Respublikamız 2010-cu ildə dünyada inkişaf tempinə görə lider ölkələrdən olacaq
17.12.2009 [10:07]
Dünyanın ən nüfuzlu iqtisadi nəşrlərindən biri olan “The Economist” jurnalı beynəlxalq maliyyə böhranı şəraitində bir sıra ölkələrin makroiqtisadi vəziyyətinə dair proqnozlarını açıqlayıb. Jurnalın proqnozlarında 2010-cu ildə dünya dövlətlərinin inkişaf göstəriciləri ilə bərabər, iqtisadi geriləmə tendensiyası ilə bağlı təhlilləri də yer alıb. ümumiyyətlə, “The Economist” ən inkişaf etmiş dövlətlərlə yanaşı, keçid iqtisadiyyatı yaşayan ölkələrin ümumi makroiqtisadi durumu ilə bağlı araşdırmaların nəticəsi olaraq 2010-cu ilə dair proqnozlar irəli sürüb.
“The Economist”in açıqlamasına görə, Azərbaycan 2010-cu ildə beynəlxalq maliyyə böhranı şəraitində inkişaf edən ölkələrin reytinqində ilk pillələrdən birini tutacaq. Belə ki, respublikamızda gələn il əsas makroiqtisadi indiqator olan ümumi Daxili Məhsulun (üDM) artım tempi 9,5 faizə bərabər olacaq və bu dinamika Azərbaycanın mövqeyinin irəliləməsinə zəmin yaradacaq. Eyni zamanda, 2010-cu ildə ölkəmiz digər iqtisadi-sosial inkişaf indiqatorlarına görə də, əsas dövlətlərdən biri olacaq. üDM-in aktiv artım tempinə görə, ilk yerdə Qətərin (24,5 faiz), ikinci yerdə Türkmənistanın (11 faiz) olacağı proqnozlaşdırılır. Qeyd etdiyimiz kimi Azərbaycan bu dinamika üzrə 3-cü sırada yer alıb.
“The Economist” dünya ölkələrinin artım dinamikası üzrə göstəricilərlə yanaşı, nisbi artım və geriləmə meyilləri ilə bağlı vəziyyətə də diqqət ayırıb. Jurnalın qənaətinə görə, 2010-cu ildə Avropa dövlətlərinin iqtisadi inkişaf dinamikası üzrə orta göstəricisi 1-2 faiz proqnozlaşdırılır. Hətta bir sıra Avropa dövlətlərində inkişaf tempi 1 faizdən də aşağı gözlənilir. Xüsusilə də, Macarıstan, Latviya, Polşa, çexiya, Rusiya, Slovakiya, Fransa və digər dövlətlərin artım tempi 1 faizə bərabər olacaq. “The Economist” hesab edir ki, keçid dövrü ölkələrinin ümumi iqtisadi mənzərəsinin təhlili bütün dövlətlərin dünyada baş verən böhran meyillərinin təsirinə məruz qalmasını göstərir. Bir çox ölkələrdə, xüsusilə də Asiya, Afrika və postsovet ölkələrində xarici maliyyə və bank təşkilatlarının passiv rol oynaması qeyd edilir. Bu isə həmin ölkələrin tamamilə daxili maliyyə qurumlarının təsiri altına düşməsinə gətirib çıxarıb. Nəticədə bu ölkələrdə kredit dərəcələri kəskin şəkildə yüksəlib və iqtisadi sahəyə təsir edib. Xüsusilə də, tikinti şirkətləri kredit faizlərinin yüksək olması ucbatından ciddi problemlərlə üzləşib.
Hazırda nəinki MDB dövlətləri içərisində, eyni zamanda, Avropa və Amerika regionu ölkələri sırasında ən yaxşı makroiqtisadi vəziyyət Azərbaycanda müşahidə edilir. Respublikamız bütün makroiqtisadi parametrlər üzrə həmin dövlətlərlə müqayisədə xeyli irəlidə dayanır. 2009-cu ilin ötən 11 ayı üzrə ölkəmizdə ümumi Daxili Məhsul istehsalı 9 faizə yaxınlaşıb. Sənaye məhsulu 7,5 faiz yüksəlib. Kənd təsərrüfatında artım 3 faizi ötüb. İnflyasiya 1,5 faizə bərabər olub. Əhalinin pul gəlirləri 12 faiz, orta aylıq əməkhaqqı 11 faiz yüksəlib. Eləcə də, iqtisadiyyata kredit qoyuluşları, banklarda əhalinin əmanətlərin çəkisinin artımı və digər sahələrdə inkişaf meyilləri nəzərə çarpıb. Respublikamızla müqayisədə MDB dövlətlərində, Türkmənistan və özbəkistan istisna olmaqla son 11 ayda iqtisadi geriləmə tendensiyası müşahidə olunub. Məsələn, Rusiyada üDM 10 faiz azalıb. Sənaye istehsalı 13,3 faiz aşağı düşüb. Kənd təsərrüfatında 0,4 faiz artım qeydə alınıb. İnvestisiya qoyuluşları 18 faiz azalıb. İnflyasiya 12,2 faizə bərabər olub. Belarusda üDM 1 faiz azalmaya məruz qalıb. Sənaye 4 faiz azalıb. Qazaxıstanda isə üDM 2,7 faiz azalıb. Eyni zamanda, sənaye istehsalında 1 faiz geriləmə qeydə alınıb. İnflyasiya 7,6 faiz təşkil edib. Qırğızıstanda milli məhsul 2,7 faiz artsa da, sənayedə və real sektorun bir sıra bölmələrində geriləmə tendensiyası, eyni zamanda, əhalinin gəlirlərinin azalması müşahidə olunub. Tacikistanda da demək olar ki, iqtisadi geriləmə qeydə alınıb. Moldova və Ukrayna da iqtisadi böhran meyillərindən kənarda qala bilməyib. Moldovada üDM 7,5 faiz, sənaye məhsulu isə 24,1 faiz azalıb.
Eləcə də, Ukraynada ötən aylar ərzində milli məhsul istehsalı 14,9 faiz aşağı düşüb. Qeyd etdiyimiz kimi MDB ölkələrindən Türkmənistan və özbəkistanda dinamik inkişaf meyilləri nəzərə çarpıb. Bu ölkələrdə üDM-in artımı 8-10 faiz təşkil edib.
Keçid iqtisadiyyatı dövlətləri içərisinldə ən ağır iqtisadi-sosial vəziyyət işğalçı ölkə olan Ermənistanda qeydə alınıb. İşğalçı dövlətin əsas makroiqtisadi indikatoru olan üDM istehsalı ilin əvvəllərindən başlayaraq hər ay aşağı düşməkdə davam edir. Hazırda Ermənistanda üDM 21 faizə yaxın azalıb, sənaye istehsalı 20 faiz aşağı düşüb. Bu ölkədə əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi bir qədər də dərinləşib, eləcə də yoxsulluğun artması nəzərə çarpmaqdadır.
Göründüyü kimi, dünyanın ən nüfuzlu iqtisadi qurumları, reytinq agentlikləri, “Financial Times”, “The Economist” kimi iqtisadi nəşrləri Azərbaycanda həyata keçirilən düşünülmüş makroiqtisadi siyasət nəticəsində stabil inkişaf tempinin qorunub saxlanılmasını vurğulayırlar. Onların ümumi qənaəti bundan ibarətdir ki, Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi və sosial idarəetmə sahəsindəki islahatlar makroiqtisadi vəziyyətin sabit qalması ilə yanaşı, artım meyillərinin əldə olunmasına imkan verəcək. Respublikamız inkişaf dinamikasına görə dünya miqyasında əsas aparıcı dövlətlərdən olacaq. Azərbaycanda makroiqtisadi sabitlik ümumi iqtisadi inkişafı təmin etməklə bir çox sahələrdə - investisiya qoyuluşu, daxili sərmayələrin həcminin artması, infrastruktur və kommunikasiya layihələrinə kapital yönəldilməsi kimi bölmələrdə inkişafın da davamlılığına zəmin yaradacaq.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

