/ / Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi yeni iş yerlərinin və istehsal müəssisələrinin yaradılmasına səbəb olub
Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi yeni iş yerlərinin və istehsal müəssisələrinin yaradılmasına səbəb olub
18.01.2011 [09:44]
2010-cu ildə paytaxt sakinləri üçün ən böyük töhfə olan Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi şəhər əhalisinin içməli su ilə təminatında mühüm dönüş yaratmaqla yanaşı, ümumilikdə ölkəmizin sosial-iqtisadi sferasında əhəmiyyətli dəyişikliklərə də səbəb olub. Su kəmərinin çəkilməsi yeni müəssisələrin fəaliyyətə başlamasına, iş yerlərinin yaradılmasına, əhalinin məşğulluğunun yüksəldilməsinə, ölkəmizin sənaye sektorunda mühüm dəyişikliklərə, istehsal olunan yerli məhsulların ixracının artmasına, sosial infrastrukturun yenidən qurulmasında yeni təcrübənin tətbiq edilməsinə imkan verib. Eyni zamanda, bu layihə respublikamızın iqtisadi qüdrətini, nəhəng sosial infrastruktur və investisiya layihələrini həyata keçirmək üçün güclü maliyyə resurslarına malik olduğunu bir daha təsdiqləyir.
Məlum olduğu kimi, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi Azərbaycanın dövlət başçısının gərgin əməyinin və qarşıya qoyduğu hər bir məqsədə çatmaq uğrunda apardığı əzmkarlığının nəticəsində mümkün olub. 2007-ci ildən 2010-cu ilin dekabr ayına kimi görülən irimiqyaslı işlər bu layihəyə xeyli həcmdə mal-material, avadanlıq, texnika və böyük işçi qüvvəsinin cəlb olunduğunu göstərir. Məsələn, kəmərin tikintisində ümumilikdə 285 kilometrdən çox diametri 2000 millimetr olan borular, 65 kilometrdən çox diametri 300-1600 millimetr olan boru, 15 milyon kubmetrdən çox torpaq, borunun yanlarının kipləşdirilməsi üçün 7 milyon kubmetrdən çox qum-çınqıl istifadə olunub, 1000 ədəddən çox müxtəlif diametrli siyirtmə quraşdırılıb. Bu isə həddindən artıq material və texnika deməkdir.
Kəmərin tikintisi ilə bağlı görülən işlər ölkəmizdə sənayenin inkişafında mühüm rol oynayıb. Suyun keyfiyyətinin qorunması üçün borular korroziyaya qarşı davamlı olan şüşə lifli poliestrdən hazırlanıb. Kəmərin çəkilişində istifadə olunan borular Sumqayıtdakı “Azkompozit” zavodunda istehsal olunub və dünyada ekoloji cəhətdən ən keyfiyyətli məhsul sayılır. Göründüyü kimi, layihənin icrası nəticəsində Sumqayıtda böyük bir sənaye kompleksi yaradılıb. Bu müəssisənin inkişafı sənaye sektoruna impuls verib, həmin zavodun ixrac imkanlarını artırıb. Belə ki, “Azkompozit” zavodunda istehsal olunan məhsulların yüksək keyfiyyəti və rəqabətqabiliyyətliliyi xarici dövlətlərin şüşə lifli borulara marağını artırıb. Artıq həmin məhsulların xarici ölkələrə ixrac edilməsi nəzərdə tutulur.
Onu da vurğulamaq yerinə düşər ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi su təminatını həll etməklə yanaşı, həm də respublikamızda iş yerlərinin yaradılması strategiyasına xidmət edib. Kəmərin çəkilişində tələb olunan avadanlıqların, mal və materialların yerli müəssisələrdə istehsal edilməsi isə ölkəmizdə minlərlə insanın iş yerləri ilə təmin olunması deməkdir. Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi zamanı qazılmış artezian quyuları, inşa olunmuş yarımstansiyalar, suqəbuledici qurğular kompleksi, nizamlayıcı qurğular da yerli istehsal müəssisələrinə aiddir. Bu isə layihənin bir çox komponentlərinin yerli istehsal müəssisələrinin gücü hesabına yerinə yetirildiyini göstərir. Su kəmərini normal istismar etmək üçün müxtəlif ölçmə avadanlığı və qurğular tikilib, idarəetmə sistemləri yaradılıb, ən modern texnologiyaların gücündən istifadə olunub. Yəni, bütün bu işlər sistemli xarakter daşıyır və respublikamızda yeni müəssisələrin yaradılmasına səbəb olub. Hər müəssisənin yaradılması isə yüzlərlə yeni iş yeri deməkdir.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Oğuz-Qəbələ-Bakı kəmərinin istifadəyə verilməsi böyük tarixi hadisədir. Dövlət başçısı əbəs yerə bu layihəni ikinci Bakı-Tbilisi-Ceyhan adlandırmayıb. Qeyd etdiyimiz kimi, bu layihə maliyyə tutumuna görə, ən iri infrastruktur obyekti hesab olunur. 4 il ərzində layihənin maliyyələşdirilməsi üçün Dövlət Neft Fondundan böyük həcmdə vəsaitlər ayrılıb. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu, Azərbaycanın güclü maliyyə resurslarına malik olduğunu və ən nəhəng layihələri öz imkanları hesabına həll etmək qüdrətini təsdiqləyir: “Hesab edirəm ki, bu da tarixi bir layihədir. O da uzun illər ərzində müzakirə olunmuşdu, hətta Sovet İttifaqı zamanı müzakirə edilmişdi. Müxtəlif fərziyyələr var idi: su ehtiyatları var, yoxdur, bunun qiyməti nə qədər olacaq, necə olacaq, maliyyə haradan olacaq? Biz özümüz etdik. Kredit istədik, alınmadı, heç kim kredit vermədi. Ondan sonra hansısa müştərək investisiya proqramını işləmək istədik, o da nəticəsiz qaldı. Nə etdik? özümüz pul ayırdıq və artıq kəmər tikilir. Bu il istismara veriləcək və Bakı əhalisi təmiz içməli su ilə təmin olunacaqdır. Yenə də deyirəm, bu, mənim üçün Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi dəyərli bir kəmərdir və o, böyük rəmzi xarakter daşıyır”.
Hazırda əhalinin içməli su ilə təminatının daha da yaxşılaşdırılması, eləcə də, məişət-suvarma suyuna olan ehtiyacların tam ödənilməsi üçün layihələr icra olunmaqdadır. Məlum olduğu kimi, qarşıdakı illərdə şəhər əhalisinin tamamilə fasiləsiz su ilə təminatı ilə bağlı davamlı işlər həyata keçiriləcək. Paytaxta yeni su xətləri çəkiləcək, mövcud kiçik diametrli borular böyükləri ilə əvəz olunacaq. Bir sözlə, su təchizatı ilə bağlı infrastruktur layihələri növbəti illərdə əsas prioritetlərdən sayılır. Taxtakörpü su anbarının, Samur-Abşeron su kanalının tikintisinin davam etdirilməsi, eləcə də, “Şəhər Su Təchizatı və Kanalizasiya Layihəsi” və “Milli su təchizatı və kanalizasiya xidmətləri” layihəsinin icrası yüzlərlə insanının iş yerləri ilə təmin olunmasına böyük imkanlar açır. Bu cür infrastruktur layihələrinin geniş vüsət alması vətəndaşlar üçün yeni iş yerləri deməkdir. Hökumət bu prosesə insanları cəlb etməklə, onların sosial vəziyyətində əsaslı dəyişikliklərə əlverişli şərait yaradır.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31

