Latviya ilə Azərbaycan arasında münasibətlərin yeni səhifəsi açılır
12.08.2009 [11:30]
Prezident Valdis Zatlers: Son on beş il Latviya-Azərbaycan münasibətlərində mühüm mərhələ olub
Xəbər verdiyimiz kimi, avqustun 10-da “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Latviya Respublikasının Prezidenti Valdis Zatlersin və xanımı Lilita Zatlerenin şərəfinə rəsmi ziyafət təşkil edilib. Dövlət başçıları ziyafətdə nitq söyləyiblər.
Azərbaycan Prezidenti İlham Əliyev qonaqları salamlayaraq deyib: “Hörmətli cənab Prezident! Hörmətli xanım Lilita Zatlere! Xanımlar və cənablar! Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayır və “Xoş gəlmisiniz!” deyirəm. Bu gün Latviya ilə Azərbaycan arasında münasibətlərin yeni səhifəsi açılır, səmərəli siyasi dialoq aparılır. Mən Sizin Azərbaycana rəsmi səfərinizi yüksək qiymətləndirir, bu səfərin ölkələrimiz arasında münasibətlərin yeni mərhələsinə zəmin yaradacağına inanıram. Şübhə etmirəm ki, keçirdiyimiz görüşlər, apardığımız danışıqlar və fikir mübadiləsi, habelə imzalanmış sənədlər və iki ölkənin iş adamlarının sabah təşkil olunacaq biznes forumu qarşılıqlı fəaliyyət üçün yeni sahələri müəyyən edəcək, əlaqələrimizin gələcək inkişafına öz töhfəsini verəcəkdir. Mən Latviya ilə Azərbaycan arasında münasibətlərin inkişaf edərək genişlənməsinin tərəfdarıyam. Düşünürəm ki, ölkələrimiz arasında ticarət-iqtisadi, sənaye və energetika, mədəniyyət və turizm, təhsil, informasiya texnologiyaları və digər sahələrdə yaxşı əməkdaşlıq imkanları vardır. Bu əməkdaşlığı həyata keçirmək üçün ölkələrimizdə səfirliklər açılmış, Azərbaycan-Latviya hökumətlərarası komissiyası yaradılmış, müqavilə-hüquq bazasını təmin edən sənədlər imzalanmışdır. Latviya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın indiki göstəriciləri təəssüf olsun ki, ölkələrimizin potensialına cavab vermir. İki ölkə arasında ticarət dövriyyəsi və sərmayə qoyuluşunun həcmi daha da genişlənməlidir. Əminəm ki, biz birgə səylərimizlə iqtisadi əməkdaşlığın səmərəsini artırmağa nail olacağıq. Bu, indi - qlobal iqtisadi böhran şəraitində xüsusilə aktualdır. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, ölkələrimiz beynəlxalq terrorizmə, kütləvi qırğın silahlarının yayılmasına və müasir dövrün digər təhdid və təhlükələrinə qarşı mübarizə sahəsində uğurlu əməkdaşlıq edir. Beynəlxalq və regional təşkilatlar, o cümlədən Avropa İttifaqının Yeni Qonşuluq Siyasəti proqramı və NATO-nun Fərdi tərəfdaşlığın Fəaliyyət planı çərçivəsində əlaqələrimizdən razıyam. GUAM və Baltik dənizi Dövlətləri Şurası formatında əlaqələrimiz Xəzər, Qara dəniz, Baltik hövzəsi regionunda inteqrasiya proseslərini sürətləndirmək baxımından əhəmiyyətlidir. Avropa İttifaqının Şərq tərəfdaşlığı təşəbbüsü əməkdaşlığımız üçün yeni imkanlar açır və mən inanıram ki, ölkələrimiz həmin imkanlardan yetərincə istifadə edəcəklər.
Azərbaycan son illər ərzində sürətli inkişaf yolu keçmişdir. ötən beş ildə ölkəmizin iqtisadiyyatı 2,6 dəfə artmışdır, eyni zamanda irimiqyaslı beynəlxalq layihələrin həyata keçməsi nəticəsində Böyük İpək yolunun bərpası, Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində səylərimiz artıq öz bəhrəsini verməkdədir.
Azərbaycan regionda təhlükəsizliyin, sabitliyin təmin edilməsində və beynəlxalq əməkdaşlığın inkişafında mühüm rol oynayır. Lakin artıq 20 ildir ki, Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalmışdır. Ermənistan Azərbaycanın ərazisinin 20 fazini işğal etmiş və etnik təmizləmə siyasəti aparmışdır. Nəticədə ölkədə bir milyondan çox qaçqın və məcburi köçkün yaranmışdır. Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, ATƏT, Avropa Şurası Parlament Assambleyası, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Bu münaqişə yalnız beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Hörmətli cənab Prezident, icazə verin, Azərbaycana rəsmi səfərinizə böyük əhəmiyyət verdiyimi bir daha ifadə edim və bu badəni Sizin sağlığınıza, xanımınızın sağlığına, Latviya ilə Azərbaycan arasında səmimi dostluq və faydalı əməkdaşlıq əlaqələrinin inkişafının şərəfinə qaldırım”.
Latviya Prezidenti Valdis Zatlers təşəkkür edərək deyib: “çox hörmətli cənab Prezident! Hörmətli Mehriban xanım Əliyeva! Zati-aliləri! Xanımlar və cənablar! Cənab Prezident, mən Sizin, eləcə də Sizin ölkənizin qonağı olmaqdan böyük sevinc və şərəf duyuram! İcazə verin, öz adımdan, eləcə də xanımım adından Bakıda - mədəniyyət və elm sahəsində uğurların əldə olunmasına ilham verən əsrarəngiz bir şəhərdə səmimi qəbula görə Sizə dərin təşəkkürümü bildirim.
XIX əsrin sonu-XX əsrin əvvəllərindəki milli dirçəliş, mətin mübarizə, müstəqilliyimizin və dövlətçiliyimizin itirilməsi və yenidən qazanılması kimi kəşməkəşli ümumi tarixi inkişaf yolumuz Latviya və Azərbaycanı bir-birinə sıx şəkildə bağlayır. Bildirmək istərdim ki, bir çox görkəmli latış mədəniyyət və incəsənət xadimlərinin həyatı məhz Azərbaycanla bağlıdır. Yazıçı Ernest Birzniek-Upit uzun müddət burada yaşamışdır. Yazıçı Pavlis Rozitis, Sudrabu-Ecus, Yanis Vainovkskis və Auqusts Bertse burada yaşayıb yaratmışlar. Rəssam Yazeps Qrosvalds öz yaradıcılığında Şərq motivlərinə üstünlük vermişlər. Bundan əlavə, Azərbaycan Opera və Balet Teatrında böyük latış bəstəkarı Yazeps Medinş dirijorluq etmişdir”.
Latviya Prezidenti Valdis Zatlers onu da deyib ki, son on beş il Latviya-Azərbaycan münasibətlərində mühüm mərhələ olub: “Bu müddətdə Latviya-Azərbaycan dostluq əlaqələri inkişaf etmişdir. Son illərdə fəal siyasi dialoqlar nəzərəçarpacaq dərəcədə böyüyüb. Hər iki ölkənin məsul şəxslərinin, mütəxəssislərinin görüşləri və məsləhətləşmələri keçirilib, dövlətlərarası müqavilə-hüquq bazası inkişaf etdirilib, ticari-iqtisadi balans daha da təkmilləşdirilib”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

