Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin rifahı dövlətin diqqət mərkəzindədir
28.12.2010 [08:48]
Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini də Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə göstərilən dövlət qayğısı təşkil edir. Məlum olduğu kimi, sürətlə inkişaf edən respublikamızın iqtisadi gücünün, maliyyə imkanlarının artması fonunda dövlət sosial müdafiəyə ehtiyacı olan ailələrin maddi və mənzil-məişət şəraitinin yaxşılaşması üçün daha böyük imkanlar yaradıb. Dövlətin bu sahəyə ayırdığı diqqət və qayğının göstəricisi olaraq son illərdə bilavasitə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında irimiqyaslı layihələr həyata keçirilib. Belə ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi, eləcə də, bu kateqoriyadan olan insanların avtomobillərlə təmin olunması bunun əyani təsdiqidir. Məlumat üçün bildirək ki, bu günlərdə Bakının Sabunçu rayonunun Zabrat, Xəzər rayonunun Pirallahı qəsəbəsində, həmçinin, Yasamal rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan hər biri doqquzmərtəbəli, 81 mənzilli yaşayış binaları istifadəyə verilib. Zabrat qəsəbəsindəki binanın açılış mərasimində iştirak edən Prezident İlham Əliyev müharibədə sağlamlığını, öz yaxınlarını itirmiş insanlara dövlətin hər zaman böyük qayğı göstərdiyini və bu gün də bu siyasətin davam etdirildiyini bildirib. Dövlət başçısı qeyd edib ki, əhalinin maddi rifah halının daha da yaxşılaşdırılması qarşıda duran prioritet məsələlərdən biridir: “Sosial siyasətin əsas mahiyyəti və mənası ondan ibarətdir ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar. Xüsusilə dövlət və Vətən qarşısında xidməti olan vətəndaşlar dövlət tərəfindən layiqincə qiymətləndirilməlidir”.
Bu sahədə son illər ərzində görülən işlərə qısaca nəzər saldıqda, Azərbaycan dövlətinin vətəndaşların sosial rifah halının daha da yaxşılaşdırılmasına nə qədər böyük önəm verdiyini görmək olar. Təkcə onu demək kifayətdir ki, son bir neçə ildə müharibə əlilləri və şəhid ailələrinə 3 min 500-dən artıq mənzil verilib. Belə ki, 2008-ci ildə 2007-ci illə müqayisədə 2,3 dəfədən çox, yəni, 396 mənzil verilmişdisə, 2009-cu ildə bu göstərici təxminən iki dəfə artırılıb, yəni, 707 mənzilin inşası başa çatdırılıb. 2010-cu il ərzində isə belə ailələrə 700-dən artıq mənzil paylanıb. Dövlət başçısının da bildirdiyi kimi, qarşıdan gələn 3-4 il ərzində hazırda növbədə dayanan bütün vətəndaşlar ən yüksək səviyyədə tikilmiş mənzillərlə təmin olunacaqlar. Artıq Sabunçu rayonunda dövlət başçısının təməlini qoyduğu 9 mərtəbəli, 243 mənzilli yaşayış kompleksinin tikintisinə başlanılıb.
Qeyd etdiyimiz kimi, Qarabağ və Böyük Vətən müharibəsi veteranlarına illərdir ki, sosial dəstək olaraq avtomobillərin paylanması həyata keçirilir. Təkcə 1998-2009-cu illər ərzində 2 min 114 “Oka” markalı avtomobil sahiblərinə təqdim olunub. ötən il müharibə veteranlarına 500, bu il isə 350 minik avtomobili verilib və hazırda da 200-dən çox avtomobilin paylanması prosesi həyata keçirilir.
Onu da vurğulamaq yerinə düşər ki, dövlətin həyata keçirdiyi sosial siyasət təkcə veteranlar və şəhid ailələrinə edilən yardımlarla kifayətlənmir. Son illər ərzində ünvanlı sosial yardımların ayrılması, pensiya və əməkhaqlarının miqdarının artırılması, yeni xəstəxanaların, məktəblərin, idman komplekslərinin tikilməsi və digər bu kimi tədbirlər də daxil olmaqla çox genişmiqyaslı layihələr həyata keçirilir. Bütün bu işlərin görülməsi isə, ilk növbədə, dövlətin iqtisadi gücünün artması hesabına mümkün olub. Əldə olunan iqtisadi nailiyyətlərin sosial sferaya yönəldilməsi bu sahədə görülən işlərin effektivliliyini artırır. Məhz dövlətin həyata keçirdiyi uğurlu sosial siyasətin əsasında da bu prinsip dayanır. Prezident İlham Əliyev sosial siyasətin gələcəkdə də bu istiqamətdə qurulacağını söyləyib: “Biz gələcək fəaliyyətimizdə də bu əsas iki amili həmişə diqqətdə saxlayacağıq: güclü iqtisadiyyat və güclü sosial siyasət. Sosial siyasət elə olmalıdır ki, Azərbaycan vətəndaşları ondan bəhrələnsinlər”.
Belələklə, görünən odur ki, həyata keçirilən sosialyönümlü siyasət sayəsində Azərbaycan xalqı hər zaman dövlətin diqqət və qayğısını öz üzərində hiss edib və bu gün də belədir. ölkə rəhbərliyinin müəyyənləşdirdiyi prioritet istiqamətlər və Azərbaycanın inkişaf tendensiyası bu siyasətin gələcəkdə də davam etdiriləcəyini deməyə əsas verir. Prezident İlham Əliyevin yaşayış binalarının açılışında səsləndirdiyi fikir isə deyilənləri bir daha təsdiqləyir: “Azərbaycan dövləti ehtiyacda olanlara həmişə öz qayğısını göstərəcək”.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxElm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54

