Ölkəmiz daha zəngin dövlətə çevriləcək
24.10.2010 [11:30]
Respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar 2010-cu ilin əvvəllərindən başlayaraq ötən dövr ərzində daha da sürətlənib və bütün iqtisadi sektorlarda dinamikliyin təmin olunmasına səbəb olub. Mükəmməl iqtisadi strategiya ölkə iqtisadiyyatının davamlı artımını təmin etməklə yanaşı, Azərbaycan xalqının maddi rifahının durmadan yaxşılaşmasını da şərtləndirib. Bu inkişafı və artım indiqatorlarını 2010-cu ilin ötən doqquz ayının makroiqtisadi göstəriciləri aydın şəkildə təsdiq etmiş olur.
2010-cu ilin 9 ayının sosial-iqtisadi göstəriciləri bir daha respublikamızın iqtisadiyyatının inkişafını şərtləndirmiş olur. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə ümumi daxili məhsul (üDM) 4,1 faiz artaraq 29,3 milyard manat, adambaşına düşən ümumi daxili məhsul isə 2,8 faiz artaraq 3 min 286 manat, orta aylıq əməkhaqqı 6,6 faiz artaraq 319 manat, əhalinin adambaşına düşən gəlirləri 10 faiz artaraq 2 min 16 manat təşkil edib. Bu dövrdə makroiqtisadi və sosial sabitliyin qorunub saxlanılması, əhalinin rifah halının, maddi təminatının yaxşılaşdırılması, aztəminatlı qruplara dövlət qayğısının artırılması, infrastruktur layihələrinin davamlılığı, investisiyaların həcminin çoxalması müşahidə edilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ötən dövr ölkəmiz üçün uğurlu olub və Azərbaycan iqtisadiyyatı ən yüksək templərlə artıb: “Bu il iqtisadiyyatımız 4,1 faiz, qeyri-neft sektoru 5,2 faiz, sənaye istehsalı 3,1 faiz artmışdır. Hesab edirəm ki, bu göstəricilər müsbət göstəricilər kimi qəbul edilməlidir. Nəzərə alsaq ki, son illər ərzində Azərbaycanda çox sürətli iqtisadi inkişaf müşahidə olunurdu, əlbəttə, bu yüksək bazanın üstündə əlavə inkişafa nail olmaq üçün böyük səylər göstərilməli idi. Azərbaycanda iqtisadi sahədə aparılan düşünülmüş siyasət bizə bu göstəricilərə nail olmaq üçün şərait yaratdı. Bu il əhalinin pul gəlirləri 11 faiz artmışdır. Əgər bu rəqəmi inflyasiya ilə müqayisə etsək, görərik ki, əhalinin gəlirləri inflyasiyanı 2 dəfədən çox üstələyir. Bu il və xüsusilə keçən rübdə minimum əməkhaqqı və minimum pensiyanın səviyyəsi 75 manatdan 85 manata qaldırılmışdır. Bu meyillər Azərbaycanda keçən illərdə də müşahidə olunurdu, gələcək illərdə də əhalinin pul gəlirlərinin artırılması üçün dövlət tərəfindən bütün addımlar atılacaqdır”.
2010-cu ilin ötən 9 ayının makroiqtisadi göstəriciləri respublikamızda həyata keçirilən siyasi, iqtisadi və sosial islahatların və məqsədyönlü siyasətin uğurlarının davamı kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təmkinli, qətiyyətli və çevik iqtisadi strategiya nəticəsində islahatların davamlılığı təmin edilib. Həyata keçirilən düşünülmüş iqtisadi siyasət, liberallaşmanın struktur və keyfiyyət baxımından dərinləşməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, rəqabət qabiliyyətinin təmin olunması, kompleks islahatlar iqtisadiyyatın şaxələndirilməsinin əsas komponentləri olub.
ölkə iqtisadiyyatının modernləşdirilməsi, diversifikasisya siyasətinin dərinləşməsi bütün sahələrdə dinamizmin təmin olunmasına və yeni inkişaf proqramlarının reallaşmasına əlverişli zəmin yarıdıb. Prezident İlham Əliyev tərəfindən irimiqyaslı, məqsədyönlü islahatların ardıcıllıq və peşəkarlıqla həyata keçirilməsi ölkəmizin maliyyə qüdrətinin daha da yüksəlməsinə, valyuta rezervlərinin artmasına da əhəmiyyətli zəmin yaradıb. Dövlət başçısı deyib ki, “Bu ilin doqquz ayında valyuta ehtiyatlarımız artmışdır. Artıq bu gün mənə verilən məlumata görə, ümumi valyuta ehtiyatlarımız 28 milyard dollardan çoxdur. Bu, əlbəttə ki, bizi daha da gücləndirir, bizi tam şəkildə əmin edir ki, bundan uzun illər, onilliklər sonra Azərbaycan ancaq və ancaq inkişaf yolu ilə gedəcək, Azərbaycan daha da çiçəklənəcək, daha da zəngin dövlətə çevriləcək və ölkə qarşısında duran iqtisadi və sosial problemlər daha da sürətlə həllini tapacaqdır. Bütövlükdə bu mənzərə bir daha onu göstərir ki, Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır, daxili resurslara söykənir, Azərbaycanda iqtisadi və sosial məsələlərin həllində düşünülmüş proqram, strategiya, hər il üçün layihə paketi vardır”.
Azərbaycanın formalaşdırılmış inkişaf bazası, hərtərəfli, balanslaşdırılmış sosial-iqtisadi siyasət, böyük həcmdə strateji valyuta ehtiyatları imkan verir ki, qarşıya qoyulan bütün vəzifələr, o cümlədən, iqtisadi, sosial, hərbi, ekoloji və digər bir çox məsələlər tez bir zamanda öz həllini tapsın. Bu inkişaf tendensiyası o cümlədən, bölgələrdə davamlı quruculuq işlərinin genişlənməsi üçün əlverişli baza yaradır. ötən 9 ayda bölgələrdə davam edən quruculuq, abadlıq işləri bütün rayonların sosial infrastruktur təminatının xeyli yaxşılaşmasına səbəb olub. Dövlətimizin başçısı regional inkişaf proqramlarının icrası ilə bağlı görülən tədbirləri yüksək qiymətləndirib: “Regionlarda gedən işlər bizi qane edir. Mən regionlara tez-tez gedirəm, vəziyyətlə tanış oluram və görürəm ki, həm abadlıq-quruculuq sahəsində, həm də sənayeləşmə, kənd təsərrüfatının, emal sənayesinin inkişafı istiqamətində ildən-ilə çox mühüm addımlar atılır. Təsadüfi deyil ki, bu il də Azərbaycanda yeni iş yerlərinin yaradılması prosesi uğurla davam edibdir. İlin əvvəlindən bəri Azərbaycanda 56 min yeni iş yeri açılmışdır. 2003-cü ildən sonra Azərbaycanda 900 minə yaxın iş yeri açılmışdır. Bu da özlüyündə onu göstərir ki, işsizlik kimi çox çətin və ağır problem Azərbaycanda tədricən öz həllini tapır. Əminəm ki, növbəti illərdə Azərbaycanda işsizliklə bağlı daha da böyük addımlar atılacaqdır”.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

