/ / Prezident İlham Əliyev "Azərbaycan yaşıl dünya naminə" devizi altında keçirilən beynəlxalq ekologiya sərgisi ilə tanış olub
Prezident İlham Əliyev "Azərbaycan yaşıl dünya naminə" devizi altında keçirilən beynəlxalq ekologiya sərgisi ilə tanış olub
18.09.2010 [11:00]
Prezident İlham Əliyev dünən Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Azərbaycan yaşıl dünya naminə” devizi altında keçirilən beynəlxalq ekologiya sərgisi ilə tanış olub.
Dövlətimizin başçısı ətraf mühitin mühafizəsini və sağlam ekoloji mühitin yaradılmasını prioritet məsələlərdən biri kimi qarşıya məqsəd qoyub. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2010-cu ili Azərbaycanda “Ekologiya ili” elan edib. “Azərbaycan yaşıl dünya naminə” devizi altında keçirilən beynəlxalq ekologiya sərgisi də “Ekologiya ili” çərçivəsində reallaşan tədbirlərdən biridir.
Ticarət və Sənaye Palatasının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən sərginin məqsədi respublikamızda və xarici ölkələrdə ətraf mühitin sağlamlaşdırılması istiqamətində reallaşdırılan qabaqcıl təcrübənin geniş auditoriyaya təqdim olunması, təcrübə mübadiləsi aparılması və əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Sərgidə ekoloji problemlərin həlli sahəsində fəaliyyət göstərən 30-dək yerli və xarici şirkət, eləcə də dövlət qurumları və qeyri-hökumət təşkilatları təmsil olunublar. Sentyabrın 16-dan başlanan sərgi sentyabrın 18-dək davam edəcək.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Prezident İlham Əliyevə sərgi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin sağlamlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirir. Son 15 ildə Azərbaycanda meşələrin ərazisi xeyli artırılıb. Cari “Ekologiya ili”ndə Azərbaycanda 8 milyon 200 min ağac və kol bitkisi əkilib. Bunun 1 milyon 540 mini Bakıətrafı ərazilərin payına düşür. Nazirliyin Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin 3 min metrə qədər yüksəkliklərdə yerləşən 3 avtomatlaşdırılmış meteoroloji stansiyası fəaliyyət göstərir. Cənubi Qafqazda vəhşi təbiətin bərpası və reabilitasiyası mərkəzi də ilk dəfə Azərbaycanda yaradılıb. 2003-cü ildən bəri ölkəmizdə xüsusi mühafizə altında olan təbiət ərazilərinin sahəsi 478 min hektardan 890 min hektara qədər artırılıb.
Sərginin pavilyonları ilə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, İsrailin ətraf mühitin sağlamlaşdırılması sahəsində 36 illik təcrübəyə malik ODİS şirkətinin Azərbaycandakı müvafiq qurumu ölkəmizə ən müasir sutəmizləyici qurğuların gətirilməsi, quraşdırılması və servisi ilə məşğuldur.
Artıq 7 ildir respublikamızda fəaliyyət göstərən CASPİAN Texnoloji Şirkəti Almaniya-Danimarka birgə iqtisadi qurumudur. Şirkət ilk pilot layihəsi çərçivəsində Şurabadda saatda 2,5 meqavat elektrik enerjisi istehsal edən külək elektrik parkı yaradıb. 48 meqavat gücündə daha belə bir energetika qurğusunun isə yaxın vaxtlarda təməli qoyulacaq.
Türkiyənin “Ekodenge” Konsaltinq şirkəti isə Azərbaycanda ekologiya sahəsinə dair mühəndis və məsləhət xidmətləri göstərir.
Bu ildən fəaliyyətə başlayan Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin pavilyonu ilə tanışlıq zamanı bildirilib ki, agentlik günəş, külək, kiçik çaylar, bioqaz və sair mənbələrdən elektrik və istilik enerjisinin alınması üçün silsilə tədbirlər reallaşdırır. Tezliklə Sumqayıtda günəş texnologiyaları zavodunun təməlinin qoyulması gözlənilir. Enerji səmərəliliyi məsələləri də agentliyin diqqət mərkəzindədir.
Sərgidə təmsil olunan Böyük Britaniyanın “Waterman” şirkəti də istənilən, o cümlədən çirkli və tullantı sulardan istər texniki, istərsə də içməli suyun alınması üzrə mükəmməl avadanlıq istehsalı üzrə ixtisaslaşıb. Böyük Britaniyadan gətirilən ehtiyat hissələri və avadanlıqdan istifadə etməklə şirkətin Bakıdakı kiçik zavodunda müxtəlif qurğular hazırlanır.
ABŞ-ın “Azerbaijan İnternational Mining Company” şirkəti isə respublikamızda nəcib və əlvan metallar sahəsində fəaliyyət göstərir. Dövlətimizin başçısına bildirilib ki, şirkətin Gədəbəydəki qızıl zavodunda ekoloji məsələlər xüsusi diqqət mərkəzindədir.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ekoloji mühitin sağlamlaşdırılması üzrə çoxşaxəli fəaliyyətini əks etdirən stendlə tanış olub. Qeyd edilib ki, dövlətimizin başçısının Sərəncam və tapşırıqlarına əsasən müasir AVRO-2 ölçü məntəqəsi inşa olunub, neftlə çirklənmiş ərazilərin təmizlənməsi və alternativ enerji mənbələrindən istifadə tədbirləri genişləndirilir, platformalarda təmizləyici qurğular quraşdırılır və digər silsilə layihələr həyata keçirilir.
“bp” şirkəti də ətraf mühitin sağlamlaşdırılması ilə bağlı bir sıra yeni layihələr üzrə iş aparır. 2009-cu ildən başlayaraq bu şirkət işini təhlükəsiz, etibarlı və səmərəli qurmaq üçün mərkəzləşdirilmiş sistem yaradıb.
Azərbaycanın AİMROC şirkəti isə Daşkəsənin qızıl yataqlarında və Balakəndə Filizçay yatağında işlər görür. Aparılan araşdırmalar nəticəsində Balakəndəki yatağın dünyada ən zəngin mis və sink ehtiyatlarına malik olduğu aşkarlanıb.
Dövlətimizin başçısına respublikamızda ekologiya sahəsində istifadə olunan maşın və mexanizmlər də nümayiş etdirilib.
Sərgi ilə yaxından tanış olan Prezident İlham Əliyev təşkilatçılara və iştirakçılara uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59

