Azərbaycanda turizmin inkişafı üçün güclü potensial mövcuddur
08.04.2010 [15:01]
Son illərdə, respublikamızda turizm sektorunun inkişafı ilə bağlı həyata keçirilən siyasət öz mühüm nəticələrini göstərməkdədir. Azərbaycanın əlverişli coğrafi və təbii iqlim şəraiti, landşaftın zənginliyi, iqtisadi imkanların artması respublikamızda turizm sənayesinin və ekoturizmin inkişafı üçün əhəmiyyətli zəmin yaradır. Bu, həm respublikamıza gələn turistlərin sayının artım dinamikasında, həm turizmin keyfiyyət və kəmiyyət baxımından inkişafında, həm də yeni yaradılan obyektlərin və infrastrukturun modernləşdirilməsində özünü göstərir. Dövlətin bu sahəyə dəstəyinin güclənməsi və turizm infrastrukturunun yenidən qurulması istiqamətində davamlı tədbirlərin həyata keçirilməsi turizm sənayesinin yüksək inkişafına imkan yaradıb.
Prezident İlham Əliyev ölkəmizdə turizm sektorunun dayanıqlı inkişafını təmin etmək və turizmin ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsinə nail olmaq üçün “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsinə dair Sərəncam imzalayıb. Sənədə əsasən, respublikamızda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən, müasir turizm sənayesinin formalaşdırılması və iqtisadiyyatın əsas inkişaf sahələrindən birinə çevrilməsini təmin etmək nəzərdə tutulur. Eyni zamanda, ölkədə turizm infrastrukturunun yüksək beynəlxalq tələblər səviyyəsində qurulması, daxili və xarici investisiyaların bu sahəyə cəlb edilməsi, turizm sektorunda xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi Dövlət Proqramının əsas prioritetlərini təşkil edir.
Turizm sektoru ilə bağlı həyata keçirilən işlərin miqyasının daha da genişlənməsi bu sahənin bütün ölkə üzrə inkişafına təkan verib. Regionlarda turizm sənayesinin bütün komponentləri üzrə kompleks layihələr icra olunmaqdadır. Qəbələ, Xaçmaz, Quba, Qusar, Zaqatala, Balakən, Oğuz, Lənkəran, Masallı, Şəki, İsmayıllı, Şamaxı, Gədəbəy və digər bölgələrdə turizmin inkişafı ilə bağlı hər cür şərait mövcuddur. Bu rayonların hədsiz dərəcədə çox gözəl təbii şəraitə malik olması, doqquz iqlim qurşağının mövcudluğu, ekoturizm üçün güclü potensialın yaradılması, xüsusilə də, Azərbaycanda 800 km-dən çox dəniz sahili zolağının olması turizmin imkanlarını genişləndirir. Eyni zamanda, ölkəmizdə yol-nəqliyyat və kommunal infrastrukturların yenidən qurulması bu sahəyə olan marağı gücləndirmiş olur. Son illərdə bütün bölgələrdə magistral yolların təmiri, kommunal xidmət növlərinin fasiləsiz və etibarilə şəkildə təmin olunması, eləcə də, yeni hava limanlarının (Gəncə, Zaqatala, Lənkəran) istifadəyə verilməsi ölkəmizə gələn turistlərin rahatlığında mühüm rol oynayır. Yəni, turizm infrastrukturunun yeniləşməsi və digər obyektlərin yaradılması xarici turistlərin sayının ilbəil artmasına səbəb olmaqdadır. Azərbaycanda turizm infrastrukturunun yaradılması həm də Avropa, Asiya və Yaxın Şərq ölkələrindəki turizm obyektlərindən yüksək olmasına görə fərqlənir.
Onu da qeyd edək ki, Prezident İlham Əliyev turizm sektorunda həyata keçirilən layihələrin icrasını daim diqqət mərkəzində saxlayır və regionlara səfərləri zamanı turizm infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verir. Dövlət başçısı, həmçinin, bölgələrdə təməli qoyulan və açılış mərasimləri keçirilən turizm obyektlərinin istifadəyə verilməsində də yaxından iştirak edir. Prezident son illərdə, turizm sənayesinin inkişafında özünəməxsus xüsusiyyətləri və coğrafi-iqlim şəraiti ilə seçilən Naxçıvan Muxtar Respublikası, Qəbələ, İsmayıllı, Şamaxı, Lənkəran, Lerik və digər rayonlarda istifadəyə verilən 10-larla turizm obyektinin, istirahət və mehmanxana kompleksinin açılış mərasimlərində iştirak edib.
Respublikamızda son illərdə, dünyanın ən inkişaf etmiş ölkələrinin turizm sənayesi öyrənilib, bir neçə dövlətin təcrübəsi model olaraq götürülüb. Hazırda ölkəmizdə regionda ən nəhəng layihələrdən biri olan Qusar Qış İdman Turizm Mərkəzinin yaradılması istiqamətində intensiv işlər aparılır. Bu mərkəzin yaradılmasında Norveç və İsveçrə kimi dövlətlərin təcrübəsi öyrənilib tətbiq olunmaqdadır. Xatırladaq ki, Norveçdə turizm neftdən sonra ikinci valyuta gətirən sahə hesab edilir və bu dövlətin qış turizmi dünyada, demək olar ki, əvəzsizdir.
Azərbaycanın xarici dövlətlərlə sıx münasibətlərinin yaradılması bir çox iqtisadi və sosial sahələr kimi turizm bölməsi ilə bağlı birgə layihələrin həyata keçirilməsinə impuls verib. Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, Cənubi Koreya, Rusiya, Fransa, Almaniya, İtaliya və digər ölkələrin turizm şirkətləri Azərbaycanda yeni layihələrin reallaşması üçün təkliflərlə çıxış etməkdədirlər. Turizmin inkişafına dair yeni Dövlət Proqramının təsdiq edilməsi isə bu ölkələrin respublikamızda iri layihələrin həyata keçirilməsində və bu sahəyə daha böyük həcmdə investisiyaların cəlb edilməsində yaxından iştirak etməsinə səbəb olacaq.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

