Prezident İlham Əliyev UNESCO-nun baş direktorunun müavinini qəbul edib
26.10.2018 [09:38]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də UNESCO-nun baş direktorunun müavini Çu Sini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı UNESCO-nun baş direktorunun müavini Çu Sinin VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirakına görə minnətdarlığını bildirib və bunu Azərbaycan-UNESCO əməkdaşlığının yaxşı nümunəsi kimi dəyərləndirib. Azərbaycan ilə UNESCO əlaqələrinin güclü tərəfdaşlığa və zəngin tarixə malik olduğunu qeyd edən dövlətimizin başçısı uğurlu əməkdaşlığımızın davam etməsindən məmnunluğunu bildirib. Azərbaycanın UNESCO-nun etibarlı tərəfdaşı olduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi ötən illər ərzində ölkəmizin tarixi, mədəni abidələrinin, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olan tarixi yerlərin ümumbəşəri dəyərlərə çevrilməsi işində UNESCO-nun fəaliyyətini yüksək qiymətləndirir. Dövlətimizin başçısı bildirib ki, bütün bunlar ölkəmizin bu təşkilatla uğurlu əməkdaşlığının bariz nümunəsidir. Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycanın tarixi və mədəniyyəti barədə məlumatların dünyaya yayılması ilə bağlı UNESCO tərəfindən görülən işlərə görə minnətdarlığını bildirib.
Çu Sin, ilk növbədə, UNESCO-nun baş direktoru xanım Odri Azulenin salamlarını dövlətimizin başçısına çatdırıb. O, VI Bakı Beynəlxalq Humanitar Forumunun böyük əhəmiyyət daşıdığını qeyd edib və bildirib ki, Azərbaycan mədəniyyətlərarası dialoqla bağlı bu cür tədbirlərin keçirilməsi üçün nümunəvi bir məkandır. Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb istiqamətlərində mühüm nöqtədə yerləşdiyini vurğulayan Çu Sin bu tədbirin Bakıda keçirilməsini önəmli bir hadisə kimi dəyərləndirib. Qonaq bildirib ki, UNESCO Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir və Azərbaycan dinamik fəaliyyəti ilə bu təşkilatın işinə böyük töhfə verir. Çu Sini, eyni zamanda, gələn il Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin konfransının da keçiriləcəyini qeyd edərək bu tədbirin də önəm daşıdığını bildirib.
Prezident İlham Əliyev UNESCO-nun baş direktorunun salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını xanım Odri Azuleyə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05

