Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin görüşü olub
19.11.2010 [09:46]
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevi qarşılayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın dövlət başçısını salamlayaraq deyib: “Sizi Azərbaycanda yenidən görməyimə şadam. Sağ olun ki, dəvətimizi qəbul edib bizə gəlmisiniz. Siz Bakıda səfərdə olarkən razılaşmışdıq ki, bu ilin sonuna qədər Xəzəryanı ölkələrin sammitini keçirək. Mən çox şadam ki, biz bu məqsədi təmin etmişik və ümid edirəm ki, bugünkü diskussiyaların nəticələri yaxşı olacaqdır. Münasibətlərimizin gündəliyinə bir daha nəzər salmaq, daha nələr etmək, harada nəyi tamamlamaq lazım olduğunu müəyyənləşdirmək üçün də yaxşı imkan vardır. Sizinlə görüşlərimiz müntəzəm xarakter daşıyır. Son üç ayda artıq üçüncü dəfədir ki, görüşürük. Buna görə də əlbəttə, hər şeyi ətraflı müzakirə etməyə imkanımız olmuşdur. Amma hər halda həyat bir yerdə dayanmır, irəliyə doğru hərəkət edir. Buna görə də bu görüş məni çox sevindirir. İkitərəfli planda işlərimiz yaxşı gedir, qarşılıqlı siyasi əlaqələr yüksək səviyyədədir, iqtisadiyyatda da böhrandan sonrakı dövrün çətinliklərini aradan qaldırırıq. Regional problemlərə gəldikdə isə, mən fürsətdən istifadə edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqlar prosesində fəal iştirakınıza görə bir daha təşəkkürümü bildirmək istərdim. Görüşlərin keçirilməsi barədə Sizin təşəbbüsünüz və şəxsən iştirakınız çox mühüm və müsbət rol oynayır. ümid edirəm ki, biz bu prosesdə irəliləyişə və bölgəmizdə sülhü, təhlükəsizliyi təmin etməyə nail olacağıq. Bu, yalnız o halda mümkündür ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri, beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında tənzimlənsin. Bu fikir Mayendorfda imzalanmış birgə bəyannamədə də əks olunmuşdur. Sizi bir daha salamlamaq və ümid etdiyimi bildirmək istəyirəm ki, ölkələrimiz arasında fəal əlaqələr bundan sonra da davam edəcəkdir”.
Rusiya Prezidenti Dmitri Medvedev təşəkkür edərək deyib: “Hörmətli İlham Heydər oğlu, yenidən görüşmək imkanına görə mən də çox şadam. Məni Azərbaycana gəlməyə və sammitdə iştirak etməyə dəvət etdiyinizə görə sağ olun. Həqiqətən bu ideya nisbətən yaxın vaxtlarda, mənim Azərbaycana səfərim dövründə yaranmışdır. Yaxşıdır ki, həmkarlarımız buna razılıq vermişlər və bu gün görüşüb Xəzəryanı qarşılıqlı əlaqələr problemini müzakirə edəcəyik.
Bizim ikitərəfli münasibətlərə gəldikdə isə, Siz hər şeyi çox dəqiq ifadə etdiniz və əslində mənim əlavə ediləsi sözüm yoxdur. Əlaqələrimiz çox yaxşı inkişaf edir. Həm ən yüksək səviyyədə, həm hökumətlərimiz, ölkələrimizin ictimai strukturları arasında, biznes birliyi xətti üzrə. ümumiyyətlə burada, necə deyərlər, heç nə icad etməyə ehtiyac yoxdur - sadəcə olaraq bu münasibətləri müntəzəm inkişaf etdirmək, ola bilsin ki, işgüzar əlaqələri intensivləşdirmək lazımdır. Mən onu nəzərdə tuturam ki, dövlətlərimiz həqiqətən artıq böhranlı şəraitdən inkişaf dövrünə çıxmışlar. Eyni zamanda, keçən il baş vermiş hadisələr hər halda ikitərəfli əmtəə dövriyyəsinə təsir göstərir. Mən fikir vermişəm, bizim xəttimiz bir qədər zəifləyib və əlbəttə onun yenidən artması üçün hər şeyi etmək lazımdır.
Başqa məsələlər - təkcə Xəzəryanı deyil, həm də regional məsələlər üzrə qarşılıqlı fəaliyyətə gəldikdə isə əlbəttə, biz regionda təhlükəsizliyin təmin edilməsi üçün bundan sonra da bütün zəruri səylərimizi səfərbər etməyə hazırıq. Rusiya Dağlıq Qarabağ probleminin tənzimlənməsi baxımından Azərbaycan ilə Ermənistan arasında münasibətlərin inkişafı prosesinə bundan sonra da kömək edəcəkdir. Son vaxtlar burada müəyyən addımlar atılmışdır. Mən Sizinlə razıyam ki, bu münaqişənin həlli beynəlxalq hüquq müstəvisindədir və bütün istiqamətlər üzrə müvafiq iş aparılır. Biz bu prosesə indiyə qədər olduğu kimi yenə kömək etməyə hazırıq. Dəvət üçün bir daha sağ olun”.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

