Ərdoğanın Bakıya ilk səfəri...
11.05.2022 [10:02]
Şuşa Bəyannaməsinin ratifikasiyasından sonra
Xəbər verildiyi kimi, 26-29 may tarixlərində keçiriləcək “TEKNOFEST Azərbaycan” festivalı ərəfəsində qardaş Türkiyə dövlətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri gözlənilir. Ekspertlərin diqqət yetirdikləri əsas məqam budur ki, bu, Şuşa Bəyannaməsinin ratifikasiyasından sonra Ərdoğanın Azərbaycana ilk səfəri olacaq.
Nurlan QƏLƏNDƏRLİ
Bundan əvvəl Prezident İlham Əliyev martın 10-da Türkiyəyə işgüzar səfərdə olmuşdu. Dövlətimizin başçısı Ankarada Türkiyə Prezidenti ilə görüşmüş, görüşdə iki ölkə arasında müttəfiqlik münasibətlərinin inkişafı, hərbi-texniki sahədə əməkdaşlıq, iqtisadi-ticarət əlaqələri və digər məsələlər müzakirə edilmişdi. Bu, iki ölkə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin zirvədə olduğunu, Bakı ilə Ankaranın geosiyasi iradəsinin vacib regional məsələlərin həllini təmin etdiyini bir daha təsdiqləmişdi. Xatırlatmaq lazımdır ki, bəhs olunan görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqlik əlaqələrinin inkişafından bir daha məmnunluq ifadə olunmuş və Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət etmişdi.
Ölkələrimiz arasında siyasi münasibətlər ən yüksək səviyyədədir. İqtisadi-ticari əlaqələr də uğurla inkişaf edir. Şübhəsiz ki, Rəcəb Tayyb Ərdoğanın gözlənilən səfəri də əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacaq. Bütövlükdə, Türkiyə-Azərbaycan münasibətlərini müzakirə və təhlil edən analitiklər hazırkı reallıqlar fonunda bir neçə məsələnin xüsusi diqqət mərkəzində olduğunu vurğulayırlar:
- Bunlardan biri enerji sahəsində əməkdaşlıqdır. Dövlət başçısının bəhs olunan səfəri zamanı da bu məsələ müzakirə olunmuş, bu xüsusda Cənub Qaz Dəhlizinin uğurla fəaliyyət göstərdiyi qeyd edilmişdi. Bu dəhliz vasitəsilə qardaş ölkəyə və Türkiyə ərazisindən keçərək Avropaya qaz təchizatının artırılması imkanları, İğdır-Naxçıvan qaz xəttinin çəkilməsi diqqət mərkəzindədir;
- ikinci məqam iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsidir;
- daha bir məsələ hərbi, hərbi texniki, o cümlədən hərbi təlim və tədris sahələrində əməkdaşlığın uğurla davam etdirilməsidir;
- Cənubi Qafqazda postmüharibə dövründə yaranmış yeni reallıqların fonunda Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın təmin olunması baxımından strateji önəm kəsb edir. Bütövlükdə, bölgədə qlobal əhəmiyyətli yeni geostrateji konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı amil kimi çıxış edir;
- iki ölkə arasında Şuşa Bəyannaməsindən irəli gələn addımların atılması da diqqət yetirilən mühüm məsələlərdən biridir. Bu da təsadüfi deyil. Çünki Bəyannamə regionun yeni geostrateji reallıqlarını təsdiqləyən sənəd, eləcə də qardaş ölkələrin strateji tərəfdaşlığının zirvəsidir. Qars müqaviləsindən yüz il sonra - 15 iyul 2021-ci il tarixində iki dost və qardaş ölkə arasında - liderlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan, daha sonra isə ratifikasiya olunan Şuşa Bəyannaməsi müstəsna tarixi, mənəvi, siyasi və hərbi-strateji əhəmiyyət daşıyır. Şuşa Bəyannaməsinin imzalanması ilə hər iki ölkənin yeni hərbi-siyasi təhlükəsizlik çətiri formalaşdırması - yeni milli və regional təhlükəsizlik mexanizmi yaratmasıdır;
- postmünaqişə dövründə Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması məsələsi də Bakı ilə Ankaranın geostrateji gündəliyinin mühüm tərkib hissəsidir. Azərbaycan ilə Türkiyə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş bütün müddəaların Ermənistan tərəfindən icrasının vacibliyini qeyd edir, ortaq mövqe sərgiləyirlər. Bu xüsusda Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsində də vahid yanaşma ortaya qoyulur. Bu, Bakı ilə Ankaranın prinsipial - milli maraqlara dair məsələlərdə bir-birinin mövqeyini qətiyyətlə dəstəklədiyini göstərir.
Bugünkü reallıqlar iki dost, qardaş, strateji tərəfdaş ölkənin ortaq siyasi iradəsini, birlikdə yeni tarixi nailiyyətlər qazanmaq niyyətini, əzmini əks etdirir. Və bir daha sübuta yetirilir ki, Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı unikal bir nümunədir - dünyada bu iki ölkə qədər bir-birinə yaxın olan ölkələr tapmaq mümkün deyil. Türkiyə güclüdürsə, Azərbaycan da güclüdür. Azərbaycan güclüdürsə, Türkiyə də güclüdür!
Xəbər lenti
Hamısına baxSosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59

