Azərbaycanın inkişafı Türkiyənin inkişafı deməkdir
18.08.2010 [09:35]
Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Abdullah Gül dünən onun üçün ayrılmış iqamətgahda Baş nazir Artur Rasizadəni qəbul edib. Türkiyə Prezidenti Abdullah Gül qardaş ölkələrimiz arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu, Azərbaycanın sürətli inkişafından məmnunluğunu bildirərək, ikitərəfli münasibətlərin siyasi, təhlükəsizlik, iqtisadi və mədəni sahələrdə get-gedə inkişaf etdiyini söyləyib. Bu münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. Görüşdə Qafqazın sabitliyi və təhlükəsizliyi üçün Türkiyənin həyata keçirdiyi tədbirlər yüksək qiymətləndirilib. Türkiyə Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini, ölkəsinin bu məsələdə daim Azərbaycanın yanında olduğunu vurğulayıb.
Baş nazir Artur Rasizadə əmin olduğunu bildirib ki, Türkiyə Prezidentinin bu səfəri hər iki ölkənin xalqlarının rifahı naminə qarşılıqlı faydalı işgüzar əlaqələrin genişləndirilməsinə xidmət edəcək. Qeyd olunub ki, səfər nəticəsində əldə edilmiş razılaşmalar Türkiyə ilə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətlərinin daha da inkişafı üçün çox mühüm rol oynayacaq.
Sonra rəmzi açılışı bildirən lent kəsilib. Türkiyə dövlətinin başçısı yeni inzibati binada yaradılmış iş şəraiti ilə tanış olub. Türkiyə dövlətinin başçısı “Azər-Türk Bank”ın əməkdaşlarına yeni uğurlar arzulayıb. Sonda mərasim iştirakçıları Prezident Abdullah Gül ilə xatirə şəkli çəkdiriblər.
Sonra Prezident Abdullah Gülə kompleksə daxil olan Bakı İslam Universitetinin tədris korpusu haqqında məlumat verilib. Bildirilib ki, korpusun hər mərtəbəsində 10 sinif otağı olmaqla 250 tələbənin təhsil alması üçün hər cür şərait yaradılıb. Türkiyə Prezidenti kompleksdə Qafqaz Müsəlmanları İdarəsinin kitabxanası ilə tanış olub. Kitabxanadakı 6 min nüsxə nadir əlyazma haqqında ali qonağa ətraflı məlumat verilib. Qeyd olunub ki, kitabxananın bir hissəsində dini verilişlərin hazırlanması üçün mini studiya yerləşir. Prezident Abdullah Gül burada nümayiş olunan qədim kitablara, Təzəpir məscidi haqqında CD-lərə baxıb, fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. Ali qonağa xatirə hədiyyələri təqdim olunub.
Türkiyə Prezidenti Abdullah Gül Zaqataladan Şəkiyə gələrkən yolüstü Qax rayonunun Oncallı kəndindəki oğuz qəbiristanlığında şeyx Yunus Əmrə və onun mürşidi Hacı Tapdığın məzarlarını ziyarət edib. Prezident Abdullah Gül hər iki məzarın üzərinə gül dəstəsi qoyub. Sonra qəbiristanlığı gəzən ali qonağa məlumat verilib ki, sufi şeirinin görkəmli nümayəndəsi olan Yunus Əmrə böyük türk xalqının yetirdiyi ən parlaq simalardan biridir. XIII-XIV əsrlərdə yaşayan Yunus Əmrənin yaradıcılığı türk şeirinin inkişafına çox böyük təsir göstərib. Mənbələrdə göstərilir ki, övliyalıq məqamına yüksələrək həyatı əfsanələşən Yunus Əmrənin təkcə Anadoluda 10 müxtəlif ərazidə məzarı var. Belə ziyarət yerlərindən biri də Azərbaycanın Qax rayonu ərazisində, Oncallı kəndindəki oğuz qəbiristanlığıdır.
Sonra Türkiyə Prezidenti Abdullah Gül və onu müşayiət edən şəxslər Şəki şəhərinə gəliblər.
Türkiyə Prezidenti Abdullah Gül Şəki şəhər İcra Hakimiyyətinin binası qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub, Ulu öndərin xatirəsini ehtiramla yad edib. Sonra ali qonaq Şəkinin Orta Zəyzid kəndi ərazisində türk əsgərinin abidə kompleksini ziyarət edib. Prezident Abdullah Gül abidənin önünə gül dəstəsi qoyub. Qardaş ölkənin dövlət başçısı Şəkinin mərkəzi parkında xalq şairi Bəxtiyar Vahabzadənin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Prezident Abdullah Gül parkda Şəki ictimaiyyətinin nümayəndələri ilə görüşüb, onlarla səmimi söhbət edib. Prezident Abdullah Gül XIX əsrin tarixi-memarlıq abidəsi olan Şəki Cümə məscidinə və burada fəaliyyət göstərən Şəki İslam Mədrəsəsinə də baş çəkib.
Şəki Xan sarayı ilə tanışlıq zamanı Türkiyə Prezidenti Abdullah Gülə məlumat verilib ki, XVIII əsrə aid olan bu nadir tarixi-memarlıq abidəsi şəhərin yuxarı hissəsində, “Yuxarı baş” Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Şərq memarlığının nadir incisi hesab olunan bu saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı çələbi xanın nəvəsi, “Müştaq” təxəllüsü ilə şeirlər yazan Hüseyn xanın dövründə, təqribən 1762-ci ildə tikilib.
Prezident Abdullah Gülə Xan sarayının təsvir olunduğu rəsm əsəri hədiyyə edilib. Ali qonaq Xan sarayının xatirə kitabına ürək sözlərini yazıb.
Daha sonra Prezident Abdullah Gül XVIII əsrdə Şərq memarlığı üslubunda tikilmiş Yuxarı Karvansaray mehmanxana kompleksi ilə tanış olub, Şəkinin tanınmış ziyalıları ilə görüşüb söhbət edib.
Həmin gün Türkiyə Prezidenti Zaqatala şəhərinə qayıdıb.
Bununla da, Türkiyə Prezidenti Abdullah Gülün ölkəmizə ikigünlük rəsmi səfəri başa çatıb.
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03

