/ / Azərbaycan regionda iqtisadi və siyasi cəhətdən ən sabit, güclü təhlükəsizlik şəbəkəsi qurulmuş ölkədir
Azərbaycan regionda iqtisadi və siyasi cəhətdən ən sabit, güclü təhlükəsizlik şəbəkəsi qurulmuş ölkədir
23.02.2011 [01:15]
Məlum olduğu kimi, bir müddət əvvəl ABŞ, Böyük Britaniya və İsrail hökumətləri Azərbaycanda terror təhlükəsinin olması barədə bəyanatlarla çıxış edib. Lakin nəzərə alsaq ki, heç bir ölkə terrordan sığortalanmayıb, eyni zamanda, belə bir təhlükə ABŞ-da və Böyük Britaniyada da mövcuddur, onda hansısa ölkənin terrora məruz qalmayacağı barədə qəti fikir söyləmək absurddur. Eyni zamanda, məsələyə hansısa ölkədə belə bir təhlükənin gözlənilməsi, digərində isə terror ehtimalının az olması şəklində fərqli standartlardan yanaşma da qeyri-ciddi görünür.
Onu da qeyd etmək lazımdır ki, hansısa dövlətdə terror təhlükəsinin mövcudluğuna dair bəyanatların səsləndirilməsi həmin ölkədəki iş mühitinə, biznes dairələrinin fəaliyyətinə də müəyyən təsir göstərə bilər. Yəni, xarici sərmayədar öz biznesinin təhlükəsizliyinin qorunmasında daha çox maraqlıdır və hər hansı bir qeyri-sabit vəziyyət iş adamının işgüzarlığını da azaltmış olur. Amma respublikamızdakı investisiya mühitinə və xarici sərmayəçilərin iş prinsipinə diqqət yetirdikdə, Azərbaycanda terror təhlükəsindən, hansısa təhdiddən ehtiyatlanaraq öz fəaliyyətini məhdudlaşdıran investora rast gəlmək mümkün deyil. Yəni, ölkəmizdə yaşayan və işləyən əcnəbilər öz fəaliyyətlərini, bizneslərini hansısa bəyanata, xəbərdarlığa görə tənzimləmirlər. Bu da səbəbsiz deyil. Məsələ burasındadır ki, onlar fəaliyyət göstərdikləri dövlətin yüksək təhlükəsizlik şəbəkəsinin qurulmasını, daxili sabitliyini və müvafiq orqanların gücləndirilmiş iş rejimində çalışmalarını əsas prinsiplər kimi qəbul edirlər. Məhz bunun nəticəsidir ki, respublikamızda xarici sərmayəçilərin təhlükəsizliyi tam şəkildə təmin olunub və onlar davamlı şəkildə bizneslərini daha da genişləndirirlər.
Yeri gəlmişkən, Azərbaycanda terror təhlükəsi ilə bağlı bəzi xarici ölkələr tərəfindən xəbərdarlıqların edilməsi heç də birinci dəfə deyil və təxminən 2-3 il bundan əvvəl də bu cür bəyanatlar səslənmişdi. Həmin vaxt da xarici dövlətlər öz vətəndaşlarına ehtiyatlı olmağı və səfərlərini təxirə salmağı tövsiyə edirdilər. Bu ölkələr daha çox turistlərə xəbərdarlıq edərək bildirirdilər ki, bir sıra dövlətlərə getməsinlər. çünki bu regionlar müəyyən terrorçu qruplaşmaların həssas nöqtələri sırasına aiddir. Amerika ilə Böyük Britaniya həmin vaxt Qafqaz və Fars körfəzi bölgəsində “Əl-Qaidə” kimi qüvvələrin ümumi təhdidlərinə əsaslanaraq belə qənaətə gəlmişdi.
Lakin həmin vaxt terror təhlükəsi barədə səslənən bəyanatlara baxmayaraq, heç bir əcnəbi iş adamı Azərbaycanda öz fəaliyyətini azaltmadı. Əksinə, ötən müddət ərzində əcnəbi iş adamları ölkəmizdə daha geniş və yeni sahələri əhatə edən layihələrdə təmsil olunub. BP şirkəti son iki ildə 5 milyard dollardan artıq dəyəri olan yeni layihələrə dair saziş imzalayıb. Neft və qaz sahəsi ilə yanaşı, qeyri-neft bölmələrinə də milyardlarla dollar sərmayə qoyulub və bu, davamlı xarakter almaqdadır. Eləcə də, ABŞ və Böyük Britaniya ötən illər ərzində Azərbaycana böyük həcmdə investisiyalar yönəldib.
Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, son 2-3 ildə Cənubi Qafqazın digər dövlətlərinə sərmayə qoyuluşları azaldığı halda, ölkəmizə investisiyaların axını sürətlənib. Hazırda ümumi sərmayə qoyuluşlarında Azərbaycanın Cənubi Qafqaz iqtisadiyyatında payı 75 faiz təşkil edir və respublikamız bu region üzrə kapital qoyuluşlarında əsas ölkə hesab olunur. Azərbaycan iqtisadiyyatına cəlb olunmuş xarici sərmayələrin həcmi Gürcüstan və Ermənistanın birlikdə iqtisadiyyatına yönəldilmiş investisiyalardan 6 dəfə çoxdur. ümumiyyətlə, son 17 ildə Azərbaycan iqtisadiyyatına 82 milyard dollar sərmayə yatırılıb ki, bunun da 55-60 faizi xarici sərmayələrin payına düşür. Yəni, xarici investorlar tərəfindən ölkəmizin iqtisadiyyatına yatırılmış sərmayələrin həcmi 50 milyard dollardan çoxdur. Bu tendensiya bir daha ölkəmizdə yaradılmış əlverişli biznes mühitinin mövcudluğunu təsdiqləyir. Xarici sərmayələrin təxminən 12-15 milyard dolları qeyri-neft bölmələrini əhatə edir. Belə ki, 2000-ci ilə kimi sərmayə bumu əsasən neft sektoruna istiqamətlənib və 1994-cü ildən 2005-ci ilə kimi hasilat sənayesinə 30 milyard dollardan artıq kapital qoyulub. Son 6-7 ildə isə ümumi xarici sərmayə portfelində əsas üstünlük neftdən kənar sahələrdə qeydə alınıb. Məsələn, ötən il ölkəmizə cəlb olunmuş xarici sərmayələrin cəmi 35,8 faizi neft sektoruna yönəldilib. İnvestisiyaların 65 faizi qeyri-neft sektorunun müxtəlif sahələrini əhatə edib.
Göründüyü kimi, hər hansı bir bəyanatın, xəbərdarlığın ölkəmizdəki sərmayə mühitinə, investisiya qoyuluşlarına mənfi təsiri mümkün deyil. Azərbaycan kifayət qədər sabit və təhlükəsiz ölkədir. Burada əlverişli investisiya mühiti mövcuddur. Sərmayə qoyuluşlarının dinamikası son illər daha intensiv xarakter alıb və iqtisadiyyatın real sektoruna yatırılan kapital resursları ən mühüm sosial və infrastruktur layihələrini əhatə edib. Bəzi dövlətlərdə qlobal böhranla bağlı maliyyə və bank sisteminin problemlərlə üzləşməsi səbəbindən bir sıra infrastruktur və investisiyayönümlü layihələrin icrası təxirə salınsa da, ölkəmizdə sərmayə proqramlarının icrası davamlı xarakter daşıyıb. Bu isə bir daha Azərbaycanın regionda iqtisadi və siyasi cəhətdən ən sabit, güclü təhlükəsizlik şəbəkəsi qurulmuş ölkə olduğunu təsdiq edir.
Xəbər lenti
Hamısına baxSosial
01 Sentyabr 14:58
Gündəm
01 Sentyabr 14:53
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

