Azərbaycanın strateji valyuta ehtiyatları artmaqda davam edir
20.04.2010 [09:18]
Azərbaycan hökumətinin həyata keçirdiyi monetar siyasət maliyyə sabitliyinin möhkəmlənməsinə və valyuta gəlirlərinin yüksəlməsinə dərin iqtisadi əsaslar yaratmaqdadır. Dünya maliyyə böhranının davam etməsinə baxmayaraq, respublikamızın strateji valyuta ehtiyatları artmaqda davam edir. Təsadüfi deyil ki, son 1 ildə valyuta rezervlərinin həcmi təxminən 3 milyard dollar yüksələrək 22 milyard dolları ötüb. Strateji valyuta ehtiyatlarının artması ölkəmizdə effektiv pul siyasətinin həyata keçirilməsinin göstəricisi kimi səciyyələndirilə bilər. Eyni zamanda, valyuta rezervlərinin yüksəlməsi iqtisadi artımın məntiqi nəticəsi kimi də dəyərləndirilməlidir.
Prezident İlham Əliyev bildirib ki, həm keçən il və həm də bu ilin birinci rübündə strateji valyuta ehtiyatlarımız artıb: “Bu gün Azərbaycanın valyuta ehtiyatları 22,3 milyard dollar təşkil edir. Bu, çox böyük məbləğdir. İstənilən ölkə üçün böyük məbləğdir. Xüsusilə nəzərə alsaq ki, Azərbaycanın həm ərazisi, həm əhalisi o qədər də böyük deyil və ölkə iqtisadiyyatına qoyulan sərmayələr də yüksək səviyyədədir, əlbəttə ki, biz gələcəkdə də valyuta ehtiyatlarımızın artımını görəcəyik. çünki əvvəlki illərdə görülən işlər, xüsusilə neft-qaz siyasətimiz imkan verir ki, biz çox böyük məbləğdə valyuta ehtiyatlarımızı yığaq ki, öz növbəsində həm iqtisadi, həm infrastruktur, həm sosial məsələlərin həlli üçün onlardan istifadə edək və güclü bir maliyyə resursları əldə edək”.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf və radikal islahatlar strategiyası nəticəsində artan maliyyə-valyuta ehtiyatları hesabına iqtisadiyyatda yüksək dayanıqlıq potensialı yaradılıb. Vaxtında irəli sürülmüş səmərəli antiböhran strategiyasının reallaşdırılması sayəsində ölkəmizin maliyyə qüdrəti yüksəlib. Həyata keçirilən düzgün pul-kredit və monetar siyasəti bank sisteminin dinamikliyini artırmaqla yanaşı, maliyyə sabitliyinin möhkəmlənməsinə və valyuta gəlirlərinin yüksəlməsinə əhəmiyyətli dərəcədə zəmin yaratmaqdadır.
Respublikamızın artan strateji valyuta ehtiyatları Azərbaycanın beynəlxalq ödəniş qabiliyyətinə tam cavab verməsini möhkəmləndirməklə bərabər, qlobal təsirlərin yaranmasının qarşısını da almış olur. Yəni, dünya maliyyə böhranının davam etdiyi dövrdə bu həcmdə valyuta rezervlərinə malik ölkə böhranın hər hansı bir təsirini tamamilə məhdudlaşdırmaq iqtidarına malikdir. ölkəmizdə dərin makroiqtisadi təməllərin yaradılması, maliyyə sabitliyinin möhkəmlənməsi istiqamətində çevik iqtisadi addımların atılması, ümumilikdə valyuta bazarının bütün seqmentlərinin inkişaf templəri ilə müşayiət olunmasına səbəb olub. Bu tendensiya valyuta rezervlərinin artması ilə bərabər, həm də milli valyuta olan manatın aktiv pul aləti kimi çəkisinin artırılmasına təkan verib. Bütün dövlətlərin milli valyutası dəyərini itirdiyi halda Mərkəzi Bankın həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan manatının məzənnəsi möhkəmlənib.
Qeyd edək ki, manatın dəyərinin möhkəmlənməsi həm valyuta ehtiyatlarının yüksək dəyər qazanmasında, həm də maliyyə və istehlak bazarının sabit qalmasında mühüm rol oynamaqdadır. Belə ki, sabit manat həm istehlak, həm də istehsal təyinatlı idxalın kəskin bahalaşmasının qarşısını alıb. Bu tendensiya, eyni zamanda, əhalinin əmanətlərinin kəskin şəkildə dəyərdən düşməsi, valyutada olan xarici borc yükünün artması, manata ictimai inamın aşağı düşməsi kimi təhlükələri neytrallaşdırmış olur. Avropa və MDB dövlətlərinin pul siyasəti ilə bağlı təcrübəsi göstərdi ki, onların valyuta bazarında həyata keçirdiyi tədbirlərə baxmayaraq, böhrana qarşı effektiv mübarizəni təşkil edə bilməyiblər. Devalvasiya yolunu seçən həmin ölkələr yüksək inflyasiya, iqtisadi tənəzzül və işsizlik problemləri ilə üzləşiblər.
Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi siyasət isə 2009-cu ildə olduğu kimi, 2010-cu ildə də makroiqtisadi sabitliyin qorunması və valyuta ehtiyatlarının artmasına böyük impuls verir. Bu isə ölkəmizdə bütün iqtisadi və sosial sahələrdə layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradır. Prezident İlham Əliyev bildirib ki, artan valyuta ehtiyatları hesabına investisiya layihələrinin miqyası daha da artırılacaq: “Azərbaycanda investisiya layihələri uğurla icra edilir. Son illər ərzində on milyardlarla dollar vəsait qoyulubdur, daxili investisiyalar xarici investisiyaları böyük fərqlə üstələyir. Bizim siyasətimiz ondan ibarətdir və maliyyə böhranından belə uğurlu çıxmağımızın səbəbi də ondadır ki, biz əldə edilmiş gəlirləri həm əmanət kimi çox etibarlı şəkildə saxlamışıq və ehtiyatlarımız artıb. Eyni zamanda, ölkənin tələbatını ödəmək üçün investisiya şəklində sənaye istehsalına, infrastruktur layihələrinə qoymuşuq ki, həm iş yerləri açıldı, həm də iqtisadiyyatın şaxələndirilməsi üçün əlavə imkanlar yarandı. Biz bu siyasəti gələcəkdə də davam etdirəcəyik. Həm valyuta ehtiyatlarımız artacaq, eyni zamanda, dövlət investisiya proqramı elə tutulmalıdır ki, əsas vəzifələr icra edilsin. Bu il üçün nəzərdə tutulmuş investisiya layihələri hesab edirəm ki, bizi tam şəkildə təmin edir. Əlbəttə ki, gələcək illərdə biz başqa sahələrə investisiyanın cəlb edilməsini təmin edəcəyik”.
Azərbaycan hökumətinin valyuta sərvətlərinin səmərəli şəkildə həm idarəetməyə verilməsi, həm də istifadə olunması ilə bağlı yürütdüyü siyasət makroiqtisadi və maliyyə sabitliyinin möhkəmlənməsi fonunda mühüm əhəmiyyət kəsb edir. Dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernizasiyasının təmin olunmasına xidmət edən siyasətin həyata keçirilməsi, dünyada maliyyə böhranının kəskinləşməsinə baxmayaraq, Azərbaycanın bu təsirlərdən kənarda qalması ilə nəticələnməkdədir. ümumiyyətlə, makroiqtisadi və maliyyə sabitliyi iqtisadiyyatın inkişafına təkan verməklə əhalinin real pul gəlirlərinin artmasına da səbəb olacaq.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25

