/ / Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Azərbaycandakı apostol nunsisinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Azərbaycandakı apostol nunsisinin etimadnaməsini qəbul edib
05.10.2018 [08:41]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Müqəddəs Taxt-Tacın ölkəmizdəki apostol nunsisi arxiyepiskop Pol Fitzpatrik Rasselin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, arxiyepiskop Pol Fitzpatrik Rassel fəxri qarovul dəstəsinin qarşısından keçib.
Pol Fitzpatrik Rassel etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev apostol nunsi ilə söhbət edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Vatikan arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayaraq qeyd edib ki, biz bu günə kimi Roma Papası Fransiskin Azərbaycana səfərinin təəssüratı altındayıq. Prezident İlham Əliyev həmin səfər zamanı Roma Papası Fransisklə keçirdiyi görüşləri, eləcə də özünün Vatikana səfərini məmnunluqla xatırlayıb. Roma Papası Fransiskin ölkəmizə səfərini tarixi hadisə kimi dəyərləndirən Prezident İlham Əliyev onun ölkəmizdə olarkən Azərbaycanla yaxından tanışlığının, insanlarla təmasda olmasının, eləcə də Azərbaycandakı dini icmaların nümayəndələri ilə görüşünün önəmini qeyd edib. Prezident İlham Əliyev, eyni zamanda, bu yaxınlarda Roma Papası Fransiskin xanım Mehriban Əliyevanı qəbul etdiyinə görə minnətdarlığını çatdırıb və qeyd edib ki, bu görüş xanım Mehriban Əliyevada dərin təəssürat hissi yaradıb. Prezident İlham Əliyev salamlarını və ən xoş arzularını Roma Papası Fransiskə çatdırmağı xahiş edib. Münasibətlərimizin yaxşı tarixə malik olduğunu və bir çox sahələri əhatə etdiyini deyən Prezident İlham Əliyev bildirib ki, mədəniyyət sahəsindəki əlaqələrimiz xüsusi əhəmiyyət daşıyır və bu əməkdaşlığımız həm ikitərəfli münasibətlərin yaxşı əlamətidir, eyni zamanda, mədəniyyətlərarası və sivilizasiyalararası qlobal prosesin mühüm elementlərindən biridir. Biz bu əməkdaşlığı yüksək qiymətləndiririk və əminik ki, əlaqələrimiz bundan sonra da möhkəmlənəcək. Dövlətimizin başçısı ümidvar olduğunu bildirib ki, arxiyepiskop Pol Fitzpatrik Rassel fəaliyyəti müddətində münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcək.
Xoş sözlərə görə minnətdarlığını ifadə edən arxiyepiskop Pol Fitzpatrik Rassel Vatikan ilə Azərbaycan arasında çox yaxşı münasibətlərin mövcud olduğunu vurğulayıb. O, bir neçə həftə bundan əvvəl Roma Papası Fransisklə görüşdüyünü qeyd edərək bildirib ki, həmin görüş zamanı Papa Fransisk Azərbaycana səfərini məmnunluqla xatırlayıb və eyni zamanda, xoş hisslərlə xanım Mehriban Əliyevanın səfərini gözlədiklərini qeyd edib.
Dövlətimizin başçısı bildirib ki, xanım Mehriban Əliyeva Papa Fransisklə görüşünün çox səmimi və dostluq şəraitində keçdiyini deyib. Prezident İlham Əliyev bunun əməkdaşlığımızın yaxşı göstəricisi olduğunu qeyd edərək bildirib ki, Azərbaycan-Vatikan əlaqələri bir daha dünyaya nümayiş etdirir ki, müxtəlif coğrafi ərazilərdə yaşayan insanlar, fərqli mədəniyyətlərin, ayrı-ayrı dinlərin nümayəndələri bir-biriləri ilə necə uğurla əməkdaşlıq edə və dostluq əlaqələri qura bilərlər.
Arxiyepiskop Pol Fitzpatrik Rassel Prezident İlham Əliyevin fikirlərinə tam şərik olduğunu bildirərək, öz növbəsində, qeyd edib ki, Vatikan ilə Azərbaycan arasında əlaqələr, sözün əsl mənasında, bir nümunədir.
Xəbər lenti
Hamısına baxİdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26

