkəmləndirilməsinin önəmini qeyd edib. Dövlətimizin başçısı beynəlxalq təşkilatlarda əməkdaşlığın, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin, ticarət dövriyyəsinin artırılmasının, təhsil sahəsində ənənəvi əməkdaşlığın, ölkələrimiz arasında mövcud olan tarixi-mədəni əlaqələrin genişləndirilməsinin önəmini vurğulayıb. Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, xanım Çionq Txi Mayın Azərbaycana səfəri ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi işinə xidmət edəcək.
Xanım Çionq Txi May ilk növbədə dövlətimizin başçısına və Azərbaycan xalqına son illər əldə edilmiş böyük nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. O qeyd edib ki, ölkələrimiz və xalqlarımız arasında ənənəvi dostluq münasibətləri mövcuddur. Çionq Txi May bu münasibətlərin əsasının Vyetnam xalqının lideri Xo Şi Min və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu məmnunluqla vurğulayıb. Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyinin tamam olacağını qeyd edən vyetnamlı qonaq Azərbaycanın müxtəlif dövrlərdə ölkəsinə verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib. Xanım Çionq Txi May səfər proqramı çərçivəsində Heydər Əliyev Mərkəzində olduğunu vurğulayaraq bildirib ki, biz Azərbaycanın müstəqil dövlət kimi bu səviyyəyə çatmasında Ulu öndərin rolunun bir daha şahidi olduq. Qonaq qeyd edib ki, Azərbaycan Vyetnamı Cənub-Şərqi Asiyada özünün etibarlı tərəfdaşı hesab edə bilər.
Görüşdə ölkələrimiz arasında sərmayə qoyuluşu, enerji, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

